Tarixdə bu gün: 30 avqust

30 avqust 1922-ci ildə Mustafa Kamal Paşanın şəxsən rəhbərlik etdiyi Dumlupınar Meydan Müharibəsi Türk Ordusunun qəti qələbəsi ilə nəticələndi. Yunan ordusunun baş komandanı Trikopis komandirləri ilə birgə əsir alındı.

1260460
Tarixdə bu gün: 30 avqust

 30 avqust 1922-ci ildə Mustafa Kamal Paşanın şəxsən rəhbərlik etdiyi Dumlupınar Meydan Müharibəsi Türk Ordusunun qəti qələbəsi ilə nəticələndi. Yunan ordusunun baş komandanı Trikopis komandirləri ilə birgə əsir alındı.

 

 30 avqust 1941-ci ildə II Dünya müharibəsində alman ordusu Leninqradı mühasirəyə almağa başladı. Leninqrad blokadası 900 gün davam etdi.

 

 30 avqust 1955-ci ildə London Konfransında Kipr problemi müzakirə olundu. Böyük Britaniya Kiprdə üçtərəfli idarə sistemini təklif etdi. Yunanıstan ada xalqının gələcəyini müəyyən etmək istəyirdi. Bu halda Fatih Rüştü Zorlunun başçılıq etdiyi Türkiyə nümayəndə heyəti Kiprin keçmiş sahibi Türkiyəyə qaytarılmasını tələb etdi.

 

 30 avqust 1981-ci ildə İran prezidenti Məhəmməd Əli Recai və baş nazir Məhəmməd Cavad Bahomar bombalı hücumda öldürüldülər.

 

 30 avqust 1988-ci ildə İraq ordusundan qaçaraq Türkiyə sərhədinə yığılan minlərlə iraqlı kürd hökumətin icazəsi ilə Türkiyəyə daxil oldu.

 

 30 avqust 1992-ci ildə Türkiyənin təhlükəsizlik qüvvələri ilə İrandan Türkiyəyə girən separatçı terrorçular arasındakı qarşıdurmada 100 terrorçu öldürüldü.

 

  30 avqust 1995-ci ildə NATO Markale qətliamının ardından bosniyalı serblərə qarşı hava əməliyyatı keçirdi. "Qərarlı güc" adlandırılan əməliyyat  II Dünya müharibəsindən sonra Avropadakı ən intensiv bombardman oldu.



Әlaqәli Xәbәrlәr