Türkiyә ilә Yunanıstan arasındakı gәrginlik

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) baş direktoru, professor Murad Yeşiltaşın mәsәlә ilә bağlı qәlәmә aldığı mәqalәsi.

1844561
Türkiyә ilә Yunanıstan arasındakı gәrginlik

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan keçәn hәftә keçirilәn ‘‘Efes-2022’’ tәlimi çәrçivәsindә әhәmiyyәtli bәyanatlar verib. Rәcәb Tayyib Әrdoğanın  Yunanıstanı qeyri-hәrbi statusa malik adaları silahlandırmaqdan vaz keçmәyә dәvәt etmәsi Türkiyәnin  bu mövzu ilә bağlı daha açıq mövqe nümayiş etdirәcәyinin göstәricisidir. Bu proses Türkiyə-Yunanıstan münasibətlərində yeni bir gərginliyə işarə etməklə yanaşı, iki ölkә arasında dönüş nöqtәsi olub.

Adaların silahlandırılması məsələsinin gündәmi zәbt etmәsinin yeganә səbəbi yoxdur, proses tədricən  baş verib.  Yunanıstanın Egeydəki qeyri-qanuni addımları və maksimalist siyasətini Şərqi Aralıq dənizində yürütmәyә çalışması əslində bu prosesin yaranmasına sәbәb olub.

Rәsmi Ankara rәsmi Afinanın Aralıq dәnizindә attığı yeni addımlara lazımi cavabı verdi vә 2020-ci ildә yaşanan gәrginlik nәticәsindә Yunanıstan geri addım atmaq mәcburiyyәtindә qaldı. Türkiyә isә bu proses әrzindә ilk növbәdә Aralıq dәnizindә vә daha sonra Egey dәnizindә ‘‘Navtex’’ (dәnizçilәrә xәbәrdarlıq) elan edәrәk adaların qeyri-hәrbi statusunun pozulduğunu vurğuladı vә məsələni diplomatik müstəvidə gündəmə gətirməyə başladı.

Problemin  gündәmi zәbt etmәsinә isә iki amil sәbәb oldu. Bunlardan birincisi Yunanıstanın son zamanlar atdığı aqressiv addımlardır. Əslində Yunanıstan bir tərəfdən Fransa ilə müdafiə paktı bağladı və ABŞ ilə olan hərbi müqaviləsini müddətsiz etdi, hәmçinin ABŞ-a çoxlu sayda hərbi bazalar ayırdı. Digər tərəfdən silahlanma vә  aqressiv  siyasət yürüdәrәk  qeyri-hərbi statusa malik adalarla bağlı mövqeyini davam etdirmәyә çalışdı. Bu addımları atarkən Türkiyə ilə siyasi və məşvərət xarakterli danışıqlar davam etdi, lakin Miçotakisin Türkiyə əleyhinə addımları sәbr kasasını daşıran damla oldu.

İkinci amil isə Türkiyənin artan diplomatik və hərbi fəallığı ilə bağlıdır. Son illərdə müxtəlif cəbhələrdə eyni vaxtda ciddi problemlərlə üzləşən Türkiyə bu çağırışlara effektiv şəkildə cavab verib və mühüm nailiyyətlər əldə edib. Ukrayna böhranı zamanı özünəməxsus addımları  ilə rәsmi Ankaranın manevr imkanları genişləndi.

Ancaq Türkiyənin Yunanıstanın Egeydə və digər bölgələrdə, xüsusilə dә adalar mәsәlәsindә attığı və ya atacağı qeyri-qanuni addımlara qarşı eyni mövqe nümayiş etdirməyəcəyi aydındır. Bu çәrçivәdә Türkiyənin bu qanunsuz addımlara qarşı diplomatik, siyasi və hərbi təzyiqlərini artıracağı müşahidә olunur. Hadisələrin gedişatını böyük ölçüdə Yunanıstanın bundan sonra atacağı addımlar formalaşdıracaq.



Әlaqәli Xәbәrlәr