Tarixdə bu gün: 11 avqust

11 avqust 1473-cü ildə Fateh Sultan Mehmetin sərkərdəlik etdiyi Osmanlı ordusu Otluqbeli müharibəsində Uzun Həsənin komandanlığı altında Ağqoyunlu ordusunu məğlub etdi. Bu məğlubiyyət Ağqoyunlu dövlətinin sonu oldu.

1250160

11 avqust 1934-cü ildə "Alkatraz Quşçusu” filmi başda olmaqla, bir çox filmin mövzusu olan Amerika Birləşmiş Ştatlarının San Fransisko şəhərindək Alkatraz adası həbsxanası açıldı.

11 avqust 1952-ci ildə İordaniya məclisi uzunmüddətli xəstəliyi olan Kral Tallalın yerinə 8 yaşlı oğlu Hüseyni kral elan etdi.

11 avqust 1966-cı ildə Malayziya ilə İndoneziya arasında 3 illik müharibə başa çatdı.

11 avqust 1980-ci ildə Çin Xalq Respublikasında Mao dövrü rəsmən tarixə qarışdı. Kommunist Partiyası Mao ilə əlaqədar bütün şəkil, müsahibə və afişaları qadağan etdi.

Әlaqәli Xәbәrlәr