Tarixdə bu gün: 24 iyul

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1241150
Tarixdə bu gün: 24 iyul

***

  1908-ci il 24 iyulda Türkiyədə İkinci Hökumət elan edildi. Bundan sonra 29 ildir asqıda olan Osmanlı Konstitusiyası yenidən qüvvəyə mindi.

***

  1915-ci ilin bu günü ABŞ-da Çikaqoda sərnişin gəmisi batdı və 845 nəfər həyatını itirdi.

***

  Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Rumıniya, Yuqoslaviya və Türkiyə arasında 1923-cü il iyul ayının 24-ündə Lozanna Sülh Müqaviləsi imzalandı. Bu saziş Türkiyənin indiki sərhədlərini cızdı və ərazi bütövlüyünü təsdiq etdi.

***

  1959-cu ildə İraqda 1000-ə qədər kərküklü və türkmənin qətlə yetirildiyi açıqlandı.

***

  1974-cü il 24 iyulda Yunanıstanda 7 il davam edən “Cunta rəhbərliyi” sona çatdı: sürgündə olan Konstantin Karamanlis hökuməti qurmaq üzrə geri qayıtdı.

***

  1977-ci ilin bu günü “Dörd günlük Liviya-Misir müharibəsi” başa çatdı.

***

  2000-ci ilin bu günü İsrailin baş naziri Ehud Barak “əgər İsrail-Fələstin sülhü təmin olunacaqsa, Qəzza Zolağındakı bütün yəhudi məhəllələrini boşaltmağa hazır olduqları”nı dedi.

***              

24 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

   1793-cü ilin bu günü Cənubi Amerikanın İspaniyadan ayrılaraq müstəqilliyini qazanmasına liderlik edən Simon Bolivar (Simón José Antonio de la Santísima Trinidad Bolívar) anadan olub.

***

  “Üç müşketyor”, “Kraliça Marqo”, “Qrafinya de Monsoro”, “Qraf Monto Kristo” kimi geniş oxucu rəğbəti qazanmış əsərlərin müəllifi, məşhur Fransa yazıçısı Aleksandr Düma (Alexandre Dumas) 1802-ci il 24 iyulda dünyaya gəlib.  

  Yaradıcılığa 23 yaşında (1825) dramaturq kimi başlayan A.Düma sonralar roman janrında qələmini sınadı və böyük uğur qazandı.

  Böyük fransız yazıçısı Azərbaycanda da olub, bir çox bölgələri gəzib, Qarabağ şairi Xurşudbanu Natəvanla görüşüb.

  Öz səyahət təəssüratlarını A.Düma “Qafqaz” əsərində qələmə alıb. (1802-1870)

***                            

  Fransanın tanınmış bəstəkarı Adolf Adan (Adolphe Charles Adam) 1803-cü ilin bu günü anadan olub. Onun məşhur “Jizel”, “Korsar” baletləri dünyanın bir çox ölkələrində göstərilib. (1803-1856)

***

  Yazıçı-inqilabçı, Rusiyada xalqçılığın banilərindən biri olan Nikolay Çernışevski 1828-ci il 24 iyulda dünyaya gəlib. Onun çarizmə, təhkimçiliyə qarşı mübarizəyə həsr olunan publisistikası, ədəbi-tənqidi məqalələri qabaqcıl rus ədəbiyyatı və incəsənətinin inkişafına böyük təsir edib.  

  N.Çernışevskinin Azərbaycan ədəbiyyatı, xüsusən “Koroğlu” dastanı haqqında yazıları var. (1828-1889)

***                            

    Bu gün 20-ci əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı, müəllim və ictimai xadim Abdulla Şaiqin xatirə günüdür.

  Şeir və nəsrləri ədəbiyyatın ən dəyərli nümunələri arasında yer alan A.Şaiqin xüsusən Azərbaycan uşaq ədəbiyyatında böyük xidmətləri olub. Onun “Tülkü Həccə gedir”, “Yaxşı arxa”, “Şələquyruq” mənzum hekayələrində gözüaçıqlıq, təvazökarlıq, doğruluq, təbiəti sevmək təbliğ edilir, “Gözəl bahar”, “El oğlu”, “Vətən”, “Nüşabə”, “Ana” pyesləri isə gənc nəslin vətənpərvərlik tərbiyəsində bu gün də böyük rol oynayır.

   Abdulla Şaiqin xalq maarifi xahəsində də mühüm xidmətləri olub və bir sıra dərsliklər yazıb. (1881-1959)

***



Әlaqәli Xәbәrlәr