Qazaxıstanda keçirilәn parlament seçkilәri

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Qazaxıstanda keçirilәn parlament seçkilәrini qiymәtlәndirәcәyik.

1572138
Qazaxıstanda keçirilәn parlament seçkilәri

 

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Qazaxıstanda keçirilәn parlament seçkilәrini qiymәtlәndirәcәyik.

2021-ci ilin 10 yanvar tarixindә Qazaxıstanda  parlament seçkilәri keçirildi.  Qazaxıstan vәtәndaşları ölkә daxilindә vә xaricdә qurulan  10 min 62 seçki mәntәqәsindә sәs verdilәr. Böyük şәhәrlәrdә seçkilәrә qatılanların sayının az olduğu müşahidә edildi. Mәlumata görә, seçkilәrdә ölkә әhalisinin 63,3 faizi iştirak etdi. Seçkilәrdә 5 partiya mübarizә apardı. Seçki günü 40 min polis tәhlükәsizliyi tәmin etdi. Keçirilәn seçkilәr  müstәqil Qazaxıstan tarixindә uzun illәr sonra ilk dәfә vaxtında keçirilәn seçki olaraq tarixә düşdü.

Qazaxıstan Mәrkәzi Seçki Komissiyası 2021-ci ilin 12 yanvar tarixindә seçkilәrin rәsmi nәticәlәrini açıqladı. Seçki nәticәlәrinә әsasәn, seçki baryerini 3 partiya keçә bildi.  Nursultan  Nazarbayevin liderliyindәki ‘‘Qazaxıstan Xalq Partiyası’’  parlamentdә 76, Azat Peruaşevin liderliyindәki ‘‘Ak Yol’’ Partiyası 12 vә Aykın  Konurovun  liderliyindәki ‘‘Nur  Otan’’ Partiyası  da 10 deputatla tәmsil olunur.

Seçkilәr ilә seçilәn 98 millәt vәkilinә әlavә olaraq 9 millәt  vәkili dә Nursultan Nazarbayevin rәhbәrlik etdiyi Qazaxıstan Xalq  Mәclisi tәrәfindәn seçildi.  Seçkilәrdәn sonra iqtidardakı Nur Otan Partiyasının mәclisdәki  tәmsilçilәrinin 70 faizi yenilәndi. Mәclisin keçmiş sәdri Dariqa Nazarbayeva parlamentә millәt vәkili olaraq qayıtdı.

Avropa Tәhlükәsizlik vә Әmәkdaşlıq Tәşkilatı xaricindәki Türk Şurası vә TürkPA kimi  beynәlxalq müşahidәçi tәşkilatlar vә onların tәmsilçilәri Qazaxıstandakı seçkilәrin qanuni mühitdә  gerçәklәşdiyini bildirdilәr.

Yanvarın 10-da keçirilәn seçkilәrdәn sonra Qazaxıstanda Mәclis sәdri vә Baş nazir başda olmaqla iki nazir xaricindә bütün kabinet üzvlәri yerlәrini qorudular. Qazaxıstan rәhbәrliyi fәaliyyәtlәrini qәtiyyәtlә davam etdirәcәk.

Qazaxıstanda millәt vәkillәri beş illiyinә seçilir. Yeni mәclisin 40 faizi yenidәn seçilәn keçmiş millәt vәkillәrindәn ibarәtdir. Yeni mәclisdә 29 qadın millәt vәkili var.

2021-ci ilin 15 yanvar tarixindә çıxış edәn prezident Kasım Tokayev seçki qanununda dәyişiklik edәrәk seçki barajının 5 faiz aşağı endirilmәsini tәklif etdi. Bundan sonra Qazaxıstanda yerli rәhbәrliyin birbaşa xalq tәrәfindәn seçilmәsi dә ölkәnin gündәmizi zәbt edib. Bu seçkilәrdә Qazaxıstan xalqı sabitliyin davam etmәsinә sәs verdilәr.



Әlaqәli Xәbәrlәr