Güneyin Çağdaş Ozanları-8/2018
Güney Azәrbaycanın görkәmli bir nümayәndәsi Nigar Xiyavinin şeir dünyası...
Güney Azәrbaycanın görkәmli bir nümayәndәsi Nigar Xiyavinin şeir dünyası...
Əvvәlcә Nigar Xanımın gözәl bir şeiri:
Bir şair uçuşundan qopub düşən
Lələk bulmuşdum
Odla suyun arasında
Və gecənin gövdəsində
Gəlməmişdim balıncınızı başınızın altından çəkəməyə
Bir az şeirim
Bir az sevgim vardı
Bir az da türklüyüm
Keçid alır şair axşamlarımdan
Lələkdən bir qapı asım deyə
Qaldırıb çiynimə
Endim sizlərə
Damlara qalxıb da
Durnanı daşa basan
Sizlər oldunuz
......................
Nigar Xiyavinin әsl adı Tayyibә Purәkbәrdir.
Nigar Xanım 1960. ildә Güney Azәrbaycanın Xiyov şәhәrindә ortabab bir ailәnin altı әziz balasından biri kimi dünyaya gözlәrini açıb.
Elә sözün burasında bir nöqtәni xüsusilә vurğulamaq istәyirik. Çox tәәssüf ki, Xiyovun adı sonralar dәyişdirilәrәk Meşkinşәhәr qoyulub. Axı bu yer-yurd adlarımızı niyә dәyişdirirlәr, hansı mәqsәdi güdürlәr bilmirik; ancaq onlar bizim ulu babalarımızın mifoloji çağlardan da qabaq başlamış ulu tarixinin yadigarlarıdır. Onları әvәz etmәk dünyanın әn böyük cinayәtidir. Cinayәt dә hәr bir sәmavi dindә, xüsusilә dә mәnsubu olduğumuz İslam dinindә bağışlanmaz günah kimi qәbul edilib. Azәrbaycan coğrafiyası biz Türklәrin ilkin, әzәli vә әbәdi mәskәnidir. Nuh tufanından sonra burada mәskunlaşan babalarımız yer-yurd adlarının hәr birinә ümumiyyәtlә öz tayfa vә ya peşә adlarını qoyub. Bizim siyasәtlә işimiz yoxdur, ancaq tariximizin saxtalaşdırılmasına da gözümüzü yuma bilmәrik. Jurnalist olaraq әsl vәzifәlәrimizdәn biri dә budur.
Yenә Nigar Xanımın şeir dünyasına üz tutaq vә onun Tәrdid adlı şeirini təqdim edək:
……………..
TƏRDİD
Bütün bir salamın açılışında
Birdənbirə gələsən
Saniyələrin doğum gününü
Diqqətlə dəqiqəlşədirəsən
Yolun başını salıb aşağı qatıb qabağına
Fərman dinləməz, döndərib gələsən
Sən suyunu verənədək,
Çörəyini verənədək, sevginin
Üstünü basdırıb yatıranadək
Mən başıma çətir örtüb, kəbinimdən kəsilib
Dönərəm dünənə
Sən dağılma
Alkola batar səsin, çıxara bilməzsən
Qaranlıq qapılara bağıra bilməzsən
Pəncərələrin qulağı kar qalar, bilməzsən
Bilmirdim mən
Qaraladığım bu sənsiz, yasəmənsiz illərin ağı
Çat götürüb böyük әhtimalla
Sən soyun əyənindən, çıxar at başından ətrimi
Mən də başlayım baş barmağımdan etibarən
Bir-bə bir tökülüm tənimdən
Sabah sübh oyanım
Yerini yığışdırım beynimin ön sırasından
Ya çəkim həmin bu şeirin ilk sətrinin yuxarı başına?
Zarafat iş deyil bu, hövsələ istər…
Mələk dilimlə-dodağımla səni dadmaq
Mələk qulağımla səni dinləməkdən çətin…
Amma bugün fəsillərdən
Ayağındakı səsin fəsli
Birdən-birə töküləsən, yağasan,
Çərşənbənin məntiqilə cümə axşamına,
Oradan cüməyə, şənbə, işənbə...
İş-gücünü burax,
Böyük ehtimalla çat götürüb, sənsiz,
Yasəmənsiz illərin ağı...
………………….
Nigar Xiyavi iptidai vә orta tәhsilini Xiyov şәhәrindә yerlәşәn Razi, Şәrәf vә mәrhum yanğılı şairәmiz Pәrvin Etisami adına mәktәblә Restaxizdә başa çatdırıb. 1984. ildә keçirilәn imtahanda Tehranda yerlәşәn Tәrbiyәti Texnikumun Mikrobiyoloji bölmәsinә daxil olsa da tәhsilini yarımçıq qoymaq mәcburiyyәtindә qalıb. Bir müddәt radyoloji sahәdә texniki işçi kimi işlәyib. 1997. ildә Lahicanda yerlәşәn Azad Universitetinin İngilis Dili Mütәrcimliyi bölmәsinә daxil olub, ancaq oranı da müәyyәn sәbәblәrә görә yarımçıq qoyub. 1998. ildә Tәbriz Azad Universiteti İctimai Elmlәr Fakültәsinә daxil olub vә 2002 ildә tәhsilini başa çatdırıb. 2006. ildә Bakı’da yerlәşәn Xәzәr Universiteti İctimai Elmlәr Fakültәsindә Azәrbaycan Türkcәsi sahәsindә yüksәk lisans, yәni magistraturanı “Hәbib Sahirin Hәyatı vә Әsәrlәri” tezisi ilә bitirәrәk doktoraya başlayıb. Nigar Xanım hәlә dә bu tәhsilini davam etdirir.
Nigar Xiyavi, şeirlә birlikdә hekayәlәr dә yazır, Farscadan Azәrbaycan Türkçәsinә tәrcümәlәr dә edir. Şeir kitabları çap olunsa da hәlәlik hekayәlәrindәn ibarәt әsәri gün üzü görmәyib, inşallah yaxın bir vaxtda hekayәlәrini dә çap etdirәr vә bizlәr dә onları lәzzәtlә oxuyarıq.
Nigar Xanım sadәcә olaraq yazıb-yaratmaqla mәşğul olmur. Müәyyәn vaxtlarda tәşkil olunan yarışmalarda da mütәxәssis kimi iştirak edir. Mәsәlәn 2007. ildә tәşkil olunan Sonay Azәrbaycan Hekayә Festivalı, 2008 ildә Qızıl Alma Şeir Festivallarında münsiflәr heyәtinin üzvü olub, 2007. ildә Stockholm’da Dünya Qadınlar Günü münasibәtilә tәşkil olunan konfәransda iştirak edib, 2011. ildә Güney Azәrbaycanda tәşkil olunan Anamın Yaylığı adlı şeir vә hekâyә müsabiqәlәrindә münsiflәr heyәtinin üzvü olub. Qorqud Ata verilişi adından Nigar Xanıma yazıb yaratmaq yolunda uğurlar, can sağlığı vә xoşbәxtlik arzulayırıq.
Nigar Xiyavinin “Mәnim Şerim” adlı әsәrindәn “Kimin Qızıyam” adlı şeiri:
Kimin Qızıyam
Mәn Savalan göylәrinin
Qatarlanan durnasıyam.
Dağlar dağı Sәhәndimin
Zirvәsinin sal buzuyam.
Qaranlıqda parıldayan
İşıqlı dan ulduzuyam.
Nigarıyam Koroğlunun
Çәnli belin avazıyam.
Payız, qışam, bol bostanam
Bağçaların yay, yazıyam.
Qoyun-quzu suvarılan
Bulağların yarpızıyam.
Saf sinәlәrdәn süzülәn
Âşıqların avazıyam.
Yazıçılar ürәğindә
Yazılmamış bir yazıyam.
Bağırmışam, boğulmuşam
Elin qadağlı ağzıyam.
Kәrәmin sazının sözü
Әslinin içgin razıyam.
Tarixdә dillәrdә gәzәn
Hәllacların boğazıyam.
Sәhәndin çatlıyan bağrı
Şәhriyarımın qızıyam.
Alnım açıq, başım uca
Azәrbaycan qızıyam!