Suriyaya hərbi əməliyyat günlərini sayır

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) xarici siyasət üzrə eksperti Can Acunun “Suriyaya hərbi əməliyyat günlərini sayır” başlıqlı yazısı...

1726125
Suriyaya hərbi əməliyyat günlərini sayır

Son vaxtlarda Suriyanın şimalında fəallıq artasa da, xüsusilə Türkiyə Silahlı Qüvvələri (TSK) və müxalifətlə birlikdə terror təşkilatı PKK/YPG-nin təmas xəttlərində az da olsa toqquşmalar davam edir. Türkiyə Ordusunun bəzi bölgələrdə yerləşdirmə apardığı görünsə də, Türkiyə və Rusiya hərbi heyətləri mümkün hərbi əməliyyatla bağlı danışıqları davam etdirir. TSK və MİT SİHA-lar (Silahlı pilotsuz uçuş aparatları) tez-tez PKK/YPG-nin sözdə yüksək səviyyəli idarəçilərini hədəf alan əməliyyatlar həyata keçirir.

Prezident Ərdoğanın  artıq səbir kasamız daşdı tərizində birbaşa Suriyadakı PKK/YPG-ni hədəf alan açıqlamalarından sonra meydanda fəallıqlar da yaxşıca artıb. Türkiyə Silahlı Qüvvələri (TSK) və Suriya Milli Ordusu (SMO) Suriyanın şimalında həm şərqdə, həm də qərbdə bölgədəki istehkamlarını artırarkən, bir çox nöqtələrdə yeni yerləşdirmə işləri aparır. PKK/YPG ünsürləri isə Türkiyənin nəzarətində olan bölgələrə qarşı hücum və terror fəaliyyətlərini davam etdirərkən təbliğat apararaq beynəlxalq ictimai rəy yaratmağa çalışırlar. Terror təşkilatının xüsusilə Tel Rifat, Mənbic, Ayn əl Ərəb, Ayn İsa və Tel Tamir kimi bölgələrdə fəal olduğu, tunel və xəndəklər qazaraq mümkün hərbi əməliyyata hazırlaşdığı görünür.

Yenə təmas xəttlərində az sayda toqquşmalar davam edir. Bundan əlavə, TSK və MİT-ə bağlı SİHA-lar bölgədə müxtəlif yerlərdə sözdə yüksək səviyyəli PKK/YPG ünsürlərini hədəfə alan və zərərsizləşdirən əməliyyatlar həyata keçirir.

Sahədəki fəallıq artıqda, Türkiyənin mümkün hərbi əməliyyatının müddəti və əhatə dairəsini Rusiya hərbi nümayəndə heyətləri ilə davam edən danışıqlar müəyyən edəcək. Qarşılıqlı güzəştlərlə razılaşma olarsa, Suriyanın şimalında şərq-qərb istiqamətində ciddi dəyişikliklər ola bilər, əks halda Türkiyə-Rusiya gərginliyi xüsusilə İdlibin cənubunda yeni vəkalətlər hərbinə çevriləcək. Türkiyə isə birtərəfli qaydada müxtəlif bölgələrdə terror təşkilatı PKK/YPG-ni hədəf alan əməliyyatlara başlayacaq.

Rusiyanın Suriyadakı əsas mövqeyi hərbi yolla bütün ölkədə Əsəd rejimini bərpa etmək, Türkiyə və ABŞ-ı Suriyadan çıxarmaqdır. Lakin Rusiya bu ssenarinin reallaşma ehtimalının çox da yüksək olmadığını bilir.

Nəticədə, Rusiyanın rasional şəkildə hərəkət edəcəyi və Türkiyə ilə özünü uduzmaq spiralından çıxaracaq formula “hə” deyəcəyi gözlənə bilər. Ona görə də müvafiq mövqeyinə yenidən baxaraq Türkiyə ilə hər iki ölkənin öz maraqlarını qoruyacağı bir zəmində razılaşma əldə etmək durumundadır. Əks təqdirdə qarşılıqlı eskalasiya davam edəcək.



Әlaqәli Xәbәrlәr