Rusiyada keçirilən mitinqlər

9 iyul 2020-ci ildə Rusiyanın Uzaq Şərqində yerləşən Xabarovsk diyarının qubernatoru Sergey Furqal mütəşəkkil cinayətkarlıq ittihamı ilə həbs edildi.

1463228
Rusiyada keçirilən mitinqlər

9 iyul 2020-ci ildə Rusiyanın Uzaq Şərqində yerləşən Xabarovsk diyarının qubernatoru Sergey Furqal 2004-2005-ci illərdə iş adamlarının oğurlanması və öldürülməsi ilə əlaqəli mütəşəkkil cinayətkarlıq ittihamı ilə həbs edildi. Bunun nəticəsində yerli sakinlər 11 iyul tarixindən etibarən hər gün Furqalı dəstəkləyən icazəsiz mitinqlər keçirirlər. Mitinqlər bölgə idari mərkəzi Xabarovsk başda olmaqla onlarla şəhərdə pandemiyaya baxmayaraq on minlərlə insanın iştirakı ilə keçirilir. Həftə sonları mitinqə qatılanların ümumi sayı 50-80 minə yaxın olur. Xabarovskdakı mitinqlər Rusiya üçün qeyri-adi olduğundan, hadisələrə yaxından nəzər salmaq lazımdır.
Sergey Furqal 2018-ci ildəki seçkilərdə seçicilərin 70 faizinin səsini toplayaraq Rusiya Liberal Demokrat Partiyasının Xabarovsk Diyarının Qubernatoru seçildi. Furqalın seçilməsindən sonra bölgədə keçirilən ümumi və yerli seçkilərini də Liberal Demokratlar qazanaraq hakimiyyətdəki Vahid Rusiyanın bölgədəki mövcudluğuna deməli son qoydular. Ancaq bu hadisə yalnız iki tərəf arasındakı münaqişədən əlavə şeylərin olduğunu da göstərir. 2 illik vəzifə müddətində vali Furqal bürokratiyada hər cür xərcləri azaltmaq üçün addımlar atdı. Bu təşəbbüsləri və regional problemlərlə bağlı açıq danışması yerli xalqın rəğbətini qazanmaqda mühüm rol oynadı.
Furqal yerli xalqın maraqlarını qoruyaraq mərkəzi hökumətlə də qarşı-qarşıya gəldi. Məsələn, Furqal prezident Putinin 2018-ci ilin dekabrında Xabarovskdan Vladivostoka Uzaqşərq Federal Dairəsi qərargahının köçürülməsinə etiraz etmişdi.  İyulun 20-də Vladimir Putin Furqalı vəzifəsindən kənarlaşdırdı və onun yerinə fəaliyyət göstərən Liberal Demokrat Partiyasından Mixail Deqtyarevi təyin etdi. Lakin bölgə xalqı Moskvadan göndərilən Deqtyarevi qəbul etmədi. Etirazçılar Furqalın geri gətirilməsini və məhkəmənin Xabarovskda açıq və ədalətli keçirilməsini tələb edir. Mitinqlərdə Putinin istefası da tələb olunur. Xabarovskdakı mitinqləri fövqəladə hala gətirən məqam, üç həftə boyunca diqqətəlayiq qanunsuz təşəbbüslərdən uzaq, dinc şəraitdə keçirilməsidir. Mitinq çərçivəsində "Göyərçinlərə yem vermə", "toplu qaçış", "avtomobil həvəskarlarının gəzintisi" kimi müxtəlif maraqlı tədbirlər keçirilir.
Rusiyanın Uzaq Şərq bölgəsində baş tutan bu mitinqlər ölkədə mərkəzi- bölgə rayonlar münaqişəsini yenidən gündəmə gətirdi. Rusiyanın bölgə rayonları mərkəzin daxili işlərinə çox müdaxilə etməməsi, öz seçimlərinə və onlara hörmət göstərilməsi, rayonların inkişafı üçün büdcə ayrılmasını istəyirlər. Xabarovsk xalqının bu reaksiyası Rusiyanın digər rayon bölgələrinə də yayıla bilər və Vahid Rusiyanın növbəti seçkilərdə səs itirməsinə səbəb ola bilər. Məlum olduğu kimi, oxşar etirazlar Şimali Qafqazda ötən ildən bəri zaman-zaman baş verir. Moskvanın etnik azlıqların muxtar quruluşlarını böyük vilayətlərlə birləşdirmək cəhdləri də yerli xalqın reaksiyasına səbəb ola bilər. Bir sözlə, xarici siyasətdə böyük rol oynamaq istəyən Rusiyanın daxilində həll edilməyi gözləyən böyük problemlər gündəmdədir.



Әlaqәli Xәbәrlәr