“Brexit” prosesi

Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın araşdırmaçı-yazarı Can Acunun mövzuyla əlaqəli yazısını təqdim edirik. (Gündəm analizi_48 (30.11.2018)

1097251
“Brexit” prosesi

2016-cı ilin iyun ayında İngiltərə xalqı ölkələrinin Avropa İttifaqından çıxmasına dair qərara referendum nəticəsində gəldi. Ölkədə xalqın bu seçimindən sonra  İngiltərə hökuməti Aİ və İttifaqın digər 27 üzv ölkəsilə müzakirələr apardı. Bir çox ingilis nazirin istefa etdiyi prosesin nəticəsində İngiltərə və Aİ arasında 600 səhifədən ibarət İttifaqdan çıxma sazişi qəbul edildi. 25 noyabrda tərəflərin qəbul etdiyi saziş mətni 11 dekabrda İngiltərə parlamentində təsdiqlənməlidir. Parlamentdə bir çox millət vəkili sazişi qəbul etmədiklərini və təsdiqləməyəcəklərini bildirdi. Bununla da sazişin təsdiqlənməsi məsələsi təhlükə ilə üzləşdi.

İngiltərənin Aİ-dən çıxacağı tarixədək tərəflər arasında saziş imzalanıb parlament tərəfindən təsdiqlənməyəcəyi təqdirdə İngiltərə Aİ-dən sərt şəkildə çıxacaq. Buna mane olmaq üçün Tereza Meyin idarə etdiyi İngiltərə hökuməti ilə Aİ arasında qərara alınan saziş mətni ilə əhəmiyyətli addım atılmışdır. Aİ-yə üzv ölkələr İngiltərənin çıxmasından kədərləndiklərini ifadə etmələrinə baxmayaraq, saziş qəbul edilməsindən duyduqları rahatlığı dilə gətirdilər. Xüsusilə İngiltərənin İttifaqdan çıxmasından sonra başqa ölkələrin də çıxmasının qarşısını almaq üçün İngiltərənin qarşılıqsız olaraq Aİ-dən əldə etdiyi qazanclardan önəmli miqyasda məhrum qalmasına səy göstərdikləri görünür.

İttifaqa üzv ölkələr arasında İspaniya “Brexit” (breksit) sazişinin uzun müddət əleyhinə oldu.  İspaniyanın cənubundakı Cəbəllütariq bölgəsinin mövqeyi İspaniya hökumətinin veto təhdidinə səbəb oldu. Cəbəllütariq 1713-cü ildən bəri İnglitərəyə bağlı olmasına baxmayaraq, İspaniya hökuməti Cəbəllütariq üzərində haq iddia etməyi davam etdirir. “Brexit” (breksit)  sazişinin maddələri arasında sərhəd keçidlərinin müəyyən edilməsi İspaniyaya Cəbəllütariq nöqtəsində təsir edəcəkdir. Buna görə İspaniya hökuməti etirazlarını Aİ nümayəndələrinə bildirdi və bununla bağlı zəmanətlər aldıqdan sonra veto hüququndan istifadə etməkdən imtina etdi.

İngiltərənin Aİ-dən çıxması ilə quruda yaranacaq digər bir sərhəd isə İrlandiya ilə Şimali İrlandiya arasındadır. İki bölgə arasında sərt bir sərhəd keçid məntəqəsi istəməyən tərəflər 2020-ci ilədək keçid dövrü olmasını və İrlandiya üçün xüsusi həll yolu tapmağı qərara aldı. Bu çərçivədə İngiltərə keçid dövründə Aİ-nin gömrük birliyi daxilində yer alacaq, amma Aİ daxilində söz söyləmək hüququ olmayacaq.

İngiltərə və Aİ arasındakı “Brexit” sazişinin İngiltərə parlamentində qəbul edilməmə ehtimalı yüksəktir. Baxmayaraq ümumi olaraq bir neçə cəhətdən bir ilk təşkil edir. Başqa bir nümunəsi olmayan “Brexit” sazişi sadəcə İngiltərənin Aİ ilə deyil, həmin zamanda başqa Aİ-yə daxil olmayan və ola bilməyən ölkələr üçün də nümunə təşkil edə bilər. Bu çərçivədə Türkiyə və Balkan ölkələrinin Aİ ilə üzvlük müzakirələri davam etməyəcəyi təqdirdə İngiltərə ilə Aİ arasında qəbul edilən saziş nümunə kimi irəli sürülərək, fərqli bir tərəfdaşlıq qurula bilər.

Digər tərəfdən İngiltərənin Aİ-dən çıxması müxtəlif geosiyasi məsələlərə öz təsirini göstərəcək. Rusiyanın Şərqi Avropada Aİ əleyhinə olan təsir dairəsi mübarizəsində İngiltərə kimi əhəmiyyətli bir ölkəni itirən Aİ keçmişlə müqayisədə daha zəif mövqedə olacaq. Həmçinin Avropa ordusunun müzakirə olunduğu bir zamanda İngiltərə kimi Avropanın ən güclü ordusuna sahib bir ölkənin Aİ-dən çıxması Avropa ordusu fikrilə bağlı narahatlıqları və şübhələri gücləndirəcəkdir. Digər tərəfdən İngiltərənin Aİ-dən çıxması ilə Avropadakı güc balansları və İttifaqların dəyişməsi gündəmə gələ bilər. Aİ bir tərəfdən Rusiya, Afrika və Türkiyəyə qonşu ikən, İngiltərənin İttifaqdan çıxması ilə şimalda yeni bir qonşuya sahib olacaqdır.



Әlaqәli Xәbәrlәr