Tarixdə bu gün: 6 may

Tarixin bu günü harada nələr baş verib? Qısaca nəzər salaq.

1194625
Tarixdə bu gün: 6 may

1877-ci ilin 6 mayında ağdərililərə qarşı əldə etdiyi zəfərlə tanınmış Sioux qızıldərililərin məşhur şefi Kreyzi Hors (Crazy Horse) (dəli at) ABŞ hərbi hissələrinə Nebraskada təslim oldu.

6 may 1927-ci ildə İstanbul radiosu ilk yayımına Sirkəcidəki böyük Poçt binasının zirzəmisində başladı. Hələ heç kəsdə radio qəbuledicisi olmadığı üçün bu yayımlar poçtxana binasının qapısının üzərinə yerləşdirilmiş səsucaldanlardan xalqa çatdırıldı.

Dünyanın ən iri dirijablı olan “Gindenburq” 6 may 1937-ci il tarixində Atlantik okeanı keçərək ABŞ Hərbi Dəniz Qüvvələrinin bazasında yerə enməyə hazırlaşmışdır. Lakin tufan üzündən dirijablın heyəti enməyə icazə ala bilməmişdir.

İcazə alandan sonra “Gindenburq” enməyə başlamış və bu zaman yanğın baş vermişdir.

Faciə nəticəsində hava gəmisində olan 97 nəfərin 37 nəfəri ölmüşdür. Qəzanın dəqiq səbəbi indiyədək məlum deyildir. Bu qəza sərnişin hava gəmisi tarixinə son qoymuşdur.

6 may 1994-cü ildə La-Manş ingilis dənizinin İngiltərə ilə Fransanı bir-birinə bağlayan La-Manş tuneli açıldı.

6 may 2001-ci ildə Roma papası Jean Pol Suriya səfəri zamanı Dəməşqdəki Əməvi məscidinə gədərək bir məscidə addım atan ilk papa oldu.



Әlaqәli Xәbәrlәr