Tarixdə bu gün: 2 aprel

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1173695
Tarixdə bu gün: 2 aprel

***

  2 aprel 1453-cü ildə Osmanlı Sultanı Fateh Mehmet İstanbulu mühasirə hərəkatına başladı.

***

  1882-ci ildə İrəvanda şəhər məktəbinin müəlimi Məşədi İsmayılın təşəbbüsü ilə “Tamahkarlıq düşmən qazanır” pyesi tamaşaya qoyuldu. Sonra Firudin bəy Köçərli Mirzə Fətəli Axundovun “Məstəli şah” tamaşasını hazırladı. Həmin tarix, yəni 1882-ci il aprelin 2-si İrəvan Teatrının yaranması günü kimi qeyd edilir.

  1918-ci ildə azərbaycanlıların soyqırımı ilə bağlı teatr bağlandı.

  Hal-hazırda Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrı 1988-ci ildən Bakıda fəaliyyətini davam etdirir.

***

  1917-ci ilin 2 aprelində Amerika Birləşmiş Ştatları faktiki olaraq Birinci Dünya Müharibəsinə girdi.

***

  2 aprel 1930-cu ildə Selasiye özünü Efiopiyanın imperatoru elan etdi.

***

  Kommunizm tərəfdarı kimi şübhələnildiyi üçün 1952-ci ildə ABŞ-ı tərk edən Çarli Çaplin (Charlie Chaplin) bir də 20 ildən sonra - 1972-ci ilin 2 aprelində ilk Oskar mükafatını almaq üçün geri qayıtdı.

***

  2 aprel 1982-ci ildə Falkland adalarıArgentina tərəfindən zəbt olundu.

***

  Bu gün Azərbaycanın son dövr tarixinin ən faciəli günlərindən biri olaraq xatırlanır: 1993-cü ilin 3 aprelində erməni-rus silahlı hərbi birləşmələri Kəlbəcər rayonunu işğal etdilər.

***                                                                                                                    

2 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Dünyaşöhrətli nağılçı, Danimarka yazıçısı Hans Xristian Andersen (Hans Christian Andersen) 1805-ci ilin 2 aprelində dünyaya gəlib. Ona uşaqlar üçün yazdığı nağıllar böyük şöhrət gətirib və Andersen uşaq ədəbiyyatının korifeyi səviyyəsinə yüksəlib.

  Ədəbi fəaliyyətə “Holmen kanalından Amager adasının şərq burnuna qədər piyada səyahət” əsərilə başlayıb. 30-cu illərin ikinci yarısından başlayaraq “Uşaq nağılları”, “Yeni nağıllar”, “Rəvayətlər” kitablarını nəşr etdirib. Hans Xristian Andersenin “Çirkin ördək balası”, “Qar kraliça”, “Bülbül” və s. nağıllarında sadə adamların mənəvi zənginliyindən bəhs olunur. (1805-1875)

***

  Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, fransız yazıçısı Emil Zola (Emile François Zola) 1840-cı ildə dünyaya gəlib. Yaradıcılığının ilk dövründə Viktor Hüqonun təsirilə romantik əsərlər yazıb.

  “Tereza Paken” romanı ilə Zola naturalist janrın əsasını qoyub. Sonralar tənqidi realizmə daha çox meyl göstərərək (“Ruqonlar və Makkarlar”, “Parisin bətni”, “Qadın səadəti”, “Tələ”, “Jerminal”, “Doktor Paskal” və s.) romanlar yazıb və bu əsərlər ona dünya şöhrəti qazandırıb. (1840-1902)

***

  Morze adlanan ilk teleqraf əlifbasını yaradaraq dünyada rabitə sahəsində böyük inqilab edən və bununla da kommunikasiya sistemini təmin edən amerikalı ixtiraçı və rəssam Samuel Morzenin (Samuel Finley Breese Morse) 1 aprel xatirə günüdür. (1791-1872)

  Qeyd edək ki, morze əlifbası işarələrlə kodlaşdırma üsuludur.

  6 yanvar 1836-cı ildə Samuel Morze (Samuel Morse) Nyu Cersi (New-Jersey) ştatının Morristovn şəhərində teleqraf aparatını nümayiş etdirib və bunun vasitəsilə özünün yaratdığı kodla ilk teleqramı göndərib. Teleqramın ötürmə məsafəsi 3 km-ə yaxın, mətni isə bir neçə sözdən ibarət idi: (“Səbr edən heç vaxt uduzmur” (“A patient waiter is no loser”).

***



Әlaqәli Xәbәrlәr