Türkiyənin endemik bitki növləri

Türkiyənin sahib olduğu endemik bitki növləri baxımından dünyanın ən zəngin ölkələrindən biri olduğunu bilirdinizmi?

1337877
Türkiyənin endemik bitki növləri

Bunları Bilirsinizmi_03_2020

Türkiyənin sahib olduğu endemik bitki növləri baxımından dünyanın ən zəngin ölkələrindən biri olduğunu bilirdinizmi?

Türkiyədə 11.000 civarında bitki növü yerişir. Bu bitki növlərinin 3.000-ə yaxını Türkiyəyə məxsusdur, yəni yalnız Türkiyədə yetişir.

 

Bu özəlliyi ilə Türkiyə, ümumilikdə Avropadan daha çox endemik bitki növünə sahibdir. Türkiyənin bu zənginliyi dağlıq və kələ-kötür əraziləri ilə qitələri bir-birinə bağlayan bir coğrafiyada yerləşməsi və fərqli iqlimləri bir arada cəmləməsindən qaynaqlanır.

Hazırda Türkiyə bir çox endemik bitki növünü tibbi və aromatik məqsədlərlə ixrac edir. Hələ yüzillər öncə Anadolunun münbit torpaqlarında yetişən çoxlu sayda məhsul dünyaya yayılmışdı.

Anadolu mənşəli olub dünyaya yayılan qidalar arasında gilas, badam, ərik, buğda, noxud, mərci və ənciri qeyd etmək olar. Anadoludan dünyaya yayılan çiçəklər arasında isə lalə, novruzgülü və zəfəran da var.



Әlaqәli Xәbәrlәr