Qısa mesaj və ya SMS-in icadı (mətin və audio)

“Həyatı asanlaşdıran təsadüflər” rubrikamızda bu gün sizə qısa mesaj olan SMS-in icadından danışırıq, mətni oxuyur Sevda Mirzə

2092871
Qısa mesaj və ya SMS-in icadı (mətin və audio)

Qısa mesaj və ya SMS necə ortaya çıxıb?

 

  Bəşər övladı ilk gündən fərqli ünsiyyət yolları axtarmış, üsullar tapmış və inkişaf etdirdir. Və bütün bunların hamısının əsası dil və nitqdir.

  Mağara divarlarına çəkilən şəkillərdən sonra yazının yaranması ilə müxtəlif dillər doğdu və nitq konkretləşdi.

  Yazı insanların fərdi ünsiyyətinin, eləcə də elmi və mədəni məlumatlarının ötürülməsinin əsasını təşkil edir.

  İstər daş, istər heyvan dərisi, istərsə də kağız üzərində yazının ixtirası bəşər sivilizasiyasının başlanğıc nöqtələrindən biri hesab olunur. Çünki "Söz uçur, yazı qalır".

  Müxtəlif zamanlarda ortaya çıxan ixtiralar qlobal inkişafın möhkəm təməllər üzərində dayanmasına imkan verir. Dövrü dəyişdirən bir çox icadlar insanların şəxsi və sosial inkişafını dəstəkləyir.

  20-21-ci əsrlərə “Rəqəmsal dünyanın doğulması dövrü” demək olar. Rəqəmsal dünya da yazı üzərində fortmalaşıb. Əvəzolunmaz kompüter kodları və parolları ötürmək üçün yazıya ehtiyac var. Bununla belə, rəqəmsal dünya həm istifadə sahələri, həm də yazı formasını yenidən müəyyənləşdirməkdədir.

  İnsanlar arasında ünsiyyəti asanlaşdırmaq üçün dilin istifadəsini fərqli bir ölçüyə daşıyan ixtiralardan biri də mətin olaraq göndərilən qısa mesajlar, yəni SMS-lərdir.

  Qısa mesaj olan SMS internetin geniş yayıldığı XX əsrin 80-ci illərində ortaya çıxan və telekommunikasiya xidmətlərinə təsir göstərən mobil telefonlar vasitəsilə yazılı ünsiyyət ehtiyacının nəticəsidir. İlkin mobil telefonlar yalnız danışıq ehtiyacını qarşılayırdı, nə mesaj mətni göndərə, nə də qəbul edə bilirdi. Almaniyalı Friedhelm Hillebrand və fransalı Bernhard Qillebert (Ghillebaert) 1984-cü ildə SMS üçün ilk konsepsiyanı hazırlayan adamlar kimi tanınır. Qısa mesajları məşhur edən bir qrup Avropa mühəndisinin ünsiyyət ehtiyacı idi. 80-ci illərdə rəqəmsal mobil telefonların inkişafı üçün birgə layihə üzərində işləyən mühəndislər təsadüfən teleks mesajı kimi bir-birinə yazılı mesajlar göndərə bilən bir sistem tapdılar. Lakin bu, sınaq məqsədi ilə idi, geniş yayılmasına daha 5 il vardı.

  İlk qeydə alınmış mətin mesajı (​Merry Christmas) 3 dekabr 1992-ci ildə ingiltərəli mühəndis Nil Papvort (Neil Papworth) iş yerindəki kompüterindən çalışdığı beynəlxalq telekommunikasiya şirkətinin direktorlar şurasının sədrinə yazılıb. Beləliklə, bir qrup avropalı mühəndisin öz arasında istifadə etdikləri SMS Nel Papvort tərəfindən populyarlaşıb və bu ixtira ilə cib telefonlarının gündəlik həyatda istifadəsi çoxalıb.  

  Britaniyalı mühəndis illər sonra iştirak etdiyi bir konfransda ixtiranın təsadüfən ortaya çıxdığını söylədi və “Əvvəlcə belə olmadı, amma bu gün mənə çox böyük ixtira kimi görünür” dedi.

  Telekommunikasiya şirkətlərinə və proqram istehsalçılarına milyardlarla dollar qazandıran SMS istifadə edildiyi hər dilə də təsir etdi. İndiki vaxtda hansı ölkədə yaşamasından asılı olmayaraq, xüsusən də gənc nəsil öz dillərindəki sözlərə yeni forma verərək mesaj göndərir. Məsələn, Türkiyə türkcəsində “salam” əvəzinə “Slm” və ya “Mrb” kimi qısa mesajlar geniş yayılıb. Cib telefonlarında quraşdırılan son mesajlaşma proqramları ilə artıq səsli mesaj göndərmək də adi hal alıb. Bu dəyişiklik gündəlik həyatımızda olan vərdişləri də az-çox dəyişdirib.



Әlaqәli Xәbәrlәr