Donmuş şirniyyat - sorbenin hazırlanması

Bu gün sizə vaxtilə Avropada böyük bəh-bəhlə içilən sorbenin - gül şərbətinin hazırlanma qaydasını təqdim edirik.

1241010
Donmuş şirniyyat - sorbenin hazırlanması

  Donmuş bir şirniyyat növü olan sorbeni bilirsinizmi? Bu, meyvəli dondurmağa bənzəyir, xüsusən isti yay günlərində ləzzətlə yeyilir.

  İngiliscə və fransızsa “sorbet”, italyanca “sorbetto” adlanan bu şirniyyatın adının etimologiyası, maraqlıdır ki, ərəbcə olan və bu gün türk xalqlarının da istifadə etdiyi “şərbət” sözündən yaranıb.  

  Tarixi çox qədimlərə dayanan, Türkiyə mətbəxində bir içki növü olan şərbət çiçək, meyvə və müəyyən bitkilərə ədviyyat, şəkər və ya balın qatılması ilə hazırlanır.

  16-cı əsrin ortalarından başlayaraq Osmanlı dövlətində “qızıl çağı”nı yaşayan şərbət qısa zamanda Qərbin də diqqətini çəkir. 17-cu əsrdən etibarən qatılaşdırılmış limonlu, güllü və bənövşəli şərbətlər İngiltərəyə ixrac edilməyə başlayır. Eyni dövrdə İtaliyada bu şərbətlərdən dondurma hazırlanır və nəticədə məşhur “İtaliya sorbettosu” yaranır.

  Bu gün sizə vaxtilə Avropada böyük bəh-bəhlə içilən sorbenin - gül şərbətinin hazırlanma qaydasını təqdim edirik.

  Gül şərbətini hazırlamaq üçün bizə nələr lazımdır? 

  • 50 qram ətirli gül ləçəyi,
  • stəkanın 4-də 1-i qədər (1/4) limon suyu,
  • 1 stəkan şəkər tozu,
  • 5 stəkan içməli su

   İndi isə gül şərbətini hazırlamağa başlayaq. Əvvəlcə gülün ağ hissələrini saplağı ilə birlikdə qayçı ilə kəsib ləçəklərini şüşə və ya çini kasaya tökün, sonra üzərinə limon suyunu əlavə edin, yaxşıca qarışdırın və yarım saat saxlayın.

  Bundan sonra qazanda şəkər tozu tökülmüş suyu birburum qaynadıb kənara qoyun. Şirin su ilıqlaşan kimi onu gül ləçəklərinin üzərinə töküb qarışdırın. Sonra qarışıq kasasını soyuducuya qoyun. 10 saatdan sonra güllü şərbət dondurmasını götürüb yeyə bilərsiniz. Nuş olsun.



Әlaqәli Xәbәrlәr