Dünyanın ən bahalı balının Türkiyədə istehsal edildiyini bilirsinizmi?

2 min 500 metr hündürlükdəki mağarada istehsal edilən kantaron balının kiloqramı 10 min avro ilə dünyanın ən bahalı balı olaraq Ginnesin Rekordlar Kitabına düşüb.

1619209
Dünyanın ən bahalı balının Türkiyədə istehsal edildiyini bilirsinizmi?
kantaron bali guinness.jpg

Dünyanın ən bahalı balının Türkiyədə istehsal edildiyini bilirsinizmi?

Türkiyədə məskunlaşma yerlərindən və digər arı koloniyalarından uzaqda, dəniz səviyyəsindən 2 min 500 metr hündürlükdəki mağarada istehsal edilən kantaron balının kiloqramı 10 min avro ilə dünyanın ən bahalı balı olaraq Ginnesin Rekordlar Kitabına düşüb.

Türkiyədə Aralıq dənizi və Egey bölgələrinin hündür bölgələrində yetişən böyüyən kantaron (adi dazı otu) dünyanın ən bahalı balının mənbəyidir. Digər arıçılıq təcrübələrində bal ildə 2-3 dəfə, kantaron balı isə yalnız bir dəfə istehsal olunur. Ənənəvi baldan çox fərqli, tünd rəng və acı dadı olan bu balın tərkibində maqnezium, kalium, fenol, flavonoidlər və antioksidanlar baxımından yüksək tibbi xüsusiyyətləri var. Balın tərkibinin keyfiyyətini və dəyərini təsdiqləmək üçün Türkiyə Elmi Komitəyə göndərilən nümunələri ilə yalnız ən keyfiyyətli məhsullar yığılır.



Әlaqәli Xәbәrlәr