Türkiyə iqtisadiyyatının perspektivləri- 13/2018

Həftənin əvvəlində Bolqarıstanın Varna şəhərində keçirilən Türkiyə-Avropa İttifaqı  zirvə toplantısı  Türkiyənin gündəminə damğasını vurdu.

941017
Türkiyə iqtisadiyyatının perspektivləri- 13/2018

Təşkil edilən zirvə toplantısının Türkiyə-Avropa İttifaqı münasibətlərinə necə təsir göstərəcəyi böyük marağa səbəb olub.

Türkiyə-Avropa İttifaqı  münasibətlərinin müzakirə edildiyi Varna zirvəsində qaçqınlar, terrorla mübarizə, vizasız rejim, Kıbrıs və Gömrük Birliyi məsələləri müzakirə olunub.

İlk olaraq qaçqınlar məsələsinə toxunsaq,  məlumdur ki, Türkiyə bu məsələdə  nümayiş etdirdiyi mövqeyi  ilə öhdəliklərini artıqlaması ilə yerinə yetirən  bir ölkədir.

Lakin  Avropa İttifaqının qaçqınlar üçün odəyəcəyi 3 milyard avronu hələ də ödəməməsi  qurumun qaçqınlar məsələsində  öz üzərinə düşən öhdəlikləri  tam olaraq yerinə yetirmədiyini göstərir.

Türkiyə Varna toplantısında bu mövzudakı fikirlərini açıq şəkildə səsləndirərək  Aİ-nin qaçqınlar məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin vacibliyini vurğuladı.

Digər tərəfdən,  Gömrük Birliyinin yenilənməsi  mövzusu  Türkiyə ilə Avropa İttifaqı  iqtisadiyyatının inteqrasiyası baxımından mühüm mərhələnin göstəricisidir.

Türkiyə - Aİ ticarət potensialına ciddi təkan verəcək Gömrük Əməkdaşlığının dərinləşdirilməsi hər iki tərəf üçün olduqca әhәmiyyәtlidir.

Məlum olduğu kimi, Türkiyə və Avropa İttifaqına üzv  ölkələrin ən mühüm strateji tərəfdaşlıq sahələrindən birini ticarət təşkil edir.

Mövcud ticarət həcminin daha da artırılaraq qiymətləndirilməsi üçün Gömrük Birliyi əlaqələrinin bundan sonra da davam etdirilməsi və bu işlərin başa çatdırılması zəruridir.

Bu hal xüsusilə Aİ-nin digər ölkələrlə imzalayacağı mümkün azad ticarət müqavilələri  səbəbindən Türkiyə iqtisadiyyatı üçün əhəmiyyətlidir.

Türkiyə Avropa İttifaqı  münasibətlərində digər ortaq sahə isə enerjidir. Ötən ilin fevral ayında Kıbrıs sahillərində  Türkiyə və Yunan icması arasında yaşanan gərginlik uzun müddət gündəmdə qaldı.

Şimali Kıbrıs Türk Respublikası  və Türkiyə  Cənubi Kıbrıs Yunan Rəhbərliyinin ada sahillərində  həyata keçirdiyi fəaliyyətlərin beynəlxalq hüquqa zidd olduğunu  və Yunan  rəhbərliyinin bu bölgədə müstəqil hərəkət edə bilməyəcəyi  barədə olduqca dəqiq  mövqe nümayiş etdirdi.

Türkiye Kıbrıs adası ətrafındakı enerji  ehtiyatları məsələsində regionda  qəbul olunacaq hər bir qərarda mühüm  tərəf mövqeyindədir .

Bu çərçivədə Varna zirvəsində Şərqi Aralıq dənizində enerji təhlükəsizliyinin təmin olunması məsələsində Türkiyənin rolu diqqət mərkəzində saxlanıldı.  Zirvədə həmçinin  geosiyasi baxımdan Türkiyənin regionun ən həlledici tərəfdaşı  olduğu da vurğulandı.

Son olaraq,  Zirvə toplantısı çərçivəsində ən çox diqqət mərkəzində olan mövzulardan biri də sərbəst viza və terrorla mübarizə idi.

Sərbəst viza məsələsində Avropa İttifaqı müzakirələrinin qısa vaxt ərzində yekunlaşmasının ikitәrәfli  münasibətlərin gücləndirilməsi baxımından böyük önəm daşıdığı diqqətə çatdırılıb.

Terrorla mübarizə məsələsinə gəlincə, Türkiyənin bu məsələdə yürütdüyü siyasətin Avropanın təhlükəsiliyi baxımından son dərəcədə önəmli olduğu vurgulanıb. 

Nəticədə,  Varna toplantısında Türkiyə Aİ münasibətlərində dialoqun əhəmiyyəti bir daha  diqqətə çatdırılıb  və iyunun sonuna qədər yeni bir görüşün keçirilməsi ehtimalı gündəmə gətirilərək qarşılıqlı görüşlərin  davam etdirilməsinin vacibliyi bildirilib.



Әlaqәli Xәbәrlәr