Tarixdə bu gün: 7 sentyabr

7 sentyabr 1927-ci ildə amerikan ixtiraçısı Filo Teylor Farnsuort (Philo Teylor Farnsworth) tamamilə elektron sistemlə işləyən ilk televiziyanı yaratdı.

1264877
Tarixdə bu gün: 7 sentyabr

7 sentyabr 70-ci ildə imperator Titusun başçılıq etdiyi Roma Ordusu Qüdsü işğal etdi və taladı.

 

 Taxta oturduqdan sonra ispanları məğlub edərək İngiltərəni dünyanın ən əhəmiyyətli ölkəsinə çevirən kraliça I Yelizaveta 7 sentyabr 1533-cü ildə Qrinviçdə dünyaya gəlib.

 

 7 sentyabr 1776-cı ildə dünyada ilk dəfə sualtı gəmi hücumu təşkil olundu. Müstəqillik müharibəsində amerikalıların əhəmiyyət  vermədiyi və "tısbağa" adlandırdıqları sualtı gəmi New York Limanına lövbər salmış ingilis donanmasının bayraqdar gəmisi "HMS Eagle"ın altına zamana görə tənzimlənmiş bomba yerləşdirdi, lakin hücum müvəffəqiyyətsiz oldu.

 

 7 sentyabr 1812-ci ildə Fransa İmperatoru I Napoleon Moskvanın qərbindəki Borodinoda Rusiya ordusunu məğlub etdi.

 

 7 sentyabr 1927-ci ildə amerikan ixtiraçısı Filo Teylor Farnsuort (Philo Teylor Farnsworth) tamamilə elektron sistemlə işləyən ilk televiziyanı yaratdı.

 

 7 sentyabr 1940-cı ildə II Dünya müharibəsində Almaniyanın Hərbi Hava Qüvvələri Londonu hədəf alan və 57 gün fasiləsiz davam edən hava hücumlarına başladı. Bu bombardmanlara "The Blitz" adı verildi.

 

 7 sentyabr 2011-ci ildə göyərtəsində "Lokomotiv Yaroslavl" xokkey komandasına daşıyan təyyarə Yaroslavl hava limanından qalxdıqdan sonra Volqa çayına düşdü. Təyyarədə olan 45 nəfərdən 44-ü həlak oldu.

 



Әlaqәli Xәbәrlәr