“Türk dünyasının ağsaqqalı”

Avrasiyanın və Türk Dünyasının strateji cəhətdən əhəmiyyətli qəbul edilən ölkələrindən biri də Qazaxıstandır.

763890
“Türk dünyasının ağsaqqalı”

Avrasiyanın və Türk Dünyasının strateji cəhətdən əhəmiyyətli qəbul edilən ölkələrindən biri də Qazaxıstandır. Bu ölkəyə liderliyi müstəqilliyə qovuşduğu gündən bəridir Nursultan Nazarbayev edir. Söhbətimizin bugünkü hissəsində Nursultan Nazarbayev rəhbərliyi və bölgədəki təsirindən danışmaq istəyirik.

Nursultan Nazarbayev Qazaxıstanın müstəqilliyini qazandığı 1991-ci ildən bəridir ölkəsinin lideridir. 1991-ci ildən indiyədək sadəcə Qazaxıstanın yox, Türk Dünyasının və digər bir çox ölkənin də etimadını qazanıb. Sülh tərəfdarı lider kimi dünya ictimaiyyətində tanınır və böyük hörmət göstərilir.

Nazarbayev Almatı yaxınlığında Cemolqanda etibarlı bir ailənin övladı kimi 1940-cı ildə anadan oldu. Soyuq müharibə illəri başladığı zamanda iptidai təhsilini davam etdirdi. Liseydə isə metallurgiya təhsili aldı. 1962-ci ildə Karagandı universitetindən metallurgiya mühəndisi kimi diplomunu aldı. 1984-cü ilə kimi işlədiyi önəmli bürokratik vəzifələrində işçilərin fərdi problemləri ilə maraqlandı. Sənaye sahəsindəki problemlərin həllində rol götürdü. İşçilərin əmək haqlarını qoruyaraq mərkəzi idarəyə təkliflər təqdim etdi. 1991-ci il dekabrın 1-də keçirilən seçkidə tək namizəd kimi iştirak edən Nazarbayev dekabrın 21-də Almatıda Qazaxıstana müstəqillik qazandıran protokolu imzaladı. 1991-ci ildən sonra 1999, 2005, 2011 və 2015 seçkilərində də namizədliyini elan etdi və bu seçkilərdə də xalqın böyük dəstəyini götürərək qələbə qazandı. 1997-ci ildə paytaxt şəhəri Almatıdan Astanaya köçürdü. Nazarbayev Rusiya ilə iqtisadi və siyasi münasibətlərini davam etdirdi, ancaq ABŞ, Türkiyə, Türk dünyası, Avropa ölkələri və İsrail ilə əlaqələrini də inkişaf etdirdi. 

Nazarbayev xarici siyasətində təktərəfli siyasət təqib etmək əvəzinə hər ölkəyə bərabər məsafədə yanaşır. Çox şaxəli siyasətlərinə görə Nazarbayev dünya ictimiaiyyətində “razılaşdırıcı lider” kimi tanınır. Məlumumuz olduğu kimi Nazarbayev Suriya böhranı və Suriyada yaşanan insanlıq faciəsinə son qoymaq üçün vasitəçi oldu. Rusiya, İran və Türkiyənin dəstəyi ilə keçirilən Astana danışıqlarına da ev sahibliyi etdi. Qazaxıstanın bu danışıqlara ev sahibliyi etməsi Suriyanın önəmli ünsürlərindən biri olan Türkmənlərin də Astana danıqışlarında iştirak etməsinə və müsbət yanaşmasına səbəb oldu.

Qazaxıstan hal-hazırda BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvüdür. Qazaxıstanın Türkiyədən sonra Şurada müvəqqəti üzv kimi olması Türk dünyası üçün fürsətdir. Bu vəziyyət Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin üzv olduğu Türk Şurası üçün də müxtəlif imkanlar yarada bilər. Bu nöqtədə Qazaxıstan və Türkiyənin böyük dəstək təmin etdiyi Türk Şurasına Türkmənistan və Özbəkistanın da iştirakları ilə dayaq olmaları lazımdır. Hal-hazırda Fransa BMT Təhlükəsizlik Şurasında Frankofon (Fransızca danışan ölkələr və bu ölkələrdə yaşayan insanlar) ölkələrin nümayəndələri kimi görülürsə gələcək illərdə Türkofon ölkələri təmsil etmək üçün bir Türk Şurası üzvünün də Təhlükəsizlik Şurasında  olması tələbi Türk Dünyası tərəfindən BMT tərəfinə çatdırıla bilər.

Nazarbayev terror təşkilatı FETÖ-nün Türkiyədəki 15 iyul dövlət çevrilişindən sonra Türkiyənin yayında yer tutdu və Ankaraya gələn ilk dövlət başçısı oldu. Nazarbayevin Türkiyədəki çevriliş cəhdindən sonra ilk rəsmi qonaq olması böyük məna kəsb edir. Nazarbayevin “Türkiyəyə düşmən olan bizə də düşməndir” açıqlaması  gerçək qardaşlığın işarəsidir. Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Nursultan Nazarbayevi hər çıxışında “Türk dünyasının ağsaqqalı” olaraq adlandırır. Bunu Nazarbayevin səfəri zamanı Ərdoğanın bu açıqlamasında da eşitdik: “Cənab prezident eynilə Türk dünyasının ağsaqqalıdır. Hörmətli Nazarbayevin tətbiq etdiyi məntiqli və ölçülü siyasət sayəsində Qazaxıstan hal-hazırda  bölgənin və dünyanın əməkdaşlığında axtarılan şəxsiyyətə çevrilib. Ortaq dil, tarix və mədəniyyəti bölüşdüyümüz  qardaş ölkə Qazaxıstan müstəqilliyini elan etdikdən sonra siyasi sabitliyini gücləndirdi və sürətli iqtisadi inkişafa nail oldu”.

Nazarbayev yaşadığımız dövrün ruhunu yaxşı oxuya bilən bir liderdir. Bu minvalda Nazarbayevin kiril qrafikasından Latın əlifbasına keçid təlimatı böyük əhəmiyyət kəsb edir. Nazarbayev 2025-ci ilədək bütün kitabların, davamlı dərc olunan nəşriyyatların və rəsmi sənədlərin Latın qrafikasında yayımlanmağa başlamasının vacibliyini dilə gətirdi. Bu qərar Türk dünyasında dil və əlifba birliyi üçün çox önəmli və strateji addımdır. Nursultan Nazarbayevin baxışı və strategiyası ilə formalaşan “azad modeli” Türk mədəniyyətindən qidalanır və “sabitlik” ilə “iqtisadi inkişaf” ortaya qoyur. Nəticə olaraq Qazaxıstan 2017-ci il ilə birlikdə tarixi dövrə addım atır. Qazaxıstanın hədəfi dünyadaki ən çox inkişaf etmiş 30 ölkə sırasına daxil olmaqdır. Qazaxıstan Nazarbayevin rəhbərliyində qətiyyətli addımlarını atmaqda davam edəcəkdir. Bugün Nursultan Nazarbayev və Rəcəb Tayyib Ərdoğan kimi liderlərin varlığı həm iki ölkə üçün həm də Türk dünyası üçün böyük fürsətdir.



Әlaqәli Xәbәrlәr