Birqütblü dünya nizamı sona çatır

''Həyatın maraqlı anları'' proqramının bu günkü hissəsində birqütblü dünya nizamının sona çatmasından ən çox hansı ölkələrin faydalanacağından danışacağıq.

2042629
Birqütblü dünya nizamı sona çatır

Birqütblü dünya nizamı sona çatır

Birqütblü dünya nizamı sona çatır: Hansı ölkələr daha çox faydalanacaq?

Səudiyyə Ərəbistanı, BƏƏ, Efiopiya, İran, Misir, Argentina BRİCS-ə qoşulacaq. Bu Çinin liderliyində formalaşan gücün mövcud nizama meydan oxuyacağının göstəricisidir. Ancaq Türkiye kimi dövlətlərin bu yeni nizamdan daha çox faydalanacağı proqnozlaşdırılır.

''Həyatın maraqlı anları'' proqramının bu günkü hissəsində birqütblü dünya nizamının sona çatmasından ən çox hansı ölkələrin faydalanacağından danışacağıq.

Bir çox ekspertlər ABŞ və Çinin iki qütbünü formalaşdırdığı yeni dünya nizamından danışsalar da, bu iki dövlətin yanında yer almayan və milli maraqlarını ön planda tutan qüvvələr dә var.

Bu ölkələrdən bəziləri  Türkiye, Səudiyyə Ərəbistanı, Hindistan və İndoneziyadır. Türkiye formalaşan yeni nizamda yer almayan ölkələrdən biridir.

Türkiye illərdir öz maraqlarına uyğun siyasət yürüdür, qeyd-şərtsiz nə Qərbin, nə də digər dövlətlərin yanında yer alır.

Türkiyenin Rusiya-Ukrayna müharibəsi ilә bağlı nümayiş etdirdiyi mövqe bunun ən bariz göstəricilərindən biridir. Türkiyenin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı nümayiş etdirdiyi mövqeyi isə Türkiyənin öz maraqlarını güdən müstəqil bir güc olduğunu göstәrir.

Səudiyyə Ərəbistanı və Hindistan da bu ölkələrdən biridir.

Səudiyyə Ərəbistanının BRİKS-ə qatılması isə onun ənənəvi müttəfiqi olan ABŞ ilə artan maraq toqquşmasının nümunəsidir.

Səudiyyə Ərəbistanı ABŞ-a qarşı manevr zonasını genişləndirmək üçün Çinlə yaxınlaşmağa üstünlük verir.

BRİKS-ə üzvü olan Hindistan Çinin hegemonluğu altına düşməkdən qorxur.

Hindistanın baş naziri Narendra Modinin Vaşinqton və Parisdəki təmasları onların heç bir halda Çinin tərəfini tutmayacağının göstəricisidir.

Hindistanın dolların hökmranlığına son qoymaq üçün BRİKS-in ortaq valyuta təklifini rədd etməsi də mühüm nümunədir.

Almaniya da bu iki qütbə daxil olmayaraq öz regional qütbünü formalaşdırmağa namizəd ölkələr sırasındadır. Bunun ən böyük səbəbi Kontinental Avropanın Anqlosakson dövlətlərinin maraqlarından fərqli məqsədlərə sahib olmasıdır.

Öz maraqlarını güdən Avropa İttifaqının yeni regional qütb yaratmaq potensialı var. Buna nail olmağın yolu isə Almaniyanın rəhbərliyi ilə regional qütbün yaradılmasından keçir.

Öz regional qütblərini yaratmaq üçün kifayət qədər güclü olan dövlətlər və birliklər ən çox fayda təmin etmək potensialına malikdir. Bunun səbəbi isә balans siyasətidir. ABŞ və Çin arasında münasibətlərin gərginləşməsi buna zəmin yaradır.

Yeni dünya nizamına keçiddə yaranan boşluqdan yaxşı istifadə edəcək ölkələr 21-ci əsrin yüksələn ulduzları olacaq.



Әlaqәli Xәbәrlәr