Tarixdə bu gün: 18 iyul

18 iyul 1975-ci ildə "Apollon - Soyuz" birləşməsi televiziyada nümayiş olundu.

1237228
Tarixdə bu gün: 18 iyul

18 iyul 1904-cü ildə Rusiya-Yaponiya müharibəsi başladı. Rusiya-Yaponiya müharibəsi Yaponiyanın Rusiyanı Uzaq Şərqdəki işğalçılıq siyasətindən əl çəkmək məcburiyyətində qoyduğu hərbi toqquşmadır.

 

 18 iyul 1919-cu ildə Müttəfiq Ali Şurası işğal bölgələri ilə bağlı razılığa gələ bilməyən İtaliya və Yunanıstan arasında bölgələri bölüşdürdü və Aydının italyanlara verilməsi barədə qərar qəbul olundu.

 

 18 iyul 1932-ci ildə Türkiyə "Cəmiyyəti- Akvam"a (Birləşmiş Millətlər Təşkilatı) 56-ci üzv kimi qəbul edildi.

 

 17 iyul 1955-ci ildə Almaniyanın gələcəyinin müzakirə olunduğu Dörd Böyüklər Konfransı Cenevrədə başladı.

 

 18 iyul1974-cü ildə  ABŞ dövlət katibi Henri Kissincerin müavini Sisco Londona gələrək Bülənd Ecevit ilə görüşdü. Kiprə müdaxilədən imtina etməsi üçün Ecevitin şərtlərini öyrəndi və bunları yunanıstanlılarla müzakirə etmək üçün Afinaya yola düşdü.

 

18 iyul 1975-ci ildə "Apollon - Soyuz" birləşməsi televiziyada göstərildi.

 

 18 iyul 1976-cı ildə rumıniyalı gimnast Nadia Comaneci 1976 Yay Olimpiya Oyunlarında 10 tam xal aldı. Beləliklə, Olimpiya Oyunları tarixində tam xal alan ilk gimnast oldu.



Әlaqәli Xәbәrlәr