Bir çox ölkədəki ''mohair'' yununun Ankara keçisindən əldə edildiyini bilirsinizmi?

Bir çox ölkədəki ''mohair'' yununun Ankara keçisindən əldə edildiyini bilirsinizmi?

1380997
Bir çox ölkədəki ''mohair'' yununun Ankara keçisindən əldə edildiyini bilirsinizmi?

 

  Bir çox ölkədə  ''mohair'' adlandırılan yunun Ankara keçisindən əldə edildiyini bilirsinizmi?

  Vətəni Orta Asiya olan Ankara keçisi 13-cü əsrdə Anadoluya köç edən türk tayfaları tərəfindən gətirilib.

  Ankara keçiləri yüksək, quru və az yağışlı iqlimlərdə böyüyə biləcək kiçik ölçülü və zərif heyvanlardır.

  20-ci əsrə qədər yalnız Ankara və ətrafında olan  Ankara keçisi  müxtəlif tarixlərdə bu bölgələrdən xarici ölkələrə göndərilib. Bu keçi növu hansı ölkəyə göndərilsə də yenə Ankara keçisi adlandırılıb. Ankara keçisindən əldə edilən yun ən qiymətli lif hesab edilir.

  Bu yun növu  ağ, davamlı, parlaq, istiliyədavamlı, asan boyanan və asanlıqla çirklənməyən bir lifdir. Qoyun yunu toxuculuq sənayesinin əvəzolunmaz xammallarından biridir, çünki pambıq və sintetik liflərlə asanlıqla qarışdırıla bilər.
  Bu gün Ankara keçisi Türkiyə ilə yanaşı, Cənubi Afrika, Amerika Birləşmiş Ştatları, Lesoto, Argentina, Avstraliya və Yeni Zelandiya kimi ölkələrdə də yetişdirilir.



Әlaqәli Xәbәrlәr