Kosmosda mövcud olmaq niyə vacibdir?

Bu günkü proqramımızda ‘‘Kosmosda mövcud olmaq niyә vacibdir?’’ mövzusunu qiymәtlәndirәcәyik.

1894794
Kosmosda mövcud olmaq niyə vacibdir?

Hәyatın maraqlı anları_08_2022

Bu günkü proqramımızda ‘‘Kosmosda mövcud olmaq niyә vacibdir?’’ mövzusunu qiymәtlәndirәcәyik.

Soyuq Müharibənin bir hissəsi olan kosmos rəqabəti bu gün də artırmaqda davam edir. Bəs, kim kosmosda yarışmaq istəyir? Kosmosda mövcud olmaq niyə vacibdir?

"Kosmosa hakim olan dünyanı idarə edәr" Bu nəzəriyyəyə əsaslanaraq dövlətlər illərdir kosmosda mövcud olmağa çalışırlar.

Sovet kosmonavtı Yuri Qaqarinin kosmosa uçmasından 61 il ötür.

Uzun müddət Amerika Birləşmiş Ştatları ilə Sovet İttifaqı arasındakı  yarışa səhnə olan Ay NASA-nın Artemis kosmik gəmisi ilə yenidən gündəmə gəldi.

"Artemis 1" missiyasının uğurlu olacağı təqdirdə NASA astronavtları 2024-cü ildə Ay ətrafında uça biləcəklər və 2025-ci ildə Aya eniş edə biləcəklәr.

Qeyd edək ki, ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Aya tarixi missiyasının planlaşdırılan startını lәğv edib. NASA-dan verilәn mәlumatda missiyanın planlaşdırılan startının mühәrriklә bağlı problemlәr sәbәbindәn lәğv edildiyi bildirilib.

Son illərdə Amerika Birləşmiş Ştatları başda olmaqla ölkələrin kosmosa ediləcək səyahətlərə ayırdığı vəsaitin artdığı müşahidə olunur. Bu da yeni kosmos yarışının başladığına işarə edir.

Kosmosla bağlı olan peyk sənayesinin vəziyyəti də diqqət çəkən başqa bir məsələdir.  Ölkələrin bu sahəyə qoyduqları investisiya 10 ildə iki dəfə artaraq 271 milyard dollara çatıb. Bu sahəyə ən çox investisiya qoyan ölkə isə Amerika Birləşmiş Ştatlarıdır. ABŞ-ı Çin və Yaponiya izləyir.

Bәs kosmosda mövcud olmaq niyə vacibdir? Dövlətlərin kosmik rəqabəti qarşıdakı dövrdə gərginliyə səbəb olacaqmı?

Arif Karabeyoğlu deyib:"Kommersiya şirkətləri mənfəət əldə etmək və kəşfiyyat məqsədilə kosmosda bəzi əməliyyatlar həyata keçirir. Buna kosmos turizmi və dünyanı müşahidə işləri daxildir. Bu cür olaylar əslində kosmosda həyata keçirilir''.

Bәs Türkiyenin kosmik layihәlәri hansı mәrhәlәdәdir?

Türkiyənin kosmosla bağlı bir çox tamamlanmış və ya davam edən layihəsi var. Aktiv rabitə peyklərinin sayı 8-ə yüksəldi. Türkiye kosmosda rabitə peykləri olan 30 ölkədən birinə çevrilib.

İstanbul Texniki Universitetinin Aeronavtika və Kosmos fakültəsinin müəllimi professor  Rüstəm Aslan deyib:  "Rabitə peyki, Yer kürəsini müşahidə üçün nəzərdə tutulan peyk və elmi peyklərlə bağlı çalışmalar var. Biz xaricə peyk ixrac edirik. Hazırda bu çox vacibdir. Türkiyenin kosmik gəmini kosmosa buraxacaq sistemlə bağlı layihəsi dә var.  İstədiyiniz qədər kosmik sistem hazırlayın. Əgər siz onu özünüz kosmosa buraxa bilmirsinizsə və ya kosmosa buraxmaqla bağlı zəmanətiniz yoxdursa, bu böyük problemdir. Bu layihələrin hamısı Türkiyədə var''.

 



Әlaqәli Xәbәrlәr