Kürdlər xəyanətəmi uğradı?

Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Politologiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısını təqdim edirik. (Qlobal perspektiv_52 (26.12.2018)

1113370
Kürdlər xəyanətəmi uğradı?

 Kürdlər xəyanətəmi uğradı?

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Suriyadan Amerika əsgərlərini geri çağırır, yəqin ABŞ kabinetinə (establishment) bir daha təslim olmaz. Dediyi kimi, “Suriyadakı Amerika əsgərləri sağ-salamat evlərinə dönür”.

  ABŞ-ın bu qərarı niyə verdiyi, həqiqətən geri çəkilib-çəkilməyəcəyi, çıxdıqdan sonra regionda hansı variantla varlığını davam etdirib-etdirməyəcəyi sualları və müzakirələri yaranıb. Bu vəziyyətdə İsrailin işğalçılıq siyasəti necə yürüyəcək? İmperialist həvəsi sönməyən Fransa ABŞ geri çəkildikdən sonra bölgədə nə qədər qalmağa gücü yetəcək?

  Bu hadisələr İran, Rusiya, Suriya, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin siyasətlərinə necə təsir edəcək? Eyni zamanda, kürdlərə verilən vədlər nə yerdə qalacaq?

  Qərbin bəzi media orqanlarında ABŞ-ın geri çəkilməsi “dünyanın jandarmlığı”ndan geri addım atması və eyni zamanda, “Suriyada kürdlərin tək buraxıldığı” müzakirə və mübahisələri artır. Fransa prezidenti Emmanuel Makronun müttəfiqlərin birlikdə çalışdığı təbəqələrə güvən verən açıqlaması da bənzər münasibəti göstərir.

  ABŞ dünyanın jandarmıdırmı?

  Bəlkə də jandarm ifadəsi burada çox da uyğun olmaya bilər. Çünki ABŞ niyə dünyanın jandarmı olmalıdır ki? Amerika da daxil olmaqla bütün ölkələr qlobal ədalət axtarışının dəstəkçisi olmalıdır, nəinki jandarmı. Dünyanın ayrı-ayrı yerlərində insan haqları pozulurca, öz xalqına qarşı kütləvi qətliam, etnik təmizləmələr baş verirsə, bu, artıq o ölkələrin daxili məsələsi olmaqdan çıxır, bəşəri problemə çevrilir, ictimailəşir. Amma təəssüf ki, insan haqları kimi ifadələr qlobal aktyorların dilinə yalnız öz mənfəət toqquşmaları yarandığı zaman gəlir, o da qısa müddətli olur.

  Kürdlər yenə də xəyanətəmi uğradı?

  Qərbin bir sıra mətbuat orqanı öz ölkə rəhbərlərinin PKK və PYD kürdlərini müdafiə etməsindən razıdır, amma kürdlərin özü bundan narazıdır. Sıravi kürdlər inandıra bilmir ki, PKK və PYD terror təşkilatlarından on illərdir nə qədər ziyan görüblər və görürlər.

  Türkiyənin körpələri, anaları, gənc Aybüke kimi müəllimləri, vətəndaşları, polisləri, əsgərləri şəhid edilib. Amma PKK-nın da 40 mindən çox adamı zərərsizləşdirilib və ya öldürülüb ki, bunların böyük əksəriyyəti kürdlərdir. PKK terroru bir yol olaraq görməyən, mənimsəməyən kürdlərə ölümdən başqa alternativ vermir.

  PKK-nın Suriyadakı davamı PYD-nin əməlləri də PKK-dan fərqli deyil. Özü kimi düşünməyən kürd və ərəblərə qarşı etdiyi etnik təmizləmənin ən yaxın şahidi kürdlərdir. PKK və PYD terrorundan qaçan kürdlərin sığındığı yer isə bu təşkilatların bütün anti-təbliğatlarına baxmayaraq, yenə Türkiyədir. Təəssüf ki, Qərb mətbuatında Türkiyəyə sığınan kürdlərə aid xəbərlər yox deyiləcək qədər azdır. Onlar öz millətinə qarşı etnik təmizlik aparan, partizanlıq edən kürdləri azadlıq qəhrəmanları kimi təsvir etsə də, acı həqiqəti məzlum kürd xalqı bilir və çəkir.  

  Türkiyədəki 4 milyon qaçqın kimlərdən ibarətdir?

  Bir neçə yüz min suriyalı qaçqının Avropa ölkələrinə getməsilə Qərb “demokrat”ları neo-nasizm, neo-faşizm təhdidi altına girdi, bu gün də bu qorxu davam edir. Türkiyə ev sahibliyi etdiyi 4 milyon qaçqın ilə Avropa üçün sanki bir tampon vəzifəsini görür. Qərbin bəzi mərkəzləri israrla PYD ilə kürdləri eyniləşdirərkən, niyə bu 4 milyon insanı da araşdırmır ki, görsün, arasında nə qədər xristian, türkmən, ərəb və kürd var? Bu həqiqət açıq şəkildə ortada ikən bu mərkəzlər PYD terrorundan qaçanları deyil, PYD kürdlərini xalqın təmsilçisi hesab edir.  

  Qərbdə məntiq qalmadımı?

  Bəli, həqiqət nə olursa olsun, Avropanın kəşfiyyat və xəbər kanalları PYD-ni kürdlərin təmsilçisi olduğuna inandırmağa çalışır. Bizim söylədiklərimiz isə boşa gedir. Amma düşünürük ki, Qərb də daxil olmaqla, bütün ölkələrdə, imperializm deyil, dəyər indeksli dünya axtarışında olan, ağıl və məntiqini xüsusi xidmət orqanlarının maraqlarına təslim etməyən insanlar var. Yaxınlarda olmasa da, uzun perspektivdə dünyanı formalaşdıracaq bu adamlar, ən azı, bəzi həqiqəti bilmiş olarlar.

  Hitler almanların, DAEŞ ərəblərin təmsilçisi olmadığı kimi PYD də kürdlərin səsi ola bilməz. Bir xalqın bir terror təşkilatı ilə eyniləşdirilməsi o millətə ağır təhqirdir.

  Beləliklə, ABŞ prezidenti Donald Trampın qərarı ilə Suriyadan Amerika əsgərlərinin çıxması PYD-yə verilən vədlərin yarı yolda qalması, adlanan xəyanət hərəkəti kürdlərə aid edilməməlidir. PKK, PYD, DAEŞ və rejimlərin əlində əzilən kürd xalqı ABŞ-ın çəkilməsindən narahat olmamalıdır. Çünki bölgədəki terror təşkilatlarının zərərsizləşdirilməsindən ən çox onlar rahatlıq tapacaq. Bu səbəbdən ortada qalan kürdlər deyil, köhnəlmiş ideologiyalarını xalqına zorla qəbul etdirmək, boyun əyməyənləri aradan qaldırmaq istəyən və bu yolda hər üsuldan istifadə edən terror təşkilatlarıdır.

  Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Politologiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısını təqdim etdik.



Әlaqәli Xәbәrlәr