Türk Dünyasından Xәbәrlәr

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

824473
Türk Dünyasından Xәbәrlәr

İlk xəbərimiz iqtisadiyyatla əlaqədardır.

Kamaz və Tirsan Kardan Tatarıstanda ortaq “kardan valı” istehsal edəcək.

Rusiya –Türkiyə münasibətlərində yeni bir iqtisadi əməkdaşlıq sahəsi yaranır. Rusiyanın avtomobil şirkəti “Kamaz” və avtomobil ehtiyat hissələri istehsal edən “Tirsan Kardan” firması tərəfindən Beynəlxalq İzmir Sərgisi çərçivəsində Rusiyada kardan valları istehsal etmək üçün ortaq müəssisənin yaradılmasını nəzərdə tutan niyət protokolunun imazalandığı bildirildi.

Bu il 86-cı dəfə keçirilən Beynəlxalq İzmir Sərgisində rus və Türk şirkətləri arasında beş əməkdaşlıq müqaviləsi imzalandı.

Rusiyanın energetika şirkəti “İnter RAO Engineering” və Türk İnşaat və montaj firması “Uran İndustriya Təsisləri” (UET) energetika və onunla bağlı sahələrdə əməkdaşlığa dair müqavilə imzaladılar.

Qeyd edək ki, Rusiya hökuməti iki ölkə arasında olan böhrandan sonra normallaşma dövründə Rusiya ilə Türkiyə iş çevrələrinin fəaliyyətlərini aktivləşdirmək məqsədilə Beynəlxalq İzmir Sərgisinə qatılmaq haqqında qərar qəbul etmişdi.

Bu ilki sərgidə Rusiyaya partnyor ölkə statusu verildi.

 

Əzis dostlar, Türkmənistandan bir xəbərimiz var

17-27 sentyabr tarixlərində həyata keçiriləcək V Asiya Oyunları üçün bir Türkiyə şirkəti tərəfindən inşa edilən Aşqabad Olimpiada Kompleksinin Olimpiada Stadionundakı at başı heykəli və Qapalı Su İdmanları Mərkəzi Guinnessin rekordlar kitabına düşdü.

Rekordların təqdimat mərasiminə Türkmənistan Nazirlər Kabinetinin üzvləri, V Asiya Oyunları İcra Komitəsinin rəhbər işçiləri,  universitet müəllimləri və tələbələr qtıldılar.

Mərasimdə Aşqabad Olimpiya Stadionundakı at başı heykəlinin 40.05 metr hündürlüyü və 37.69 metr eni ilə Guinnes tərəfindən dünyaynın ən böyük at heykəli olaraq qəbul olunduğu bildirildi.

Sentyabrın 17-də  keçiriləcək V Asiya Oyunlarının açılış mərasimində Olimpiya məşəli, at başının yalları üzərində qurulmuş platformada yandırılacaq.

 Axal Təkə atları Türkmənistanda mədəniyyət mirası olaraq qəbul edilir. Dövlət Başçısı Qurbanqulu Berdiməhəmmədov Ahal Təkə atlarının genetikasının qorunması, təqdimi və at yetişdirilməsinin inkişaf etdirilməsinə çox əhəmiyyət verir. At başı heykəli də bu məşhur Axal Təkə atlarının simvoludur.

Kompleksdəki Su İdmanı Mərkəzi də, 4976,65 kvadratmetrlik qapalı sahədə inşa edilən olimpiya standartlarındakı hovuzu ilə Guinnessin Rekordlar Kitabına düşdü.

 Türkmənistan daha əvvəl də, beynəlxalq Aşqabad hava limanı, Aşqabadda yerləşən dünyanın ən böyük bayraq dirəyi ilə  Guinnes rekordlarına girmişdi.

 

Hörmətli dinləyicilər, proqramımıza Tatarıstandan  olan bir xəbərlə davam edirik.

 Türkiyə sərmayəçisi Tatarıstanda avtomobil ehtiyat hissələri istehsal etmək üçün yer axtarır.

 Türkiyənin "Kozmaskan" şirkəti Tatarıstanın Çallı şəhərində yerləşən və Rusiyanın ən böyük yük maşını zavodlarından biri olan "Kamaz" a ehtiyat hissələri istehsal etməyi planlaşdırır. Sərmayə layihəsinin ilk mərhələsinə aid büdcə 250 milyon rubldur.

 Çallı Şəhər İcra Hakimiyyəti mətbuat mərkəzindən verilən xəbərə görə, Türk şirkəti bu sərmayə üçün Çallı şəhərinə qonşu olan Alabuga şəhərində fəaliyyət göstərən Tatarıstanın "RİTSKİ" şirkətini seçib.

 "Kozmaskan" şirkətinin sərmayə layihəsi üçün ən az 2,5 min kvadratmetrlik bir meydan lazımdır. Layihə  üç il ərzində həyata keçiriləcək, ilk mərhələdə 250 milyon rublluq sərmayə qoyulacaq.

 Türkiyə-Tatarıstan birgə şirkəti bu investisiya sayəsində 150 yeni iş yeri yaratmağı nəzərdə tutur.

Ortaq şirkət Tatarıstanda hidravlik nasoslar və hidravlik distribüterlər istehsal etməyi və bu məhsulları da ilk növbədə "Kamaz" Yük Maşını Zavoduna satmağı planlaşdırır.

 

Proqramımızın  son xəbəri  Azərbaycandandır.

Qafqazlarda bir qurtum Türk çayı

 Avrasiya İqtisadi Münasibətlər Dərnəyi- "EkoAvrasiya"-nın əməkdaşlığı ilə keçirilən Türk çayının təqdimatı ötən illərdə olduğu kimi, bu günlərdə də intensiv şəkildə aparılır. Təqdimatın son dayanacağı Türkiyənin dostu və qardaşı Azərbaycanın paytaxtı Bakı oldu.

 "Eko Avrasiya" Türkiyənin təqdimatında mühüm rol oynayır. Qurumun sədri Hikmət Ərən və heyəti  Türkiyə ilə Türk dünyası arasındakı əlaqələrin  inkişafına böyük töhfə verirlər.

Hikmət Ərən açıqlamalarında: "Daha əvvəl Türk çayının təqdimatını Balkanlarda keçirmiş və böyük rəğbət qazanmışdıq. İndi hədəfimiz  Qafqazdır və ilk dayanacağımız da qardaş ölkə Azərbaycan oldu. Bundan sonra Qafqazdakı digər Türk məkanlarını da əhatə edəcək layihələrdə Dərnək olaraq üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışacağıq" deyir.



Әlaqәli Xәbәrlәr