Türkiyedə keçiriləcək seçkilər və terrorla mübarizə

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun araşdırmaçısı Can Acunun "Türkiyedə keçirilən seçkilər və terrorla mübarizə" başlıqlı məqaləsi...

1985401
Türkiyedə keçiriləcək seçkilər və terrorla mübarizə

Həftənin Analizi-37-2023

Türkiye, seçki marafonunda sona yaxınlaşır. 14 may Prezident və Parlament seçkiləri Türkiye üçün kritik əhəmiyyət kəsb edir, ittifaqların mövqeləri bir çox mövzular baxımından dəyişir və yeni Türkiye xəyalları fərqliliq göstərir. Ancaq bu mövzular arasında terrorla mübarizə bəlkə də ən mühüm fərqlərdən biridir. Ərdoğanın yenidən prezident seçildiyi tənlikdə hazırkı terrorla mübarizə paradiqmasının davam edəcəyini proqnozlaşdırmaq olar, lakin Kamal Kılıçdaroğlunun qalib gəldiyi bir vəziyyətdə bu kontekstdə ciddi qeyri-müəyyənliklər və narahatlıqlar var.

Orta Şərq coğrafiyasında güc oyunları həmişə qarşıdurmaların və xaosun əsarəti altında formalaşsa da, Türkiye üçün də oxşar vəziyyətdən danışmaq olar. İstər regional güclər, istərsə də qlobal güclər baxımından Orta Şərqdə maraqların müdafiəsi üçün vəkil ünsürlərdən istifadə etmək adət halına gəlib. Bu kontekstdə demək olar ki, bir terror təşkilatı kimi PKK-nın Türkiyedə təzahür etməsindən sonra onun Suriya, İraq və İrandakı qollarının ortaya çıxması ilə bununla bağlı mübarizə Türkiye tərəfindən ortaya qoyulmuşdur. 

Terror təşkilatı PKK, xüsusilə Əsəd rejiminə bağlı kommunikasiyalar tərəfindən təşkilatlandırılaraq Türkiyeyə qarşı istifadə edilib. Onilliklər ərzində minlərlə insan terror nəticəsində həyatını itirib. Təşkilatın Suriya quruluşu isə 2011-ci ildə ölkədə gedən vətəndaş müharibəsindən istifadə edərək güclənib və fəallığını artırıb. Təşkilat Suriyada YPG adı ilə silahlı birləşmələr yaradaraq Afrin, Ayn əl-Ərəb və Haseke bölgələrini nəzarətə götürərək orada kantonlar qurmuşdur. PKK Suriyada baş verənləri böyük bir fürsət kimi gördü. İstər Qəndildə varlığını davam etdirən KCK təşkilatlanması, istərsə də İmralıdakı Abdulla Öcalan və onun Türkiyedəki siyasi qolları, PYD/YPG-ni əsas çıxış nöqtəsi kimi görürdü. Türkiyedəki “həll prosesi”ndən istifadə edən təşkilat bütün enerjisini Suriyaya istiqamətləndirmişdir.

2016-cı il iyulun 15-də Türkiyedə dövlət çevrilişinə cəhdin müəyyənedici amillərindən biri də Suriya olub. Türkiye uzun illərdir çətin bir coğrafiyada sabitliyini qoruyaraq böyük dövlət olmaq üçün mübarizə apararkən, son illərdə atdığı addımlarla da qlobal bir güc olmaq yolunda addım-addım irəliləyir. Terror hər zaman Türkiyeyə qarşı, Türkiyenin qlobal güc olma idealına qarşı bir vasitə kimi ortaya çıxıb. Bu çərçivədə FETÖ tərəfindən həyata keçirilməyə cəhd edilən 15 iyul çevriliş cəhdinin əsas məqsədi Türkiyenin zidd görünən və qəbul edilə bilməyən yeni xarici siyasətinin tərsinə çevirmək, Suriyada yoxdan yaradılması arzulanan terror dövlətinə müdaxilənin qarşısını almaq kimi qiymətləndirilməlidir.

Türkiyenin iyulun 15-dən dərhal sonra prezident Ərdoğanın qətiyyətli siyasi iradəsi ilə yeni təhlükəsizlik doktrinasını quraraq Suriyada böyük sərhədyanı hərbi əməliyyata başlaması mahiyyətcə bu səyə cavabdır. Bu kontekstdə 15 iyul böyük bir mərhələ kimi qarşımızda dayanır. İstər FETÖ-nün başda təhlükəsizlik bürokratiyasında olmaqla sızdığı strateji qurumlardan təmizlənməsi, istərsə də PKK/YPG terror təşkilatlarına qarşı aktiv mübarizə yeni əsrdə terrorla mübarizə konteksində Türkiyeni qlobal gücə çevirəcək siyasətin də müəyyənedici paradiqması kimi qarşımızda dayanır. Türkiye kimi çətin bir coğrafiyada yerləşən ölkə sağ qalmaq üçün oyunu qaydalara uyğun oynamalıdır.

Ona görə də Türkiyenin PKK/YPG terroru ilə mübarizəsi siyasətdən kənar, milli təhlükəsizlik məsələsidir. Müxalifətin də məsələyə bu cür baxmasına ehtiyac var. Müxalifət bu məsələ ilə bağlı mövqeyini dəqiqləşdirməli və bu müəyyən narahatlıqları aradan qaldıracaq addımlar atmalıdır.



Әlaqәli Xәbәrlәr