Türkiyənin iqtisadi böyümə dinamikası

Türkiyənin 2016-ci ilə aid iqtisadi böyümə rəqəmləri açıqlandı. Verilən məlumat Türkiyə iqtisadiyyatının keçən ilin gözləntilərindən daha çox olaraq, 2,9 % artdığını göstərdi.

727245
Türkiyənin iqtisadi böyümə dinamikası

Türkiyənin 2016-ci ilə aid iqtisadi böyümə rəqəmləri açıqlandı. Verilən məlumat Türkiyə iqtisadiyyatının keçən ilin gözləntilərindən daha çox olaraq, 2,9 % artdığını göstərdi. 2002-ci ildən etibarən başlayan siyasi sabitlik fonunda baş verən iqtisadi böyümə Türkiyə üçün hər zaman əhəmiyyətli olsa da, 2016-cı ilin böyümə rəqəmləri daha fərqli bir əhəmiyyət kəsb edir.

Türkiyə 2016-ci ildə başda 15 iyul uğursuz dövlət çevrilişi cəhdi olmaqla, bir sıra mənfi hadisələrə səhnə oldu. Baş verən uğursuzluqlardan sonra ağıla gələn ilk sual: "Türkiyə iqtisadiyyatı bunlardan necə təsirlənir?” oldu. Çünki FETÖ-nün həyata keçirdiyi dövlət çevrilişi cəhdini yaşayan Türkiyə bunu fürsət olaraq görən beynəlxalq reytinq təşkilatlarının hədəfi oldu və ölkənin reytinq rəqəmləri bir-bir endirildi.

2016-cı ilin üçüncü rübündə başlayan iqtisadi daralmanın uzun bir müddət davam edəcəyi düşünülürdü.Lakin 4-cü rübün və illik orta böyümənin nisbətləri açıqlanandığında, fikir dəyişdi.

Türkiyədə gözləntilərin əksinə  olaraq, 2016-cı ilin dördüncü rübündə 3,5 %, bu ilin sonunda isə 2,9 %  böyümə müşahidə olundu. Qeyd edilən bu artım,  gələcək üçün də müsbət proqnozlar verməyə imkan yaratdı.

Burada diqqət yetirməli olduğumuz bir məsələ vardır. Baş verən bütün mənfi hadisələrə baxmayaraq, 2016-cı ildə həyata keçirilən bu böyümə nə mənaya gəlir?

 2,9%-lik böyümə nisbəti Türkiyənin 2016-ci ildə G-20 ölkələri arasında Hindistan, Çin və İndoneziyadan sonra dördüncü yerə yüksəlməsini təmin etdi. İqtisadiyyatdakı böyümə ilə bərabər ümumi daxili məhsulun  adambaşına düşən həcmi də artaraq 10 min 807 dollar səviyyəsinə çatdı.

 Buradan belə bir nəticə çıxara bilərik: gəzi parkı olayları, müxtəlif terror hadisələri, 15 iyul uğursuz çevriliş cəhdi, qonşu ölkələrdəki mənfi proseslər, qlobal iqtisadi sistemdəki qırılmalar, Amerika Mərkəzi Bankının faiz artırımları və Trumplı ABŞ-ın qeyri-müəyyən gələcəyi kimi bir çox daxili və xarici mənfi amillərə rəğmən, Türkiyədə iqtisadi böyümə həyata keçirilir. Bu isə ölkənin qlobal miqyasda çəkisini artırır. Hal-hazırda Türkiyə Hindistan və Çin kimi həlledici rolu olan iqtisadiyyatı ilə gündəmə gəlməkdədir.

2002-ci ildən 2008-ci ilə qədər sabit şəkildə böyüyən Türkiyə iqtisadiyyatı 2008-ci ildə qlobal bazarları təsiri altına alan iqtisadi böhrandan qismən təsirləndi.  Lakin 2009-cu ildən etibarən qaldığı yerdən sabit şəkildə böyüməyə davam etdi. Bu baxımdan, 2002-ci ildən bu günədək böyüyən Türkiyə iqtisadiyyatının 2016-ci ildə qlobal miqyasda söz sahibi ola biləcək mövqeyə gəlməsi normal haldır.

Həm ölkə daxilində, həm də xaricdə böyüyən və inkişaf edən bir Türkiyəin uğurlarını həzm edə biməyən qüvvələrin mövcudluğu, Türkiyə iqtisadiyyatını təhlükələrə qarşı açıq edir. Sözügedən təhlükələrin qarşısını almaq üçün Türkiyə daxili istehlaka əlavə olaraq, dəyərli istehsal və investisiyaya mərkəzləşmiş artan ixraclarla həyata keçiriləcək bir inkişafa üstünlük verməlidir.

Türkiyə bu vaxta qədər həyata keçirdiyi iqtisadi böyüməni 2017-ci ildə də artıraraq davam etdirmək və 2017-2019-ci illər üçün hazırlanan Orta Perspektivli Proqramda nəzərdə tutulan 4,4 % iqtisadi artım göstəricisinə nail olmaq üçün ixracla paralel olaraq texnologiyaya mərkəzləşmiş  investisiya, maliyyə, təhsil, enerji, turizm və məşğulluq kimi sahələrə də üstünlük verməlidir.

Böyümənin  hərəkətverici bir qüvvəsi olan sərmayələr Türkiyənin iqtisadiyyatını ölkə daxilində və xaricdə baş verəcək şoklara qarşı müqavimətini artırır. 6 ildən də az qalan 2023-cü il və sonrası üçün qoyulan hədəflərə daha rahat çata bilmək üçün ölkənin siyasətini müəyyənləşdirənlərin əlavə dəyərli və texnologiya mərkəzli istehsalı, iş yerlərini çoxalda bilən sərmayələri və əmanətləri artıra bilən siyasətləri həyata keçirməsi həqiqətən, Türkiyənin həm bölgədəki, həm də qlobal iqtisadi sistemdəki yerini möhkəmləndirəcəkdir.



Әlaqәli Xәbәrlәr