Nasizm Avropa Parlamentində

Hollandiya, Fransa və Belçikadan sonra Almaniyada da irqçi partiya parlamentə daxil oldu və bu qrup Avropa Parlamentinə nümayəndələr göndərəcək.

819478
Nasizm Avropa Parlamentində

Almaniyada keçirilən seçki nəticələri beynəlxalq aləmdə adi hal kimi qarşılandı. Halbuki Hollandiya, Fransa və Belçikadan sonra Almaniyada da irqçi partiya parlamentə girdi və bu qrup Avropa Parlamentinə nümayəndələr göndərəcək. Deməli nasizimin ortaya çıxıb bütün Avropaya yayıldığı torpaqlardan nasistlər Avropa Parlamentində olacaq. Əslində dünya oturub bunu uzun-uzadı düşünərək qarşı-qarşıya olduğumuz girdaba həll yolu tapmalıdır. Təəssüf ki, bu mövzuda nə üçün olduğu məlum deyil amma Qərbin ziyalıları səsini çıxarmır. Avropanın ideyalarından və mədəniyyət dəyərlərindən kənarlaşması ilə yanaşı nasizm və irqçilik üzünü göstərməyə başladı. Qərbi qərb edən iki dəyəri var idi. Bunlardan biri demokratiya diğəri isə insan haqları mövzusundakı izahı idi. Təəssüf ki, Soyuq Müharibə dövründən sonra Qərb dünyası bütün mədəniyyətini üzərində qurduğu bu iki dəyərindən kobud şəkildə istifadə etdi.  KİV-nin yayılması ilə birbirinə ən uzaq iki insan gündəlik həyata dair bilik və xəbərə eyni anda əldə etmə imkanı tapdı. Və Şərqin insanı məlumat əldə etdikdə fərdi, ictimai və dövlət olaraq daha çox azadlıq istədi. Bu istəklər Qərbin demokratiya mövzusundakı dualist üzünü ortaya çıxardı. Şərqdə fərdlər öz dövlətlərinə qarşı hər növ azadlıq tələblərini dilə gətirib bunun üçüncəhd göstərə bilərlər və bu tələblərini həyata da keçirməlidirlər. Təəssüf ki, bu fərdi azadlıq ictimai və dövlət səviyyəsində reallaşdıqda, elə bu zaman Qərb bir anda 180 dərəcə dəyişdi. Qərbə görə biz şərqli insanın azadlıq və daha çox istehlak etmə istəyi Qərbin mənfəətlərinin olduğu sərhədədə bitirdi. Misal üçün bir avropalı avtomobil şirkətinin Almaniya və Hindistandakı fabriklərində eyni işi görən iki işçini müqasiyə edəyin. Avropalı avtomobil şirkəti işçilərin əmək haqlarını qorumaları üçün əllərindən gələn cəhdi göstərirlər. Bu yerə qədər baxdığımız zaman qərbli sərmayə üçün ilk hədəf qazanc deyil işçilərin rifah və güzəranıdır. Halbuki praktikada hər şey çox fərqlidir. Misal üçün o avtomobil firmasının Almaniyada buraxdığı modeli ilə Hindistan, Pakistan, Cənubi Koreya yaxud da Türkiyədə istehsal etdiyi eyni modelin qiyməti dünyada eynidir. Lakin o modeli istehsal edən işçilərin əmək haqları arasında dünya qədər fərq var. Almaniyadakı işçi evinə hər gün ət aparıb Ümumdünya Səhiyyə Təşkilatının standartlarına görə qidalana bilir. Lakin hindistanlı işçinin aldığı aylıq əmək haqqı alman işçinin bir həftədə qazandığı puldan daha azdır. Həmin şəkildə dövlətlərin bərabər səviyyədə xarici əlaqələrini qurma tələbi də qərblilər tərəfindən elə müsbət qarşılanmır. Müstəmləkə ilə əlaqəli vərdişlərini davam etdirmək istəyirlər. Hər zaman təpədən baxan, amiranə bir anlayış hökm sürür. Misal üçün siz şərqli bir ölkənin liderisiniz. Şəffaf, saxtakarlığın olmadığı bir seçki ilə xalqınızın yarısından çoxunun səsini qazana bilərsiniz. Və siz ölkənizin mənfəətlərini Qərbə qarşı qorumağa və onlarla bərabər olduğunuzu dilə gətirməyə başladığınız anda siz dünyanın ən pis insansınız. Məclisiniz, mətbuatınız, məhkəmələriniz, universitetləriniz, xəbərləşmə sisteminiz senzurasız və azad şəkildə işləməsinə baxmayaraq bir anda adınız diktator olur. Hər seçki qutusu qurulduğu zaman müstəqilliyə həsrəti olan xalqınız tərəfindən daha da dəstəkləndikcə qərblilərin nəzərində siz daha diktator olursunuz. Siz xalqınızdan 52 faiz səs toplayıb dövlətin başçısı olduqda şübhəli olursunuz. Lakin 31 faiz səs toplayıb öz hökumətini idarə edən bir avropalı siyasi lider demokratiyanın müzəffəridir.

Yuxarıda da qeyd edildiyi kimi məlumatın kütlələrə ötürülməsində bütün divarlar aradan qalxdığı üçün Türkiyədəki mal-qara çobanı ilə Hamburgdakı alman siyasi xadimi həmin məlumatı eyni anda əldə edə bilir.  Və haqlı olaraq çoban bunda bir ziddiyət olduğunu söyləyir. Bunu müttəfiqi, tərəfdaşı zənn etdiyi qərbliyə sual edir. Qərbli isə davamlı lovğalı mövqeyini davam etdirir. Şərqdən suallar və azadlığa dair istəklər artdıqda qərbli siyasi məzmunlu millətçi çıxışlarına əl atır. Qərbin kütlə partiyaları, siyasi populizm və iqtidar ehtirası uğruna kiçik irqçi partiyalara üz tutur. Demokratiyadan, insan hüqqularından uzaq və zaman zaman  nifrət cinayətinə üz tutan çıxışlar edən bu kütlə partiyaları Pediqanı, nasizmi, şovinizmi yenidən xortladır. Və bu irqçi, nifrət cinayəti işləyən dili sosializm, sosial demokratiya və təməl insan hüquqları üzərindən səsləndirir. Qərbin son 25 illik siyasi xadimlərinin təqribən hamısı bu səhv işi görərək qar topunu böyütdülər və bugün qar uçqununa çevirdilər. Buna misal kimi Hollandiyanı vermək mümkündür. Seçkinin üzərindən hardasa bir il keçib, irqçi faşist partiyaya görə ölkədə hələ də hökumət formalaşdırıla bilməyib. Belçikanın da vəziyyəti Hollandiyadan fərqli deyil. Avstriya desəniz, nasist çıxışlarında Almaniya ilə yarışır. Demokratiya mübarizəsinin mərkəzi Fransada belə siyasi xadimlər irqçi sözlərə ümid edirlər. İllərdir aramsız atılan səhv addımlar Avropa Parlamentinin qapısını nasist və irqçi millət vəkillərinə sonuna qədər açdı.  Avropanın qarşı-qarşıya olduğu iqtisadi və siyasi böhranın hərəkətə gətirdiyi irqçilikdən istifadə etmək istəyən kütlə partiyaları da bu qaranlıq yola üz tutacaqdır. İrqçilik və nasizm günahı təəssüf ki, yeni dövrdə Avropanın ifadələri olmağa namizəddir. İnsanı ən çox üzən isə qurulduğu zaman tamamilə humanitar dəyərlər və demokratiya əsaslarından əsla yayınmayacağını bəyan edən Avropa Parlamentində artıq nasist və irqçi ifadələrlə yanaşı nifrət günahı da “fikir” olaraq dilə gətiriləcək.

Mətni Ərdal Şimşəkin qələmindən təqdim etdik.



Әlaqәli Xәbәrlәr