Paşinyan normallaşma üçün hazırdırmı?

Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlunun “Paşinyan normallaşma üçün hazırdırmı ?” başlıqlı yazısı.

1768809
Paşinyan normallaşma üçün hazırdırmı?

Azərbaycanın son Qarabağ müharibəsində əldə etdiyi qələbə regionda yeni geosiyasi reallıqlar yaratmaqla birlikdə bölgə ölkələri arasındakı münasibətlər sisteminin də yeni bir müstəviyə keçməsinə səbəb olub.

Nəhayət Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə arasında gözlənilən normallaşmanın baş verməsi Erməni dövlətçiliyi üçün də Cənubi Qafqazda varlığını davam etdirə bilməsi baxımından  qaçınılmaz bir zərurətə çevrilmişdir. Tarixi Türk yurdu olan İrəvan Xanlığı torpaqlarında özünə dövlətçilik formalaşdıran, coğrafi baxımından da tamamən Türk xalqlarıyla əhatələnmiş, demoqrafik-milli imkanlarıyla üst – üstə düşməyən yayılmacı iddiaları olan bir Ermənistan nə vaxta qədər özünü regiondakı müsbət proseslərdən, iqtisadi layihələrdən təcrid edərək yaşaya  bilər ki ?

Daşnaqsütün, Eçmiədzin kilsəsi və Diaspora üçlüsünün mütəmadi olaraq bəslədiyi revanşist-milliyətçi duyğulara, bəlkə də qaytardılar həvəsinə baxmayaraq bu zərurət, Azərbaycanın sülh sazişi təklifini uzun müddət masada saxlamayacağını ən çox anlayan siyasi fiqur mərhəm bilgilərə də hakim olması səbəbiylə proseslərin hansı yöndə cərəyan etdiyini  görən Baş nazir Paşinyandır. Hiss edilir ki, o daxili siyasi iqlimi sağlamlaşdıraraq ,önündəki  maneləri bir – bir ortadan qaldıraraq ürkək də olsa normallaşma istiqamətində addımlar atmağa hazırlaşır. 30 illik aradan sonra Türkiyə-Ermənsitan münasibətlərində də ilıqlaşma elementləri ortaya çıxmağa başlayıb. Hər iki ölkə birbaşa danışıqlar üçün xüsusi nümayəndələr təyin edib. Türkiyə Amerikadakı keçmiş səfiri Serdar Kılıcı  Ermənistan isə vitse-spiker, bir zamanlar İstanbulda da yaşaması səbəbiylə Türkiyəni yaxşı tanıyan Ruben Rubinyanı təyin etməklə yaxın qonşuluq münasibətlərinin yenidən təsisinə nə qədər önəm verdiklərini də ortaya qoymuş oldu. İlk təmaslar Yerevanın təklifiylə Moskvada həyata keçirilsə də rəsmi Ankara xarici işlər naziri M. Çavuşoğlunun bəyanıyla bundan sonra vasitəçisiz birbaşa danışıqlara tərcih edəcəyini bir daha qeyd etmiş oldu. Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin irəli sürdükləri altılı əməkdaşlıq formatının toplantısının  keçirilməsi, Ermənistanın sözü gedən format çərçivəsində  həmin danışıqlarda iştirak etməsi də gözlənilir. Paşinyanın  Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq yolunu seçməsi həm öz siyasi karyerası,  həm də Ermənistanın gələcəyi baxımından vacibdir. Bunun üçünsə Türkiyə və Azərbaycanın ərazi bütövlüyüylə bağlı ənənəvi Erməni  iddialarından birdəfəlik  imtina edilməli, qonşu ölkələrə yönəlik bütün sərsəm iddia və tələblər həm də dövlət sənədləri və atributlardan  çıxarılmalıdır. Bəzi Erməni dairələrin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstanda həyata keçirdiyi sülhməramlı əməliyyatlardan, Ukrayna ətrafında baş verən hadisələrdən ruhlanaraq Türkiyə və Azərbaycan əleyhində hansısa geosiyasi qırılma gözləmələri də əbəsdir.  Yalançı soyqırım iddialarını öz xarici siyasətinin prioriteti kimi saxlamağa davam etmək, Azərbaycan torpağı olan Xankəndində separatçı qüvvələri dəstəkləmək və oradan Erməni silahlı qüvvələrinin qalıqlarını çıxarmamaqda israr etmək yeni dövrdə Paşinyan və ölkəsi üçün müsbət heç bir şey vəd edə bilməz. Normallaşmanın baş verə bilməsi, Azərbaycanla  sülh sazişinin imzalanması üçün yeganə yol ölkələrin bir- birilərinin ərazi bütövlüyünü  tanıması, beynəlxalq hüququn prinsiplərinə uyğun bir siyasət izlənməsidir. Bunun tərsi  Ermənistanın da ərazi bütövlüyünün  mübahisə məsələsinə çevrilməsidir ki, Göyçə mahalı, Qərbi Zəngəzur və İrevan xanlığının digər ərazilərinin tarixi Azərbaycan torpaqları olması bəllidir.



Әlaqәli Xәbәrlәr