Tarixdə bu gün: 17 iyun

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1219228
Tarixdə bu gün: 17 iyun

***

  Türkiyə qurtuluş mübarizəsi apardığı illərdə Sivas, Ərzincan və Tunceli bölgəsində başlayan və 3,5 ay davam edən Koçgiri üsyanı 1921-ci ilin 17 iyun tarixində Türkiyə ordusu tərəfindən yatırıldı.

***

  17 iyun 1932-ci ildə Türkiyə Cümhuriyyətində ilk avtomobil yarışı keçirildi.

  İstinye – Zincirlikuyu arasında olan yarışı “Türkiyə Turing”, avtomobil klubu və “Milliyet” qəzeti təşkil etdi.

***

  17 iyun İslandiya xalqının milli bayramıdır.

  İslandiya 1944-cü il iyunun 17-də öz istiqlaliyyətini bəyan edib. 1380-ci ildən 1918-ci ilədək Danimarkanın tərkibində olan İslandiya 1918-ci ildən 1944-cü ilədək bu ölkə ilə ittifaq dövləti olub.   

***

  1951-ci il 17 iyunda Berlin olimpiada stadionunda keçirilən futbol matçında Türkiyə Almaniya komandasını 2-1 hesabı ilə məğlub etdi. Bu qələbədən sonra qapıçı Turqay Şerenə "Berlin panterası" deyilməyə başlandı.

***

  1994-cü ilin bu günü Birləşmiş Millətlər Təşkilatının baş assambleyası 17 iyunu Ümumdünya Səhralaşma və Quraqlığa Qarşı Mübarizə Günü elan etdi. Elə həmin il BMT-nin quraqlıqla mübarizə üzrə konvensiyası qəbul olundu. 

*** 

  2001-ci ildən Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 17 iyun Azərbaycan Səhiyyə İşçilərinin Peşə Bayramıdır.

*** 

17 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  17 iyun 1631-ci ildə Babur imperatoru Cahan şahın həyat yoldaşı Mümtaz Mahal doğuş zamanı vəfat edib.

  Sonralar onun xatirəsinə Tac Mahal məqbərəsi ucaldıldı ki, bu abidə 20 ilə tamamlandı.

***

  Məşhur fransız bəstəkarı və dirijoru Şarl Fransua Quno 1818-ci ilin bu günü Parisdə dünyaya gəlib.

  Lirik operanın görkəmli nümayəndəsi olan Quno yaradıcılığının ilk dövründə “Safo”, “Qanlı rahibə”, “Zorən təbib” tamaşaları ilə tanınsa da, bəstəkara dünya şöhrətini “Faust”, sonralar isə “Romeo və Cülyetta” operaları qazandırıb. (1818-1893)

***

  2015-ci ilin 17 iyununda Türkiyə respublikasının 9-cu dövlət başçısı Süleyman Demirel 91 yaşında vəfat edib. (1924-2015)

***



Әlaqәli Xәbәrlәr