Tarixdə bu gün: 28 sentyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1276691
Tarixdə bu gün: 28 sentyabr

***

  1538-ci ilin 28 sentyabrında Yunanıstanın şimal-qərbindəki Prevezedə Barbaros Xeyrəddin Paşanın komandanlığı altındakı Osmanlı donanması Andrea Dorianın Xaçlı donanmasını məhv etdi.

***

  28 sentyabr 1864-cü ildə İngiltərənin paytaxtı Londonda Beynəlxalq İşçilər Dərnəyi - Birinci İnternasional (I İnternational) quruldu.

***

  1871-ci il 28 sentyabrda Braziliyada qəbul olunan qanuna görə, kölə zəncilərin uşaqları doğulan gündən azad hesab edildi, amma eyni zamanda, onların 21 yaşa qədər öz sahiblərinə xidmət etməsi zəruri sayılırdı.

  Braziliyada quldarlıq yalnız 1888-ci ildə tamamilə ləğv edildi. 

***

  1944-cü ilin bu günü İkinci Dünya Müharibəsinin gedişində Belqrad əməliyyatı başlandı: Üçüncü Ukrayna cəbhəsinin qoşunları almanların müdafiəsini yararaq Yuqoslaviyanın Xalq Azadlıq Ordusu ilə birlikdə Belqrad və SSRİ-nin şərq hissəsini azad ediblər. 

***

  28 sentyabr 1994-cü ildə "Estoniya" adlı bərə Baltik dənizində batdı, 852 nəfər həyatını itirdi.

***

28 sentyabrda həm də bu adamlar xatırlanır.

  Qafqaz Albaniyasının hökmdarı, görkəmli sərkərdə Cavanşir 616-cı ilin bu günü anadan olub.

  Azərbaycan xalqının bu qəhrəman oğlu uzun illər ərzində Girdman dövlətini xarici işğalçıların müdaxiləsindən qoruyub.

  Cavanşir ömrünün sonlarına yaxın Ərəbistana gedərək İslam dinini qəbul edib. (616-681)

***

  Fransa ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı Prosper Merime (Prosper Mérimée) 1803-cü ilin 28 sentyabrında dünyaya gəlib.

  Sorbona Universitetnin hüquq fakültəsini bitirən, sonralar Fransa Akademiyasının üzvü olan yazıçının “IX Karl hökmdarlığının xronikası” romanı, “Mates Falkone”, “Tamanqo”, “Etruss kuzəsi”, “İkiqat səhv”, “Abbat Oben” və “Karmen” novellaları çox məşhurdur. Onun əsərləri əsasında musiqili komediyalar, operalar yazılıb, filmlər çəkilib.

  Prosper Merimenin elmi əsərləri, orta əsr memarlığı və dünya ölkələrinin tarixinə dair tədqiqatları da var. (1803-1870) 

***

  Qazaxıstanın görkəmli yazıçısı Muxtar Auezov 1897-ci ilin  bu günü dünyaya gəlib.

  Yaradıcılığında qazax tarixi və xalqın adət-ənənələrini parlaq şəkildə əks etdirən M.Auezovun “Abay” romanı daha çox məşhurlaşıb və dünya xalqlarının dillərinə tərcümə olunub. (1897-1961)

***

  Ərəb millətçiliyi ilə tanınan, Suriya ilə Birləşmiş Ərəb Dövlətini quran, 14 il Misirin dövlət başçısı olmuş Camal Əbdül Nasir 1970-ci ilin 28 sentyabrında ürək infarktından vəfat edib. (1918-1970)

***

  İtaliyanın dünyaşöhrətli kinoaktyoru Marçello Mastroyani (Marcello Mastroianni) 1923-cü ilin bu günü anadan olub. Əvvəllər əsasən kinokomediyalarda çəkilən aktyor sonralar tanınmış rejissorlar Fellini və Antonioninin filmlərində yaddaqalan obrazlar yaradıb və məşhurlaşıb. (1923-2002)

***

  1965-1986-cı illərdə Filippini idarə edən və ölkəsinin milyardlarla dollarını şəxsi mənfəəti üçün israf edən diktator Ferdinand Markos (Ferdinand Marcos) 1989-cu ilin bu günü ABŞ-ın Havay (Hawai) ştatında ölüb.

***

  2009-ci ildə Türkiyənin o zamankı baş naziri R.T.Ərdoğanın Davos zirvə toplantısında "Öldürməyə gəlincə, siz öldürməyi yaxşı bilirsiniz. Çimərliklərdəki uşaqları necə öldürmüsünüz, necə vurmusunuz, çox yaxşı bilirəm" sözləri ilə tənqid etdiyi İsrail prezidenti Şimon Peres 2016-cı ilin 28 sentyabrında ölüb.

  Qeyd edək ki, Davosdakı hadisə dünya tarixinə "One minute" adı ilə düşdü.

***



Әlaqәli Xәbәrlәr