Türk Dünyasından Xәbәrlәr

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

843045
Türk Dünyasından Xәbәrlәr

Proqramımızın İlk xəbəri Türkmənistandandır.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkmәnistana sәfәr edib.

5-ci Asiya Qapalı Salon vә Döyüş Sәnәti oyunlarının açılış mәrasimindә iştirak etmәk üçün Türkmәnistana sәfәr edәn  Nursultan Nazarbayev bu ölkәnin prezidenti Qurbanqulu Berdimәhәmmәdovla görüşüb.

Bu barәdә Qazaxıstan Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda  bildirilib.

Mәlumata görә, görüşdә Qurbanqulu Berdimәhәmmәdov Nursultan Nazarbayevә 5-ci Asiya Salon vә Döyüş Sәnәti Oyunlarının açılış mәrasimindә iştirak etdiyi  üçün tәşәkkür edib.

Qurbanqulı Berdimәhәmәdov  64 ölkənin iştirak edəcəyi oyunların, həmrəylik və birliyin təzahürü olduğunu dilə gətirib.

Q.Berdimәhәmmәdov hәmçinin  oyunlarda  BMT-nin istəyi ilә  qaçqınlardan ibarәt  komandanın da yarışacağını qeyd edib.

N. Nazarbayev isə  öz növbәsindә oyunlara ev sahibliyi etdiyi  üçün Qurbanqulu Berdimәhәmmәdova tәşәkkür edib.

Nursultan Nazarbayev Qazaxıstanın da bu il 28-ci  Dünya Qış Universitet Oyunlarına ev sahibliyi edәcәyini  xatırladıb.

Nazarbayev  daha sonra 5-ci Asiya Salon vә Döyüş Sәnәti oyunlarına  qatılacaq Qazaxıstan millisi ilә  bir araya gәlib.

Hörmətli oxuçularımız sırada Özbәkistandan  bir xəbərimiz var.

Özbәkistan Türkiyәyә tәşәkkür edib. Özbәkistanın xarici işlәr naziri Әbdülәziz Kamilov: ‘‘Türkiyә Özbәkistanda yaradılacaq İmam Buxari Elmi-Tәdqiqat Mәrkәzi vә İslam Mәdәniyyәt Mәrkәzinә hәr növ dәstәyi vermәyә hazır olduğunu açıqlayıb. Bu sәbәbdәn Türkiyәyә tәşәkkür edirik’’ deyib.

Milli televiziya kanalına müsahibә verәn Әbdülәziz Kamilov Özbәkistan prezidenti Şövkәt Mirziyoyevlә Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın  Qazaxıstanın paytaxtı Astanada  keçirilәn İslam Әmәkdaşlıq Tәşkilatının Elm vә Texnologiya sammiti çәrçivәsindә görüşdüyünü xatırladıb.

Görüşdə Səmərqənddə İmam Buxari Elmi-Tədqiqat Mərkəzi ilə Daşkənddə İslam Mədəniyyəti Mərkəzinin yaradılması barədə fikirlərin səsləndiyini deyən Kamilov, "Görüş zamanı Türkiyə tərəfi, Özbəkistanda qurulacaq İmam Buxari Elmi-Tədqiqat Mərkəzi ilə İslam Mədəniyyəti Mərkəzinə hər növ  dəstəyi verməyə hazır olduğunu açıqlayıb. Bu münasibәtlә  Türkiyәyә tәşәkkür edirik’’ " ifadəsini işlәdib.

 Kamilov, Özbəkistan prezidenti Şövkәt Mirziyoyevin  oktyabr ayında Türkiyəyə rəsmi səfər edəcəyini bildirib.

O sәfәr çәrçivәsindә iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinin müzakirə olunacağını vurğulayıb.

Hәyata keçirilәcәk səfərə qədər tərəflər arasında iqtisadi və investisiya sahələrində ikitərəfli razılaşmaların hazırlanacağını bildirən Kamilov  səfər çәrçivәsindә  yeni və böyük layihələrin gündəmə gələcəyi ilә bağlı  məlumat verib.

Hörmətli oxuçularımız Türk Dünyasından xәbәrlәr proqramının sonuncu xәbәrini tәqdim edirik.

‘‘Türk tarixi üçün mühüm addım atılıb".

Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali, "Kentaydan Ulıtauya  Tarixi Yaddaşının Yenilənməsi" adı ilә hәyata keçirilәn  arxeoloji tәdqiqatlar çərçivəsində Türk tarixi üçün mühüm tapıntılar əldə etdiklərini açıqlayıb.

Kıdırali verdiyi açıqlamada  Monqolustan hökuməti və milli müzeyi ilә hazırladıqları  müqavilə çərçivəsində  Monqolustanın Şivet Hey bölgəsində arxeoloji qazıntılar hәyata keçirdiklәrini  deyib.

Hәyata keçirdiklәri arxeoloji tәdqiqatlar nәticәsindә çox sayda tarixi әşya tapıldığını deyәn  Kıdırali:"Tәdqiqatlar zamanı Şivet Ulanın  İlteriş Kaqan dövründә yәni  670-691-ci illərdə yaşadığını aşkar etdik. Bu günədәk qapalı olan və tədqiq edilməyən Kerulen ərazisindəki tәdqiqatlar nәticәsindә Türk tarixini əks etdirən təxminən 20 əşya tapdıq" deyib.

Tapıntılar üzərində biofizika işlərinin aparıldığını qeyd edən Kıdırali, "Türk tarixi üçün mühüm addım atıldı çünki əvvəlcədən oralarda Türk tarixi üçün materialın olmadığı deyilirdi" deyә vurğulayıb.

 "Ötüken ilə Ulıtau arasında yeni oxşarlıq aşkar etdik’’ deyәn  Kıdırali  bölgədə  arxeoloji tәdqiqatlar apardıqlarını  bildirib.

Tәdqiqatlara Türkiyənin də aralarında olduğu 10 ölkənin  alimlәrinin   qatıldığını bildirәn  Kıdırali, Ulıtaudaki Dombaul türbəsinin Ötüken Şivet Hey kompleksinin davamı olduğunu müəyyən etdiklərini qeyd edib.

 Kıdırali "Onun yanındakı Alaş Xan Günbəzi yeni dövrün, Qızıl Orda da İslam dövrünün başlanğıcı sayılır. Ulıtau  iki mədəniyyətin birləşdiyi nöqtədir" deyә qeyd edib.



Әlaqәli Xәbәrlәr