Dünyanın ilk qadın Ali Məhkəmə üzvünün bir türk qadın olduğunu bilirsinizmi?

1906-cı ildə İstanbulda anadan olan Məlahət Senger Ruacan təkcə Türkiyədə deyil, dünyada Ali Məhkəməyə seçilən ilk qadın üzvdür.

1798117
Dünyanın ilk qadın Ali Məhkəmə üzvünün bir türk qadın olduğunu bilirsinizmi?

1906-cı ildə İstanbulda anadan olan Məlahət Senger Ruacan təkcə Türkiyədə deyil, dünyada Ali Məhkəməyə seçilən ilk qadın üzvdür. İstanbulda təhsil alan Məlahət Ruacan Türkiyə Cümhuriyyətinin qurulmasından sonra paytaxt Ankarada açılan hüquq fakültəsinə daxil olmaq üçün ailəsi ilə birlikdə Ankaraya köçüb, 1925-1929-cu illərdə burada təhsil alıb və Ankara Universiteti Fakültəsinin ilk qadın tələbəsi olaraq məzun olub. 
1945-ci ildə hakim kimi fəaliyyətə başladıqdan sonra Ali Məhkəməyə daxil olan Ruacan bununla da Ali Məhkəmənin ilk qadın üzvü olub. Bu xəbər Avropa və ABŞ mətbuatında böyük əks-səda doğurmuşdur. Ruacan bir hakim kimi bir çox mühüm işlərdə iştirak edib və radikal qərarlar verib.
Ömrü boyu hüquq prinsiplərini müdafiə edən, ədalətsizliyə qarşı mübarizə aparan Məlahət Ruacan 1974-cü ildə infarkt keçirərək Ankarada vəfat edib.



Әlaqәli Xәbәrlәr