“Çinə baxış necə olmalıdır?” (II hissə)

Ankara Yıldırım Bəyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı prof. Kudrət Bülbülün “Çinə baxış necə olmalıdır?” adlı analitik yazısı...

1228737
“Çinə baxış necə olmalıdır?” (II hissə)

Həftənin analizi_27

İki ölkənin çəkilən sərhədləri aradan qaldırma cəhdləri: Çin və Türkiyə çox köklü tarixi, mədəniyyət təcrübəsi olan, amma 20-ci əsrdə bu tarixi təcrübəni və rolu ciddi nisbətdə məhdud etmiş iki ölkədir. Gözlənilənin ziddinə olaraq iki ölkə də qloballaşma proseslərindən qərbli ölkələrdən daha qazanclı çıxdı. Mövcud şərtlərdə 20-ci əsrdə özlərinə çəkilən sərhədləri aradan qaldırma cəhdi göstərirlər. Türkiyə bu addımını daha açıq-aşkar atarkən, Çin daha səssiz və dərindən irəliləyir.

İki ölkənin bir-birinə olan ehtiyacı: Türkiyə də Çin kimi sürətlə inkişaf edən, qarşıdan gələn illərdə dünyanın sayılı böyük iqtisadiyyatları, güclü ölkələri sırasında adı yeni çəkilən ölkələrdəndir. Çin də Türkiyə də qlobal miqyasda daha çox rol götürmə səyi göstərərkən, qlobal aktyorlar tərəfindən təzyiq altında qalma problemilə qarşı-qarşıyadır. İki ölkə təbii sərvətlər baxımından xaricə asılıdır. Hər iki ölkə öz təzyiq siyasətini balanslaşdırmaq üçün çoxtərəfli strateji ittifaqlara ehtiyac duyurlar.

Hər iki ölkə bir çox qlobal inkişafda oxşar mövqelərdədir: Hər iki ölkə ABŞ-ın sanksiya və təhdidi altındadır. Həmin çərçivədə ABŞ-ın mərkəzdə olduğu Orta Şərq siyasətlərini qəbul etmirlər. İki ölkə də istehsal edir və ticarətlə məşğuldur.  Bu səbəbdən başda Orta Şərq olmaqla məhsul sata bilmək üçün dünyada müharibələrə deyil, sülh və sabitliyə ehtiyac duyulur. Gücü artan aktyorlar olduqlarına görə bu ölkələr öz içinə qapanan deyil, aşkarlıq siyasətlərinə üstünlük verirlər. Qarşı-qarşıya olduqları dollardan istifadə etməkdən qaynaqlanan böhrana son qoymaq üçün milli valyutadan istifadə etmə yolları axtarırlar (Çin-Rusiya arasında milli valyutadan istifadə edilməsinə dair saziş imzalandı)...

Prezident Rəcəb Tayyib Ərdoğanın Çində buraxılan “Global Times” üçün yazdığı məqalədə işarə etdiyi kimi yeni bir dünya sistemi qurulması üçün iki ölkənin əməkdaşlığı böyük əhəmiyyət daşıyır. Bütün bu əməkdaşlıq potensiyalları üçün hər iki ölkə aralarındakı problemləri açıq-aşkar müzakirə etmək məcburiyyətindədir.

Uyğur məsələsi yaxud da daha ciddi bir strategiyanın vacibliyi: Türkiyədən daha əvvəl Çinin dəvətilə ya da qeyri-hökumət təşkilatlarının vasitəsilə gələn deyilə bilər hər kəs Çinin Uyğur Türkləri mövzusunda çox həssas olduğu, bu səbəbdən əsla bu barədə danışmamağımızın vacibliyi barədə xəbərdarlıq etdilər. Bu xəbərdarlıqlara məna vermək çətin işdir. Çox həssas bir mövzu varsa bundan danışmamaq, gözdən yayındırmaq necə bir reallıq ola bilər? Bu sünilik nə qədər davam etdirilə bilər? Ayrıca mövzu bu qədər həssas isə bundan danışmadan başqa sahələrdə addım atıla bilərmi? Bu, özümüzü allatmaq olmazmı? Gözlənildiyi kimi oldu. Hər dörd görüşdən üçündə bu məsələ gündəmə salındı. Əksəriyyətdə Çin heyətləri tərəfindən, bəzi də bizim heyətimiz tərəfindən bu məsələdən danışıldı. Təəccüblü bir şəkildə bu mövzuda Çin tərəfində Türkiyə tərəfindəkindən daha böyük həssaslıq olduğunu müşahidə etdik. Bizim tərəfimizdən məsələnin necə göründüyünü bilirik. İşgüzar səfərimiz Çin tərəfinin bu məsələyə necə nəzər saldığını görməyimizə səbəb oldu. Çin tərəfi bu məsələni qərbli ölkələrin öz ölkələrinin inkişafının qarşısını almaq üçün davamlı gündəmə gətirdikləri bir məsələ olaraq görür. Uyğur məsələsinin bu ölkələrin özlərinin əleyhinə istifadə etdikləri bir vasitə olduğunu düşünürlər. Məsələnin özlərinin daxili məsələsi olduğunu, Türkiyənin daxili işlərinə müdaxilə etməməsinin vacibliyini ifadə edirlər. Qərbli ölkələrin bu məsələyə həddindən artıq müdaxiləsinə Türkiyənin dəstək olmamasını istəyirlər. Uyğur məsələsi iki tərəf üçün də Türkiyə-Çin əlaqələri baxımından ümdə məsələdir. Uyğur məsələsində Türkiyə ilə qərbli ölkələrin mövqeləri bir-birindən tamamilə fərqlidir. Bəzi qərbli ölkələrin Krım məsələsində Rusiyaya olduğu kimi, uyğurları Çinin inkişafına mane olmaq üçün bir vasitə kimi istifadə etmək istədikləri məlumdur. Türkiyənin uyğurlara olan marağı tarixi və mədəniyət səbəblərindən, əqrabalıq əlaqələrindən qaynaqlanır. Türkiyənin başqa ölkələrdə də soydaş və əqrəbaları var. Türkiyənin bu icmalarla əlaqəsi bir seçim deyil, tarixdən qaynaqlanan məsuliyyətdir. Türkiyənin bu ölkələrdəki gözləntisi əsla daxili işlərinə müdaxilə etmək deyil, bu icmaların ictimai, mədəniyyət, insani olaraq dinclik içində yaşamaları və yaşadıqları ölkənin inkişafına töhfə verməsidir. Türkiyə, Balkanlar, Rusiya, Orta Şərq, İran və digər ölkələrdəki Türk mövcudluğunu bu ölkələrlə əlaqələri inkişaf etdirmək üçün fürsət kimi də görür. Türkiyə uyğurlara bəzi ölkələr kimi yararlı bir vasitə kimi nəzər sala bilməz. Bu səbəbdən Türkiyənin bu ölkələr kimi başqa gündəmi, gizli bir niyyəti yoxdur.

Birgə iş qrupu: Uyğurların özlərinə qarşı istifadə edilə biləcəyi həssaslığına qarşı Çinin əlini gücləndirə biləcək bəlkə də yeganə ölkə Türkiyədir. Çinin daha çox açıq siyasət təqib etməsi, Türkiyə ilə daha yaxın əməkdaşlıq içində olması özünə qarşı izlənə biləcək siyasətləri təsirsiz hala gətirəcəkdir. Bu çərçivədə iki ölkənin uzaqdan bir-birlərinə qarşı şübhə ilə yanaşmaları əvəzinə yaxın əməkdaşlığı vacibdir.

Bu çərçivədə, iki ölkə bir-birinə şübhə ilə baxmaqdan daha çox sıx əməkdaşlıq etməlidir. Uyğur məsələsi də olmaqla, Çin ilə Türkiyə arasındakı problemləri həll etməyə istiqamətli ortaq bir iş qrupu yaradıla bilər.

Digər tərəfdən, Uyğur bölgəsində baş verənləri gözdən yayındıra bilmərik. Belə olsa əsl əlaqələr qurula bilməz. Çin-Türkiyə əlaqələrinin nə Çinə, nə Türkiyəyə, nə də Uyğur türklərinə töhfəsi ola bilər. Əvvəlcə Türkiyə-Çin əlaqələrinə dair strateji bir baxış ortaya qoymalıyıq. Uyğur məsələsi, Türkiyə-Çin strateji əlaqələrinin bir hissəsi olmalı, hamısı deyil. Uyğur məsələsində irəliləyiş yalnız tərəflərin daha sıx işləməsi və strateji baxışla əldə edilə bilər.

Nəticə olaraq Çinin iqtisadi böyüməsi, texnoloji inkişafı, dünyada getdikcə artan gücü və Türkiyə ilə potensial əməkdaşlıq sahələri gözdən yayındırıla bilməz. Çin siyasəti, beynəlxalq münasibətlər, iqtisadiyyat, sosiologiya, mədəniyyət, mülki və hərbi texnika və ictimai qurumların, universitetlərin, beyin mərkəzlərinin, xüsusi sektorun digər sahələri və bu sahədə mütəxəssislərin yetişdirilməsinin zəruriliyi aydındır. Hələ yolun başında olduğumuzu bilirik və bu çərçivədə ölkəmiz və təmsil etdiyi missiyanın qlobal dövrdə mühüm rol oynaya bilməsi və Çinlə münasibətlərimiz mövzusunda ciddi miqyasda məlumatlanma və perspektivimiz istiqamətində strateji əməkdaşlıq lazımdır. 

 

 



Әlaqәli Xәbәrlәr