Tarixdə bu gün: 18 may

Tarixin 18 may təqvim gününə aid əlamətdar hadisələr.

1203087
Tarixdə bu gün: 18 may

 

18 may 1804-cü il - Napoleon Bonapart Fransa imperatoru elan edildi.

 

18 May 1910-cu il -  Gözlə görünə bilən yeganə kometa olan "Halley" kometası Yer kürəsinin çox yaxınından keçdi.

 

18 May 1915-ci il - Çanaqqala müharibəsində snayper olan bir Türk qızı şəhid oldu. Çanaqqala müharibəsində bəzi Türk qadınları snayperlik edirdi.

 

18 May 1944-cü il - Krım Tatarları Sürgünü. İosif Stalin Krım yarımadasından nasistlərlə əməkdaşlıqda ittiham etdiyi Krım tatarlarını sürgün etdi. Sürgündə ölən Krım tatarlarının sayı 110 minə çatdı.

 

18 May 1974-cü il - Hindistan Tar səhrasında ilk nüvə silahı sınağını uğurla həyata keçirdi. Hindistan "Gülümsəyən Budda" adı verilə bu layihə ilə nüvə silahı olan 6-cı ölkə oldu.

 

18 may 2015-ci il - Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb. Forumda 100-dən çox ölkənin nümayəndəsi, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi, ISESCO-nun baş direktoru, İslam Əməkdaşlıq Təşkilatının baş katibi və digər nüfuzlu beynəlxalq qurumların nümayəndələri iştirak ediblər.

 

18 may 1992-ci il - Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

Laçının işğalı ilə Ermənistan Dağlıq Qarabağdakı separatçılarla birbaşa əlaqəni təmin edib. Artıq 24 ildir ki, 60 mindən çox laçınlı Azərbaycanın 59 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq məcburi köçkünlük həyatı yaşayır.

Əhəmiyyətli geostrateji mövqeyə, zəngin iqtisadi potensiala malik Laçının müdafiəsi zamanı 267 nəfər şəhid olub, yüzlərlə insan yaralanıb, 871 uşaq yetim qalıb.

 

18 may 1652–ci il - Britaniyanın müstəmləkəsi olan Rod Aylend ştatında Şimali Amerikada ilk dəfə köləliyi qadağan edən qanun qəbul edilib.

 

18 may 1756-cı il- Böyük Britaniyanın Fransaya müharibə elan etməsi ilə Osmanlı İmperiyasından başqa Avropanın bütün böyük dövlətlərinin iştirak etdiyi yeddiillik müharibə başlayıb.

 

18 may 1927-ci il - Görkəmli cərrah-uroloq, akademik Mirməmməd Cavadzadə anadan olub (1927-2008). M.Cavadzadə Azərbaycanda tibb elminin inkişafındakı böyük xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən 2007-ci ildə “İstiqlal” ordeni ilə təltif edilib.

 

18 may 1920-ci il - Vatikan dövlətinin sabiq rəhbəri və 264-cü Roma Papası II İohann Pavel anadan olub (1920-2005).

Polşada dünyaya göz açan Karol Yuzef Voytila 1523-cü ildən sonra qeyri-italyan mənşəli ilk Roma Papasıdır. O, 1967-ci ildə kardinal rütbəsi alıb və 1978-ci ildə II İohann Pavel adı ilə Roma Papası kimi fəaliyyətə başlayıb. 2002-ci ildə Papa II İohann Pavelin Azərbaycana tarixi səfəri olub.

 

18 may 1936-cı il - Görkəmli qazax şairi, yazıçı, alim, dövlət xadimi, ictimai xadim Oljas Süleymenov anadan olub. Onun məşhur “Az-Ya” kitabı, şeirləri və məqalələri 1980-ci illərdən Azərbaycanda nəşr olunmağa başlanıb. Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliğindəki xidmətlərinə görə Oljas Süleymenov “Şöhrət” və “Dostluq” ordenləri ilə təltif edilib.

 

 



Әlaqәli Xәbәrlәr