Türkiyə iqtisadiyyatının perspektivləri - 39/2018

Türkiyә iqtisadiyyatının  qarşıdakı üç illik yol xәritәsini müәyyәn etmәk üçün keçәn hәftә açıqlanan Yeni İqtisadiyyat Proqramı iqtisadiyyata yeni plan tәqdim edir.

1066165
Türkiyə iqtisadiyyatının perspektivləri - 39/2018

Türkiyә iqtisadiyyatının  qarşıdakı üç illik yol xәritәsini müәyyәn etmәk üçün keçәn hәftә açıqlanan Yeni İqtisadiyyat Proqramı iqtisadiyyata yeni plan tәqdim edir. Yeni proqramda  maliyyә intizamının tәmin olunmasının hәdәflәndiyinә diqqәt çәkilib. Bu tarazlanma dövründәn vә iqtisadiyyatda istәnilәn nәticә әldә olunduqdan sonra  dәyişiklik vә transformasiya  dövrәyә girәcәk. Yәni davamlı inkişafın әldә olunduğu  inkişafın gәlir üzәrindә  tәsirlәrinin aydın bir şәkildә hiss olunduğu bu dövrdә  daha güclü  iqtisadi quruluş inşa edilmiş olacaq.

Qlobal iqtisadiyyatın әn önәmli iki aparıcı qüvvәsi arasında cәrәyan edәn ticarәt müharibәlәri gәrginlik, risk vә qeyri-müәyyәnliklәrlә baxmayaraq davam edir. Bu dövrdә inkişaf etmәkdә olan ölkә iqtisadiyyatlarının üzlәşdiyi risklәr azalsa da sәrmayә hәrәkәtlәrindә yavaşlamanın müşahidә olunduğunu deyә bilәrik.

Məhz bu şəraitdə inkişaf etməkdə olan ölkə iqtisadiyyatlarında bir gәdәr zәiflәmәnin müşahidә olunduğu  dövrdә  Türkiyə iqtisadiyyatına edilәn hücumlar Türk lirəsinin dollar qarşısında dәyәr itirmәsinә sәbәb olmuşdu.

Türkiyә iqtisadiyyatına edilәn spekulyativ hücumlardan sonra iqtisadiyyat rәhbәrliyi tәrәfindәn bir sıra tәdbirlәr görülüb. Bu tәdbirlәr hәlә dә mәrhәlәli şәkildә hәyata keçirilmәyә davam edir. Yeni İqtisadiyyat Proqramı  orta vә uzun perspektivdә Türkiyә iqtisadiyyatına tәkan verәcәk yol xәritәsini  tәqdim edir.

Yeni proqram  ilk növbәdә güclü pul siyasәti ilә uyğunlaşan maliyyә siyasәtinin hәyata keçirilmәsini nәzәrdә tutur.

Mәzәnnәdә avqust ayında yaşanan hәrәkәtliliyin tәsiri istehlakçılar tәrәfindәn dә hiss edilib.  Mәzәnnәdәki hәrәkәtlilik hәmçinin  inflyasiya sәviyyәsindә dә  bir gәdәr artımın  yaşanmasına sәbәb olub.

Yeni İqtisadiyyat Proqramı hәrәkәtliliyin mәzәnnә üzәrindәki tәsirlәrini dәf etmәyi hәdәflәyir.

İnflyasiya ilә fәal mübarizә çәrçivәsindә ‘‘İnflyasiya ilә Mübarizә Proqramı’’, әrzaqlardakı qiymәt dalğalanmalarının nәzarәti üçün isә ‘‘Mәhsullara Nәzarәt Mexanizmi’’ kimi proqramların hәyata keçirilmәsi planlaşdırılır.

Digər tərəfdən  maliyyə intizamının  təmin olunması üçün  səmərəli resurs istifadəsi və xərclərdə məhdudiyyətlər ön plana çıxır. Bu baxımdan əmanətlərin Yeni İqtisadiyyat Proqramının  əsas gündəm maddələri arasında yer aldığını xüsusi vurğulamaq  lazımdır. Təşviq mexanizmlərinin yenidən nəzərdən keçirilməsi  və sığorta sistemində görülәcәk  tədbirlər dövlət maliyyəsindəki  yükü azaltmaq üçün  bu müddət ərzində həyata keçirilməsi nəzərdə tutulan addımlardır.

2019-cu ilin büdcәsindә  ümumilikdә 75.9 milyard lirә mәblәğindә әmanәtlәrin olması nәzәrdә tutulur. Bu әmanәtlәrin  milli gәlirin 1.7 %-ni  tәşkil edәcәyi tәxmin edilir.

Bu çərçivədə Büdcə və Maliyyə Nazirliyi yanında fәaliyyәt göstәrәcәk " Maliyyədә  Dəyişiklik və Transformasiya Ofisi" ilə  Qənaət və Gəlir Transformasiya Proqramının həyata keçirilməsi planlaşdırılır.

Digər  mühüm məsələlәrdәn biri olan cari kәsrin isә stabil səviyyədə olması son dərəcə kritik bir məsələdir.

Yeni İqtisadiyyat Proqramı ilә  qarşıdakı dövrdә cari kəsrin mərhələli şәkildә azalacağı  tәxmin edilir. Bu nisbәtin 2018-ci ildә 4.7, 2019-cu ildә isә 3.3 % olacağı gözlәnilir.

Bu gün Türkiyə iqtisadiyyatı yeni uğur hekayəsini  yazmağın hazırlıq mərhələsindədir. Şübhəsiz ki, növbəti prosesdə  güclü bir iqtisadi quruluş üçün hər növ addım atılaraq.



Әlaqәli Xәbәrlәr