Türkiyәnin İqtisadi Perspektivlәri- 40/2018

Sentyabr ayının ikinci yarısında Türkiyә iqtisadiyyatında müsbәt irәlilәyişlәr olub.

1071401
Türkiyәnin İqtisadi Perspektivlәri- 40/2018

Sentyabr ayının ikinci yarısında Türkiyә iqtisadiyyatında müsbәt irәlilәyişlәr olub. Türk lirәsi sentyabr ayının son hәftәsindә dollar qarşısında 8% -dәn çox dәyәr qazanıb. Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanın rәhbәrlik etdiyi nümayәndә heyәtinin xaricdә keçirdiyi diplomatik görüşlәri vә sentyabrın 20-dә açıqlanan Yeni İqtisadiyyat Proqramının Türkiyә iqtisadiyyatında müsbәt tәkan verib. Digәr tәrәfdәn Türkiyә vә Rusiya arasında İdlib mövzusunda әldә olunan razılaşma hәm bölgәdәki geosiyasi risklәrin azalmasına, hәm dә  Suriya mәsәlәsinin vә mümkün köç dalğasının qarşısının alınmasına imkan yaradıb. Bölgәdәki risk vә qeyri-müәyyәnliklәrin qarşısını almaq üçün atılan bu addımlarla Türkiyә beynәlxalq arenada müsbәt mesajlar alıb. Bu vәziyyәt hәmçinin bazarlara dә müsbәt tәsir göstәrib.

Avqust ayında Türkiyә iqtisadiyyatına edilәn spekulyativ hücumlardan sonra mәzәnnәdә hәrәkәtlilik yaşanmışdı.  Mәzәnnәdәki hәrәkәtlilik hәmçinin  inflyasiya sәviyyәsindә dә bir gәdәr tәsir göstәremişdi.

Sentyabr ayının әvvәlindә gündәmi avqust ayında Türkiyә iqtisadiyyatına edilәn hücumlar zәbt etmişdi.

Bu proses әrzindә iqtisadiyyat rәhbәrliyi tәrәfindәn görülәn tәdbirlәr  vә atılan addımlara xüsusi diqqәt yetirmәk lazımdır. Bu addımlar yaxın perspektivdә mәzәnnәdәki hәrәkәtliliyi azaltmağa yönәlik son dәrәcә әhәmiyyәtli hәmlәlәr idi.

Yeni İqtisadiyya Proqramı uzun perspektivdә iqtisadiyyatın yol xәritәsini müәyyәn edәn  bazarlara vә investorlara şәffaf tablo tәqdim etdi.

Bu proqramın tam mənada gözləntiləri doğrultduğunu  və iqtisadiyyata müsbət mənada istiqamət verdiyini deyә bilәrik.

Yeni İqtisadiyyat Proqramı orta vә uzun perspektivdә Türkiyә iqtisadiyyatına tәkan verәcәk yol xәritәsini tәqdim edir. Yeni prosesin idarә olunması mövzusunda  sistematik fәaliyyәt dövrәyә girәcәk.

Digәr tәrәfdәn hәm Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanın, hәm dә Xәzinә vә Maliyyә naziri Berat Albayrakın  xarici investorlarla hәyata keçirdiyi  görüşlәr  Türkiyә iqtisadiyyatına müsbәt tәkan verib. İqtisadiyyatda ünsiyyәtin nә dәrәcә әhәmiyyәtli olduğu müşahidә olunur. 

Qlobal iqtisadiyyatda dinamikanın hansı istiqamətdə olduğu isə son dərəcə maraq mövzusudur. ABŞ və Çin arasındakı ticarət müharibələri davam edərkən Federal Ehtiyat Sistemi FED faizlәrlә bağlı açıqlama verib. FED faizlәrin 0, 25 faiz artırılacağını açıqlayıb.

Görünür ki,  FED qәbul etdiyi qәrarla inkişaf etməkdə olan ölkələrə yönəlik beynəlxalq sərmayə axınlarını zəiflətməyə və dünyadakı fondların istiqamətini ABŞ-a döndərməyə yönəlik siyasətlərinə davam edir.

Bu çərçivədə bu gün beynəlxalq reytinq agentliklәrinin  artıq inkişaf etməkdə olan ölkələr üçün bir təhdid qurumu halına gəldiyi, iqtisadi gücün istiqamətini şərqə doğru çevirdiyi bir şəraitdə inkişaf etməkdə olan ölkələrin əməkdaşlıq əlaqələrinə və strateji əməkdaşlıqlara ihtiyacı olduğu son dərəcə açıqdır.



Әlaqәli Xәbәrlәr