Türkiyədə referendum və ATƏT-in hesabatı: iddialar və gerçəklər

Türkiyə 16 apreldə referenduma getdi. Sonra Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı olan ATƏT referendumla bağlı hesabat yaydı. Amma hesabat böyük ölçüdə həqiqətdən uzaq iddialardan ibarətdir.

733137
Türkiyədə referendum və ATƏT-in hesabatı: iddialar və gerçəklər

  Türkiyə konstitusiya dəyişikliyilə əlaqədar 16 apreldə referenduma getdi. Az sonra Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı - ATƏT referendumla bağlı hesabat buraxdı. Biz bugünkü “Türkiyə və Avrasiya gündəmi” verilişində Türkiyədə referendum, ATƏT-in hesabatı, iddialar və gerçəklər mövzusuna toxunmuşuq. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, Sevda Mirzə oxuyur.

  Konstitusiya və icra ikibaşlılığı Türkiyədə uzun illərdir müzakirə edilən mövzulardan biri idi. Buna görə Türkiyə 16 apreldə referenduma getdi. Sonra Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı olan ATƏT referendumla bağlı hesabat yaydı. Amma hesabat böyük ölçüdə həqiqətdən uzaq iddialardan ibarətdir. Hesabatın üslubu belə ATƏT kimi beynəlxalq quruma yaraşmır.

  Referendumla əlaqədar ATƏT Türkiyəyə 73 müşahidəçi göndərdi. Müstəqil və tərəfsiz olmalı ikən bəzi müşahidəçilər bu xüsusiyyətləri daşımırdı: Almaniya vətəndaşı Andrey Hanko, İspaniya vətəndaşı Lorena Lz de Lakalye, Avstriya vətəndaşı Zərifə Yatkın kimi müşahidəçilər “xeyr” kampaniyası üçün fəallıq göstərdilər.

  ATƏT-in hesabatında yalnız “xeyr” kampaniyasını icra edən siyasi partiyaların arqumentləri var.

  ATƏT-in iddiasına görə, referendumdan əvvəl seçicilər tərəfsiz informasiya ilə təmin edilməyib və qeyri-hökumət təşkilatlarının iştirakı mümkün olmayıb. Bu, doğru deyil. Seçkilərdə tərəfsiz informasiya vəzifəsi qeyri-hökumət və mətbuat qurumlarına aiddir ki, Türkiyənin ictimai orqanları bu mövzuda səylərə maneə törətməyib. Məsələn, Türkiyədəki ən güclü və tanınmış qeyri-hökumət təşkilatlarından biri olan Türkiyə Barolar Birliyi aktiv şəkildə “xeyr” kampaniyasını icra edirdi.

  ATƏT-in digər iddiasına görə, Türkiyədə seçki qanunvericiliyi beynəlxalq müşahidə və partiyalarla əlaqəsi olmayan vətəndaşların maraqlanmasına icazə verməyib. Bu, əsassız bir iddiadır. Çünki bu cür qadağa və məhdudiyyət olmayıb. Mövcud seçki qanunvericiliyi və Ali Seçki Komissiyası qərarları içində partiyalarla əlaqəsi olmayanların da səsvermə məntəqələrində olması və seçki qutuları üzərində vəzifə daşıması üçün müraciətə maneə törədilməyib. Beynəlxalq müşahidə qrupu olan ATƏT-in seçki müşahidəçiləri tərəfindən belə bir iddianın irəli sürülməsi manipulyasiya məqsədi daşıyır.

  ATƏT belə bir iddia da irəli sürüb: mediada tək bir tərəf üstünlük təşkil edib və mediaya qarşı məhdudiyyətlər seçicilərin fikir ayrılığını ifadə etməsinə maneə törədib. Bu, səhv fikirdir. Çünki onlarla yüksək tirajlı qəzet və onlarla böyük televiziya kanalı “xeyr” kampaniyasına geniş şəkildə yer verib. Bundan başqa, Avropa mediasının belə az qala hamısı “xeyr” kampaniyası təşkil edib, Qərbdəki türk seçicilərinə təsir və təzyiq etməyə çalışıb.

  ATƏT-in hesabatında bir iddia da budur ki, referendumda təklif edilən dəyişikliklərin heç biri maddə olaraq yer almayıb, seçicilərdən sadəcə “bəli” və “xeyr” demələri istənilib. Halbuki Avropa İttifaqı üzvü olan çox ölkədə həyata keçirilən referandumlarda da seçicilərə “bəli” və ya “xeyr” variantları təqdim edilir. ATƏT-in bu tənqidi yaxşı niyyətli olmadığından xəbər verir.

Çünki referendum paketi dörd ay əvvəldən Türkiyə Böyük Millət Məclisinə təqdim edildi və Məclisdə qəbulundan sonra az qala hər gün hər platformada müzakirə olundu.

  ATƏT-in digər iddiası referendumun təməl azadlıqların məhdudlaşdırıldığı fövqəladə vəziyyət şəraitində reallaşmasını deməsidir. Bu, düzgün deyil. Fövqəladə Vəziyyət bütün demokratik hüquqi dövlətlərdə nizam və lazımi tətbiqlərin icra edildiyi idarə tərzidir. Dövlətlər demokratiyanı təhdid edən ünsürlərə qarşı ictimai qaydaları mühafizə etmək, əsas hüquq və azadlıqları zəmanət altına almaq üçün fövqəladə vəziyyət tətbiq edir. Türkiyə Respublikasının yaşadığı çevriliş cəhdi və PKK/DAEŞ/FETÖ kimi terror təhdidləri fövqəladə vəziyyəti zəruriləşdirir. Bu Fövqəladə Vəziyyət insanların gündəlik həyat tərzinə təsir etmir, yalnız terrorla mübarizə məqsədilə tətbiq olunur. Buna görə Fövqəladə Vəziyyət zamanı hər kəsin seçmə və seçilmə haqqı başda olmaqla siyasi hüquqlarına da məhdudiyyət qoyulmayıb. Elə Fransada da elan edilən, beşinci dəfə uzadılan və 15 iyul 2017-ci ilədək davam edəcək Fövqəladə Vəziyyət şəraitində seçkilər keçirildi və ATƏT heç bunu dilə gətirmədi. Türkiyə isə həmişə hər hansı addımında tənqid hədəfi olur ki, bu da ona müsbət olmayan yanaşmanın, niyyətin açıq göstəricisidir.



Әlaqәli Xәbәrlәr