Qanlı döyüşlərin getdiyi Gelibolu yarımadasında milli park olduğunu bilirsinizmi?

Birinci Dünya müharibəsi illərində tarixin ən qanlı döyüşlərinin getdiyi Gelibolu yarımadasında milli park olduğunu bilirsinizmi?

1820942
Qanlı döyüşlərin getdiyi Gelibolu yarımadasında milli park olduğunu bilirsinizmi?

Bunları Bilirsinizmi_35_2022

Gelibolu yarımadasının cənubundakı 33 min hektarlıq ərazi tarixi keçmişi, təbii varlıqları və Çanaqqala döyüşü şəhidləri üçün tikilən Şəhidlər Abidəsi ilə “Milli Park” olaraq təşkil edilib. Çanaqqalanın Avropa tərəfində yerləşən Park 1973-cü ildə yaradılıb və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış bir qorunan ərazidir. Bu ərazidə 250 mindən çox Avstraliya, Yeni Zelandiya, İngilis və Fransız əsgərlərinin və 60 mindən çox türk əsgərinin döyüş məzarları və xatirə abidələri var. Döyüş meydanları “tarixi yer” və “mədəni sərvət” statusu ilə qeydiyyata alınan türbə və abidələrlə yanaşı, gəmilər, toplar, səngərlər, qalalar və bürclər də gələnlər tərəfindən ziyarət edilə bilər. Parkda eyni zamanda eramızdan əvvəl 4000-ci il qalıqları olan arxeoloji sahə də var.

Həm tarixi, həm də mənəvi baxımdan əhəmiyyətli bir yer olan Çanaqqala Şəhidlik Abidəsi Gelibolu yarımadasında, Çanaqqala boğazının sonunda yerləşir. 1915-ci ildə Çanaqqala döyüşündə həyatını itirən türk əsgərlərinin xatirəsinə ucaldılan abidə möhtəşəm dörd ayaq və günbəzdən ibarətdir. Hündürlüyü 41,7 metr olan abidənin tikintisinə 1954-cü ildə başlanılıb və 1960-cı il avqustun 21-də ziyarətə açılıb.



Әlaqәli Xәbәrlәr