Oynaq tutulması – osteoartroz üçün təbii müalicə üsulları

Düz və omba kimi yük daşıyan oynaqların tutulması üzündən yerimək, pillələrdən çıxmaq və düşmək hərəkətləri çətinləşir

1731020
Oynaq tutulması – osteoartroz üçün təbii müalicə üsulları

 

Oynaq tutulması – osteoartroz üçün təbii müalicə üsulları

  Oynaq tutulması çox sıx rastlanan bir problemdir. Düz və omba kimi yük daşıyan oynaqların tutulması üzündən yerimək, pillələrdən çıxmaq və düşmək hərəkətləri çətinləşir. Müalicəsi üçün bir sıra bitki növləri var ki, həkim Mehmet Uçar onları sizin üçün bir araya toplayıb.  

1. Aloe vera

  Təbabət mənşəli müalicədə ən çox istifadə edilən bitkilərdən biri aloe veradır. Oynaq ağrılarının aradan qaldırılması üçün faydalıdır. Ağıryan bölgədə dəri üzərinə sürtülür.

2. Bosvelliya

  Bosvelliya iltihab və yanğını aradan qaldıran məlhəmdir. Hindistanda yetişən bosvelliya ağacının saqqızından əldə edilən bu məlhəm krem kimi istifadə edilir.

3. Evkalipt (okaliptüs)

  Evkaliptdən əldə edilən məhsulların həm ağızdan qəbul edilən, həm də dəri üzərinə sürtülən növləri vardır. Dəriyə sürtülən formaları oynaq revmatizmi ağrısının müalicəsində istifadə olunur, ağrı kəsici və şiş azaldıcı təsir göstərir.

4. Çinar yarpağı

  Çinar yarpağı dərin cırıqlı və tam yetişmiş olmalıdır. Onu iyul ayının sonuna doğru budağından dərməklə toplamaq lazımdır. Yerə düşüb torpağa dəyən çinar yarpaqları istifadə edilməməlidir.

  Çinar yarpağının müalicəsi belədir. İki ədəd böyük çinar yarpağı (yaşıl və ya qurudulmuş da ola bilər) soyuq suda yuyulur və parçalara ayrılır. Sonra üzərinə 1 stəkan qaynadılmış su əlavə edilərək 1 dəqiqə dəmlənir. İlıqlaşınca axşam yeməyindən sonra və gecə yatmadan əvvəl içilir.

  İki içmə arasında ən az 3 saat fərq olmalıdır. Bu tətbiqə 30 gün ara vermədən davam etmək lazımdır. İlk həftə bu dəmləmə hər gün içilir, ikinci həftə 2 gün içib 1 gün fasilə, üçüncü həftədə 3 gün içib 1 gün fasilə, dördüncü, yəni son həftədə isə 4 gün içib 1 gün fasilə verməklə bir ay tamamlanır və sonradan yenə eyni şəkildə başlayıb bitirə bilərsiniz.

  Müalicənin tətbiqi boyu süd və süd məhsulları qəbul etməyə, düzgün qidalanmaya riayət edilməlidir.

5. Zəncəfil

  Hər gün nizamlı olaraq zəncəfil çayı içmək də oynaq tutulmasındakı tıxanmaların ərinməsinə kömək olur.

6. Yaşıl çay

  Yaşıl çay bədəndə immunitet sisteminin həddindən artıq aktivləşməsini azaldır. Dəmləmə və ya həb formasında istifadə edilə bilər. Oynaq ağrılarında yaşıl çay çox faydalıdır.

7. Sarıkök (zerdeçal)

  Sarıkökükn içindəki aktiv maddə kurkumin (curcumin) oynaq ağrılarını azaltmaq üçün ağızdan həb və ya kapsula şəklində istifadə edilir.  

8. Bitki mənşəli yağlar

  Düz oynaqlar başda olmaqla, oynaq sümüklərindəki kirəclənməyə qarşı bitki mənşəli yağlar da çox yararlıdır. Məsələn, 1 yemək qaşığı çörək otu yağı, yarım stəkan zeytun yağı, 2 çay qaşığı rozmarin (biberiye) yağı, 1 çay qaşığı limon yağı və 1 çay qaşığı kəklik yağını qarışdırılıb ağrı olan bölgəyə masaj edilir. Daha sonra streçle bağlayıb 1-2 saat saxlamaq lazımdır.

9. At quyruğu (qırk kilit) otu

  Oynaq kirəclənməsinə qarşı təsirli digər bitki at quyruğu otudur. Başqa bitkilər kimi at quyruğu otu da çay kimi dəmlənir, həm sadə şəkildə, həm də balla qarışdırılıb içilir. 

10. Kartof suyu

  Sümük və oynaqlarda kirəclənməyə qarşı təbii müalicə üsullarından biri də kartof suyudur. Araşdırmalara görə, kartof suyu oynaq tutulması nəticəsində meydana gələn ağrıları azaldır. 

  Kartofun qabığı soyulmadan incə dilimlər şəklində kəsilir, su olan qazanın içinə tökülür, bir gecə bu şəkildə saxlanılır və səhər acqarına içilir.

11. Ananas suyu

  Təzə sıxılmış ananas suyu da sümük kirəclənməsinə yaxşı gəlir. Ananas suyu oynaq tıxanıqlığından yaranan şişlikləri aradan götürür.

12. Küncüt (susam) toxumu

  Oynaq tutulması müalicəsində küncüt toxumu da faydalıdır. Bir çay qaşığı küncüt toxumu bir stəkan suya tökülür, saxlanılır, səhər acqarına içilir. Küncütlü su kirəclənmədən yaranan ağrıları yüngülləşdirir, azaldır.

  Bütün bu bitki müalicələlərindən başqa, gündəlik həyatda oynaq tutulmalarının qarşısını almaq üçün əsasən çəkinizin artmağa meyilli kilosu ilə mübarizə aparmaq və hərəkəti artırmaq lazımdır. Belə ki, sümük kirəclənməsinin qarşısını almaq üçün xüsusilə artıq kilolardan xilas olmaq lazımdır. Bu, deformasiyaya uğrayan oynaqların ağırlaşmasının qarşısını almaqda təsirlidir.

  Oynaq tutulmasına qarşı duran ən gözəl iş çox hərəkətlilikdir. Gündəlik yürüş və məşqlər istər tibbi, istər bitki mənşəli müalicələrə müsbət dəstək verir.

  Sanatoriya (termal) müalicəsi də kirəclənmə problemi olan xəstələr üçün ən təsirli həllərdən biridir.

  Əgər omba bölgəsində tutulma, sıxıntı varsa, ayaqüstə çox qalmamaq məsləhətdir.



Әlaqәli Xәbәrlәr