Tarixdə bu gün: 9 sentyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1264920
Tarixdə bu gün: 9 sentyabr

9 sentybr 1570-ci ildə Lefkoşa Türklər tərəfindən fəth edildi.

***

1922-ci ilin 9 sentyabr tarixində Dumlupinar Meydan Müharibəsində qələbə əldə edilməsindən sonra Türkiyə Ordusu işğal altındakı İzmir şəhərinə girdi.

***

9 sentyabr 1948-ci ildə Kim İl-Sunq Şimali Koreyanın qurulduğunu elan etdi.

***

1954-cü ilin 9 sentyabr günü Əl-Cəzairin Əl Asnam şəhərində baş verən 6,4 bal gücündəki zəlzələdə min nəfər öldü.

***

9 sentyabr 1976-cı ildə Çin xalq Cümhuriyyətinin qurucusu Mao Zedunq öldü.

***

1982-ci ilin 9 sentyabr tarixində Türkiyənin Burqaz Konsulluğu İdari attaşesi Bora Süelkan erməni terrorçular tərəfindən şəhid edildi.

***

9 sentyabr 1991-ci ildə Tacikistan Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan etdi.

***

1993-cü ilin 9 sentyabr günü İsrail və Fələstin Azadlıq təşkilatı bir-birlərini rəsmi olaraq tanıdılar.

***

9 sentyabr 2001-ci ildə Əfqanıstan müqavimətinin lidərlərindən Əhməd Şah Məsud sui-qəsd nəticəsində öldürüldü.

***

2004-cü ilin 9 sentyabr günü İndoneziyanın paytaxtı Cakartadakı Avstraliya Səfirliyinə bombalı hücum edildi, 10 nəfər öldü.



Әlaqәli Xәbәrlәr