Rusiya-Ukrayna müharibәsinin Suriyaya tәsiri

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) direktoru professor Murat Yeşiltaşın mövzu ilә bağlı qәlәmә aldığı mәqalәsi.

1809197
Rusiya-Ukrayna müharibәsinin Suriyaya tәsiri

Rusiyanın Ukraynaya etdiyi hücumdan sonra Ukraynanın gözləniləndən daha güclü  müqavimət göstərməsi və Rusiya ordusunun verdiyi ağır itkilər Rusiyanın hərbi hərəkətlərinin müzakirəsinə səbəb olub. Bundan əlavə, Qərb dünyasının Rusiyanın hücumuna  qarşı getdikcə ağırlaşan sanksiyaları Rusiyanın hәrәkәt qabiliyyәtini mәhdudlaşdırıb.

ABŞ başda olmaqla Qәrb ölkәlәri Rusiya ilә gərginliyi müəyyən səviyyədə saxlamağa çalışsalar da, Rusiya ilə mübarizənin başqa bölgәlәrә də tәsir edә bilәcәyi müşahidә edilir. Bu bölgələrdən birinin Suriya ola biləcəyi düşünülür. Suriya müxalifəti Ukrayna-Rusiya müharibəsindən Rusiyanı tənqid etmək və Qərb dövlətlərini Suriyada hərəkətə keçməyə məcbur etmək üçün istifadə etsə də, qərblilərin hələlik Suriya ilә bağlı addım atmaq istәmәdiyi müşahidә edilir. Digər tərəfdən, Ukrayna-Rusiya müharibəsinin Suriya sahəsinə təsirlərini araşdırmaq məqsədəuyğun olardı.

Müharibənin hərbi təsirlərini nəzərə alsaq Rusiya ordusunun Ukraynada istәdiyinә nail ola bilmәdiyi müşahidә olunur. Ukraynanın iddialarına görə, indiyәdәk təxminən 18 min rus əsgəri öldürülüb. Rusiya mətbuat orqanlarının yaydığı mәlumatda isә 9861 rus əsgərinin öldüyü, 16.153 rus əsgərinin isə yaralandığı bildirilib. ABŞ-ın İraq və Əfqanıstanı işğal etdiyi illəri nəzərə alsaq, bu rəqəmlər olduqca  yüksəkdir. Bundan əlavə  Rusiyanın təyyarələrdən tutmuş zirәhli texnikasına  qədər minlərlə hərbi texnikasını itirdiyi müşahidә olunur. Bu sәbәbdәn Rusiyanın  müdafiə sənayesi tәsirlәnә bilәr, hәmçinin Suriya rejiminә edilәn hәrbi yardımda problem yaşana bilәr.

Türkiyə müdafiə sənayesi məhsullarının, xüsusilə TB-2 Bayraktar silahlı PUA-ların  döyüş meydanlarında əldə etdiyi nailiyyətlər Türkiyəni Suriya sahəsində  gücləndirir. Əslində, 2020-ci ildə keçirilən ‘‘Bahar qalxanı’’ əməliyyatı zamanı belə Türkiyənin rejim ünsürlərinə bir həftə ərzində  endirdiyi zәrbәlәr ciddi dәrәcәdә  sarsıdıcı oldu.

Rusiyanın Suriyadan “Vaqner” muzdlularını  Ukrayna ərazisinə göndәrmәsi  ilə bağlı şayiələr təsdiqlənsə də, Əsədyönlü silahlı birləşmələri Ukrayna ərazisinə göndәrdiyinә dair dәlil yoxdur. Əsədyönlü silahlı birləşmələrin  Ukrayna müharibəsində iştirakının yalnız Rusiya üçün deyil, Əsəd rejimi üçün də ciddi nәticәlәri ola bilәr. Qərb dünyası Əsədlə hərbi mübarizəni bir kənara qoysa belə, Əsəd rejiminin və onun mövcudluğunun Qərb dünyasının təhlükəsizliyini təhdid etməsi prosesi tərsinə çevirə bilər.

Ukrayna müharibəsinin Suriyaya təsirləri əsasında psixoloji üstünlüyün Türkiyəyə keçdiyini söyləmək olar. Bundan əlavə, Türkiyənin hәrbi texnologiya sahәsindә ciddi irәlilәyiş әldә etdiyini qeyd etmәk lazımdır.



Әlaqәli Xәbәrlәr