Tarixdə bu gün: 25 may

25 may təqvim gününə aid əlamətdar hadisələr

1206907
Tarixdə bu gün: 25 may

25 may 1807-ci il. Osmanlı ordusunun yeniçərləri III Səlim tərəfindən yaradılan müntəzəm "Nizami-Cədid "ordusuna qarşı  Kabakçı Mustafanın liderliyi ilə üsyan etdilər.

 

25 may 1895-ci il. "Məcəllə"ni qələmə alaraq İslam hüququnu kitablaşdıran Türk dövlət və  elm adamı, tarixçi, hüquqşünas, şair Əhməd  Cövdət Paşa vəfat etdi.

 

25 may 1963-cü il.  32 Afrika ölkəsi Afrika ölkələrini həmrəylik və əməkdaşlığa təşviq etmək məqsədilə  Afrika Birliyi Təşkilatını yaratdı.

 

25 may 1983-cü il. Türk şairi, yazıçı və mütəfəkkiri  Nəcib Fazıl Kısakürək İstanbulda vəfat etdi.

 

25 may 2003-cü ildə Kann Film Festivalında "Uzak" filmi ilə böyük mükafata layiq görülən Nuri Bilgə Ceylan 25 may 2008-ci ildə "Üç meymun" filmi ilə "ən yaxşı rejissor" mükafatını qazandı. Ceylan üçüncü dəfə  Kann mükafatı alaraq bir rekorda da imza atdı.

 

25 may 1873-cü ildə  Görkəmli Azərbaycan memarı Zivərbəy Əhmədbəyov Şamaxıda anadan olub (1873-1925). 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirib. Bakı şəhərinin baş memarı olub (1918-1922). Şamaxıda Cümə məscidi, İmam məscidi, Bakıda Təzəpir məscidi, Göyçayda Əbülfəzlil Əbbas məscidi, Əmircanda Murtuza Muxtarov məscidi onun layihələri əsasında tikilib. Əmircanda layihələndirdiyi məscid Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınıb. Bakı Metropoliteninin “Nizami” stansiyasının qarşısında abidəsi ucaldılıb.

 

25 may 1953-cü il. ABŞ-ın Hyuston Universiteti dünyada ilk dəfə olaraq ictimai televiziya (KUHT) yayımı həyata keçirməyə başlayıb.



Әlaqәli Xәbәrlәr