Tarixdə bu gün: 5 iyul

5 iyul 1938-ci ildə Türkiyə qoşunları Hataya daxil oldu.

1229905
Tarixdə bu gün: 5 iyul

5 iyul 1811-ci ildə Venesuelanın müstəqillik günüdür.

Simon Bolivar Venesuelanın İspaniyadan müstəqilliyini elan etdi.

***

1924-cü ilin 5 iyul tarixində 42 ölkənin iştirak etdiyi Olimpia Oyunları Parisdə start götürdü. Almaniya Olimpiadaya qatılmadı.

***

5 iyul 1938-ci ildə Türkiyə qoşunları Hataya daxil oldu. Fransızların elan etdiyi fövqəladə vəziyyətə son qoyuldu.

***

5 iyul 1961-ci il tarixində fransız əsgərləri Əlcəzairdə nümayişçilərin üzərinə atəş açdı; 80 nəfər həlak oldu.

***

5 iyul 1967-ci ildə İsrailin müdafiə naziri Moşe Dayan Qəzzanı ilhaq etdiklərini açıqladı.

***

1973-cü ilin 5 iyulunda Türkiyə Radio və Televiziya Qurumu (TRT) “Eurovizyon klubu” üzvü oldu.

***

5 iyul 1977-ci ildə Pakistanda Baş Qərargah rəisi Ziya ül Haq çevriliş etdi. Baş nazir Zülfikar Əli Butta həbs edildi.



Әlaqәli Xәbәrlәr