Tarixdə bu gün: 13 fevral

Tarixin bu günü harada nələr baş verib, kimlər olub, qısaca nəzər salaq.

1143631
Tarixdə bu gün: 13 fevral

***

    Bir film kamerası və projektoru alan Oqüst və Lui Lümyer (Auguste ve Louis Lumière) qardaşları istehsal üçün 1894-cü ilin 13 fevralında kinematoqraf patentini aldılar. Beləliklə, görüntülər əks etdirilə, yazıla, sıralana və nümayiş etdirilə bildi.

  Oqüst və Lui Lümyer qardaşları kinokamera ilə 1995-ci ildə çəkdikləri ilk lent yazılarını həmin ilin sonunda Parisdə xalqa bilet satışı ilə təqdim etdilər. Tarixə düşən bu təqdimatda zavoddan çıxan işçilər və bir qatarın stansiyaya yaxınlaşması kadrları yer alırdı. Qatarın stansiyaya yaxınlaşması fraqmenti izləyənlərə necə təsir etmişdisə, onlar yerlərindən hövlnak qalxıb zaldan qaçmaq istəmişdilər.

 ***  

  13 fevral 1946-cı ildə yaradılan Birləşmiş Millətlər Təşkilatı Radiosunun ildönümü və BMT-nin UNESCO təşkilatı tərəfindən elan olunan Ümumdünya Radio Günüdür.  

  Asanlıqla çata bildiyimiz, rahatca dinlədiyimiz radio yayımı hər zaman əhəmiyyətini qoruyur. Görünür, buna görədir ki, Birləşmiş Millətlər Təşkilatının da maraq dairəsinə daxil olan radio dünya miqyasında qarşıdurma, vətəndaş müharibəsi, qaçqınlar mövzuları üçün sürətli bir məlumatlandırma vasitəsi olub.

  UNESCO dünyanın müxtəlif yerlərində yaşayan dinləyicilərə etibarlı və keyfiyyətli informasiya ötürmək üçün böyük səy göstərir. Radionun humanitar yardım məqsədilə istifadə olunması üçün Birləşmiş Millətlər Təşkilatının "radio-in-a-box" tətbiqindən səmərəli şəkildə istifadə edilir.

***

  1960-cı ilin 13 fevral günü Fransa Afrikada – Böyük Səhrada özünün atom bombasının ilk sınağını keçirdi. Bununla da Fransa Amerika Birləşmiş Ştatları və SSRİ-dən sonra “Kütləvi qırğın silahına malik ölkələr” sırasına daxil oldu.   

***

  Şimali Kiprdə (Kıbrıs) yaşayan türklər yunanlar tərəfindən qətlə yetirilincə 1974-cü ilin 20 iyulunda Türkiyə Silahlı Qüvvələri Kıbrıs Sülh Hərəkatı adı ilə adaya girdi və orada türklərin təhlükəsizliyini təmin etdi. Hərəkatdan sonra Şimali Kiprdə Muxtar Kıbrıs Müvəqqəti Hökuməti quruldu. Bu hakimiyyətin Məclisi 1975-ci ilin 13 fevralında Kıbrıs Türk Federasiya Dövlətinin qurulmasına səs verdi və qərarı elan etdi. Məclisdə yeni dövlətin qurulma bəyanatını Muxtar Kıbrıs Türk İdarəçiliyi Məclisinin sədri və ilk prezidenti Rauf Denktaş oxudu.

  1983-cü il 15 noyabrında isə Kıbrıs Türk Federasiya Dövləti Məclisi səsvermə nəticəsində əldə etdikləri qərarla bu günə qədər yaşayan və yaşayacaq Şimali Kipr Türk Cümhuriyyətini elan etdi.

 ***

  13 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Rusiyanın dünyaşöhrətli təmsilçisi İvan Krılov 1769-cu ilin 13 fevralında Moskvada anadan olub. Gənc yaşlarından müstəqil olaraq ədəbiyyatı, riyaziyyatı, fransız və İtaliya dillərini öyrənib. 18-19 yaşlarında yazdığı komediyalarında paytaxt zadəganlarını əxlaq düşkünlüyünü kəskin tənqid edib. Lakin Krılova təmsilləri daha böyük şöhrət qazandırıb. Onun əsərlərini Azərbaycan dilinə ilk tərcümə edən Abbasqulu ağa Bakıxanov olub. (1769-1844)

***

   13 fevral Azərbaycan və ümumtürk xalqlarının tanınmış şairi, dramaturq və ədəbiyyatşünas Bəxtiyar Vahabzadənin xatirə günüdür.

  1925-ci ildə Şəkidə anadan olan, bədii yaradıcılığa 18 yaşından başlayan şair onlarla kitabın müəllifidir. Onun bir çox şeirinə gözəl mahnılar da bəstələnib.

  Bəxtiyar Vahabzadənin “Vicdan”, “İkinci səs”, “Yağışdan sonra” pyeslərində ailə, məişət və əxlaq məsələlərindən bəhs olunur. Bayron, Puşkin, Lermontov, Nekrasov və dünyanın digər klassik şairlərinin əsərlərindən nümunələri Azərbaycan dilinə tərcümə edib. B.Vahabzadə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü idi. O, dövrün bir çox ordenləri (“İstiqlal”, “Şöhrət” və “Qırmızı əmək bayramı”) ilə təltif edilmişdi.

  Böyük şairin ictimai fəaliyyəti də dəyərli və əvəzsiz olub. Hələ ötən əsrin 60-cı illərində belə düşüncələrilə həmkarlarından kəskin şəkildə seçilib. 1959-cu ildə yazdığı “Gülüstan” tarixi poeması ilə Azərbaycan xalqının və torpaqlarının ikiyə bölünməsi facisəini qələmə almış, bu səbəbdən bir müddət vəzifəsindən uzaqlaşdırılmış, Sovet rejiminin təzyiqlərinə məruz qalmışdı.

  80-90-cı illərdə Azərbaycan tarixinin tale yüklü anlarında da əsl vətəndaş mövqeyi nümayiş etdirən Bəxtiyar Vahabzadə xalqın yaşadığı Dağlıq Qarabağ münaqişəsi, Qanlı Yanvar faciəsi ilə bağlı çıxışları və atdığı addımları ilə seçilib. Şair 2009-cu ilin bu günü 84 yaşında dünyasını dəyişib. (1925-2009)



Әlaqәli Xәbәrlәr