Azәrbaycanın Dağlıq Qarabağda әldә etdiyi zәfәr

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Azәrbaycanın Dağlıq Qarabağda әldә etdiyi zәfәri qiymәtlәndirәcәyik.

1529991
Azәrbaycanın Dağlıq Qarabağda әldә etdiyi zәfәr

 

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Azәrbaycanın Dağlıq Qarabağda әldә etdiyi zәfәri qiymәtlәndirәcәyik.

2020-ci ilin 27 noyabr tarixindә Ermәnistanın hücum etmәsi nәticәsindә Dağlıq Qarabağda şiddәtli qarşıdurmalar yaşandı. Şuşa şәhәrinin Azәrbağcan Ordusu tәrәfindәn azad edilmәsindәn sonra  Ermәnistan mәğlub olduğunu etiraf etmәk vә atәşkәsә dair razılaşmanı imzalamaq mәcburiyyәtindә qaldı. Rusiyanın vasitәçiliyi ilә әldә olunan üçtәrәfli razılaşma 2020-ci ilin 10 noyabr tarixindә imzalandı.

44 gün davam edәn müharibә nәticәsindә Azәrbaycan Ordusu işğal edilmiş 7 rayonu azad etdi. Yeri gәlmişkәn qeyd etmәk lazımdır ki, Dağlıq Qarabağın statusu daha sonra  müәyyәnlәşdirilәcәk. Razılaşmaya әsasәn Ağdam rayonu noyabrın 20-dәk, Kәlbәcәr noyabrın 25-dәk, Laçın dekabrın 1-dәk boşaldılacaq. Yurd-yuvalarını tәrk etmәk mәcburiyyәtindә qalan qaçqınlar vә mәcburi köçkünlәr  Birlәşmiş Millәtlәr Tәşkilaının Qaçqınlar üzrә Ali Komissarlığının nәzarәtindә Dağlıq Qarabağ vә әtrafındakı bölgәlәrdәki evlәrinә geri qayıda bilәcәk.

Razılaşma çәrçivәsindә Dağlıq Qarabağdakı ayrılma xәtti vә Laçın koridoru boyunca 1960 әsgәr vә 450-dәn çox müxtәlif texnikadan ibarәt Rusiyanın sülmәramlı qüvvәsi yerlәşdirildi. Rusiya sülhmәramli qüvvәsi bölgәdә 5 il әrzindә qalacaq. Türkiyә vә Rusiya müdafiә nazirlәri Dağlıq Qarabağ üzrә atәşkәsә nәzarәt etmәk ilә әlaqәdar protokol imzaladılar. İmzalanan razılaşmanın 9-cu maddәsi Naxçıvan Muxtar Respublikasını Azәrbaycana birlәşdirәcәk marşrutun açılmasını nәzәrdә tutur. Belәliklә Türkiyә Azәrbaycan vә Orta Asiya bölgәsinә quru yolu ilә birlәşәcәk.  Qars-İğdır-Naxçıvan dәmir yolu layihәsi hәyata keçirilәrsә növbәti addım olaraq Naxçıvanı Bakıya birlәşdirәcәk dәmir yolunun tamamlanması da gündәmә gәlәcәk. Әldә olunan razılaşmadan sonra Ermәnistanda kütlәvi etiraz aksiyaları başladı. Aksiya keçirәn ermәnilәr Baş nazir Nikol Paşinyanın istefa vermәsini tәlәb edir. Müharibә günlәrindә ermәnilәrin hücumu nәticәsindә Azәrbaycanda 100-dәn çox mülki vәtәndaş hәyatını itirdi. Ermәnistan mülki vәtәndaşlara hücum edәrәk hәrbi cinayәt törәtdi. Razilaşma çәrçivәsindә işğaldan azad edilәn bölgәlәri tәrk edәn ermәnilәr evlәri, mәktәblәri vә  meşәlәri yandırır. Bu da onların bu torpaqları öz vәtәni olaraq hesab etmәdiyini göstәrir. Azәrbaycan prezidenti İlham Әliyev Ermәnistanın işğaldan azad edilәn bölgәlәrә verdiyi zәrәr üçün tәzminat ödәmәli olduğunu  bildirib.

 Azәrbaycan Respublikasının Baş Prokurorluğu  Dağlıq Qarabağa Azәrbaycan Ordusuyla toqquşmaq üçün Suriya, Livan vә İraqdan gәlәn PKK/PYD/YPG terrorçuları ilә bağlı cinayәt işi başladıb. Müharibәnin sonunda bölgәdә müәyyәn edici gücün Türkiyә vә Rusiya olduğu vә Qәrb ölkәlәrinin bölgә üzәrindәki әvvәlki gücünün qalmadığı müşahidә olunur.

 

 



 

 



Әlaqәli Xәbәrlәr