23 Aprel Uşaq Bayramının 1979-cu ildən bəri bütün dünya uşaqlarının bayramı olduğunu bilirsinizmi?

Dünyada uşaqların sahib olduğu ilk və yeganə bayram olan 23 Aprel, 1979-cu ilin UNESCO tərəfindən “Uşaq İli” elan edilməsi ilə beynəlxalq xarakter aldı.

1628036
23 Aprel Uşaq Bayramının 1979-cu ildən bəri bütün dünya uşaqlarının bayramı olduğunu bilirsinizmi?

Mustafa Kamal Atatürkün Türk uşaqlarına bəxş etdiyi bu mənalı bayram, dünya uşaqları arasında da sevgi və dostluq əlaqələrinin inkişaf etdirilməsini və bütün insanların sülh şəraitində yaşayacaqları bir dünyanın formalaşmasına töhfə verməyi hədəfləyir.

1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılış tarixi olan 23 Aprel, uşaqlara “Sizin hər biriniz gələcəyin bir gülü, ulduzu, xoşbəxtlik parıltısısınız!” deyən Atatürkün istəyilə 1929-cu ildən bəri Uşaq Bayramı kimi qeyd olunur. Dünyada uşaqların sahib olduğu ilk və yeganə bayram olan 23 Aprel, 1979-cu ilin UNESCO tərəfindən “Uşaq İli” elan edilməsi ilə beynəlxalq xarakter aldı. Türkiyə Radio və Televiziya Qurumunun həmin ildən bəri təşkil etdiyi Beynəlxalq 23 Aprel Uşaq Festivalı fərqli qitə və ölkələrdən gələn uşaqlarla Türk uşaqlarının ünsiyyət qurduğu, bu gözəl festivalı birlikdə qeyd etdiyi ənənəyə çevrilib.



Әlaqәli Xәbәrlәr