Tarixdə bu gün: 2 oktyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1279799
Tarixdə bu gün: 2 oktyabr

2 oktyabr 1187-ci ildə Səlahəddin Əyyubi Qüdsü ələ keçirdi və 88 illik Səlib ordusunun işğalına son qoydu.

***

2 oktyabr 1869-cu ildə Hindistanın müstəqillik lideri Mahatma Qandi Porbandarda anadan oldu.

***

2 oktyabr 1923-cü ildə Mustafa Kamalın “Gəldikləri kimi gedərlər” dediyi işğal qüvvələrinə məxsus son hərbi dəstə İstanbuldan ayrıldı.

***

2 oktyabr 1990-cı ildə Çin hava yollarına məxsus təyyarə oğurlandı. Təyyarə Quanqzho hava limanına eniş etdikdən sonra iki təyyarəyə çırpıldı, 132 nəfər həlak oldu.

***

2 oktyabr 1992-ci ildə Əgə dənizindəki təlim zamanı ABŞ təyyarə gəmisindən atılan iki raket Türkiyənin “Muavenet” adlı hərbi gəmisinə dəydi, 5 Türk dənizçi şəhid oldu.

***

2 oktyabr 1996-cı ildə Peru hava yollarına məxsus sərnişin təyyarəsi Sakit okeana düşdü, 70 nəfər öldü.

***

2017-ci il oktaybrın 2-də ABŞ-ın Las Veqas şəhərindəki musiqi festivalına avtomot silahlarla atəş açıldı, 58 nəfər həlak oldu, 500-dən çox insan yaralandı.

***

2 oktyabr 2018-ci ildə səudiyyəli jurnalist Camal Xaşoqçi viza işləri üçün Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna girdi. Bu tarixdən sonra Xaşoqçidən xəbər alına bilmədi. Xaşoqçinin Konsulluqda öldürüldüyü açıqlandı.



Әlaqәli Xәbәrlәr