Beşinci ilində 15 İyul

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) direktoru Murat Yeşiltaşın mövzu ilә bağlı qәlәmә aldığı mәqalәsini tәqdim edirik.

1678920
Beşinci ilində 15 İyul

15 iyul 2016-cı ildə hökuməti devirərək Türkiyəni öz nəzarəti altına almaq üçün FETÖ tərəfindən təşkil edilən uğursuz hərbi çevriliş cəhdindən beş il ötür. Çevriliş cəhdinin uğursuz olmasının bir çox səbəbi var. Bu səbəblərdən ən başlıcası isə xalqının türk demokratiyasını qoruyan insanların cəsarətli münasibətidir. Siyasətin də çevrilişə qarşı açıq mövqe ortaya qoyması çevrilişin qarşısını alan ən vacib amillərdən biridir. Çevrilişə qarşı ictimai və siyasi münasibət Türkiyənin demokratik və sosial dayanıqlığını möhkəmləndirməsinə imkan yaratmışdır. Beş ildən sonra 15 iyulun mənası daha yaxşı anlaşılır.

Beş ildən sonra Türkiyənin daxili və xarici siyasətində mühüm inkişaflar yaşandı. FETÖ elementlərinin təmizlənməsi prosesi beş ildən sonra uğurla davam edir. Dövlətin kritik qurumlarına soxularaq gizlənən bir çox FETÖ üzvü ya qovuldu, ya da ədalətə təhvil verildi. Bu çərçivədə bir çox FETÖ üzvü müəyyən edilərək Türkiyə Silahlı Qüvvələrindən kənarlaşdırıldı və kritik əməliyyatlar zamanı ordunun qarşılaşa biləcəyi risklər azaldıldı. Təhlükəsizlik sahəsində terrorla mübarizədə təsirli bir metod həyata keçirən təhlükəsizlik və kəşfiyyat kimi qurumlarda da belə bir təmizlik aparıldı və bu sahədə yarana biləcək risklər minimuma endirildi.
15 iyuldan sonra ən böyük uğur təhlükəsizlik sektorunda aparılan islahatlarla ortaya çıxdı. Bu çərçivədə Jandarma və Sahil Təhlükəsizlik Komandirliyi Daxili İşlər Nazirliyinə tabe edildi, Baş Qərargah rəisinin qüvvə komandirləri üzərindəki rolu dəyişdirilərək Milli Müdafiə Nazirliyi daha çox ön plana çıxarıldı. Təhlükəsizlik bürokratiyasının FETÖ-dən təmizlənməsinin və təhlükəsizlik sektorunda islahatların aparılmasının ilk nəticəsi terrorla mübarizədə yaşandı. Bu çərçivədə terror təşkilatı PKK-ya qarşı daha təsirli bir strategiya tətbiq edilərkən, Suriyada DEAŞ-a qarşı "Fərat qalxan" əməliyyatı başladılaraq, həm terror təşkilatlarının təsirini minimuma endirildi, həm də bu bölgələr terrordan təmizləndi. Bu müddətdə İraqda yenidən yerləşdirilməyə çalışan PKK-ya qarşı tətbiq olunan yeni terrorla mübarizə strategiyası da uğurlu şəkildə təşkilatın oradakı fəaliyyətini məhdudlaşdırdı. Bu sahədə aparılan islahatlar yeni bir siyasi strategiyanın həyata keçirilməsinə imkan verərək, Türkiyənin Liviya, Suriya, İraq, Dağlıq Qarabağ və Şərqi Aralıq dənizi kimi kritik xarici siyasət sahələrində daha fəal olmasına imkan yaratdı.
Xarici siyasətdə isə 15 iyul demək olar ki, bir dönüşə səbəb oldu. 15 iyuldan sonra ən vacib addım Suriyada atıldı. "Fərat qalxanı əməliyyatı ilə DEAŞ-ı sərhədindən təmizləyən Türkiyə PKK-nın Fəratın qərbində mövcud olmasını imkansız hala gətirdi. 2018-ci ilin yanvarında başlayan "Zeytun budağı" əməliyyatı ilə də PKK Afrindən qovuldu. Beləliklə, Türkiyə Suriya böhranında daha aktiv rol oynamağa başladı. 2019-cu ilin oktyabrında həyata keçirilən "Sülh çeşməsi" əməliyyatı ilə terror təşkilatı PKK-nı Fəratın şərqində də hədəfinə götürən Türkiyə PKK-nın Suriyada aktiv olmasının və şimalda qondarma bir dövlət qurmasının qarşısını ala bildi. İdlib böhranının həlli üçün təşəbbüs qaldıran Türkiyə 2020-ci ilin martında İdlibdəki Suriya rejiminə ağır zərbə vurdu. Bütün bu hərbi əməliyyatlar Türkiyənin 15 iyuldan sonra diplomatik masada daha aktiv olmasına imkan verdi.
Bu fəaliyyətin ən vacib olduğu digər bir sahə də Liviya olmuşdur. Liviya böhranında 2011-ci ildən bəri diplomatik metodlara üstünlük verən Türkiyə 4 iyul 2019-cu il tarixində BMT tərəfindən tanınan qanuni Tripoli hökumətini devirməyə çalışan Hafterə qarşı Milli Razılaşma Hökümətini dəstəklədi. Bu çərçivədə bu hökumətlər müqavilə imzaladı və Hafter qüvvələrinin Tripolini ələ keçirməsinin qarşısını aldı. Daha sonra Hafterin geri çəkilməsini təmin etdi və Liviyada yeni bir dövr başlamasına imkan yaratdı. 2020-ci ildə Dağlıq Qarabağ məsələsində Azərbaycanın dəstəklənməsilə Ermənistanın geri çəkilməsinə imkan yaradan Türkiyə demək olar ki, bütün regional məsələlərdə diplomatik cəhətdən aktiv, hərbi olaraq da müdaxiləçi mövqe nümayiş etdirdi.

Beş ildən sonra yenidən 15 iyula baxdıqda, Türkiyə üçün hər baxımdan tarixi bir dönüş yaşandığı aydın olur.



Әlaqәli Xәbәrlәr