Beynəlxalq Türk Akademiyası

23 avqust 2012-ci ildə Bişkekdə təşkil edilən Sammitdə isə qərar verildi və Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkiyə dövlətlərinin təşəbbüsü ilə Türk Akademiyası yaradıldı.

702529
Beynəlxalq Türk Akademiyası

  2009-cu ilin 3 oktyabrında Azərbaycanda keçirilən Türkdilli Dövlət Başçılarının İV Sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayev türk dünyası ilə bağlı araşdırmalar aparmaq üçün beynəlxalq elmi mərkəz yaradılmasını təklif etdi. Üç il sonra - 23 avqust 2012-ci ildə Bişkekdə təşkil edilən Sammitdə isə qərar verildi və Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkiyə dövlətlərinin təşəbbüsü ilə Türk Akademiyası yaradıldı. Akademiya 27 avqust 2014-cü il tarixində beynəlxalq təşkilat statusu qazandı.

  Türk Akademiyasının prioritet məqsədi ümumtürk dünyasında ortaq əlifba, ortaq terminologiya, ortaq tarix, ortaq ədəbiyyat və digər mövzularda ictimai-elmi iş birliyi qurmaqdır. Akademiyanı ən çox dəstəkləyən təşkilatlardan biri Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi olan TİKA-dır. Onun dəstəyilə Akademiya Monqolustanın Ötüken bölgəsində mühüm görüşlər keçirib, nəticədə, 60-dan çox türk boyunun 693-cü illərə qədər bir arada olması, yazılarını/damğalarını daşlara basması ilə bağlı antik əsər ortaya çıxarılıb.

  Türk Akademiyası Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan alimlərin iştirakıyla Türk Şurasına üzv ölkələrin orta məktəb şagirdləri üçün Ortaq Türk Tarixi dərsliyini hazırladı. Ortaq akademik işlər və ortaq dərs kitablarının hazırlanması ümumtürk dünyasının mədəni birliyi, bir-birinə uyğunlaşması və intellektual əməkdaşlığın dərinləşməsinə xidmət edəcək. Bundan başqa, ortaq dəyərlər, ortaq tarix və ortaq ədəbiyyat türkdilli dövlət və birliklərin bir-birinə inteqrasiya olması üçün fikri infrastruktur meydana gətirəcək.

  Türk Akademiyası üç böyük elmi dərgi nəşr edir. İlk sayı 2013-cü ildə çıxan “Altay və Türkiyat” jurnalı, ilk sayı 2014-cü çıxan “Global-Turk” jurnalı və 2015-ci ilin noyabrından həftəlik çıxan “Тurkic Weekly”  həftəlik jurnalı elmi sahədə boşluqları doldurur.

  Beynəlxalq Türk Akademiyasının içərisində

  1. Tarix və Etnologiya,
  2. İncəsənət və Mədəniyyət,
  3. Sosial-İqtisadi Tədqiqatlar,
  4. Beynəlxalq Araşdırmalar,
  5. Ədəbiyyat və Terminologiya

adlı beş akademik bölüm var.

  Türk Akademiyasının türk dilində danışan ölkələrin universitetləri arasında təhsil nümayəndələri, tələbə hərəkatı, uyğunlaşma, bərabərlik mövzularında faydalı olacağı düşünülür. Bu baxımdan Türkiyədən Ali Tələbə Təşkilatı olan YÖK-ün rəhbərliyilə Türk Dünyası Universitetlər Agentliyi qurumunun yaradılması da planlaşdırılır.

  Mərkəzi Qazaxıstanın paytaxtı Astanada olan Türk Akademiyasının dövri sədri professor Darxan Xıdırəlidir. O, tanınmış alimlərdən biridir. Ali təhsilini 1998-ci ildə Ege Universitetində "Mustafa Çokayın həyatı, yaradıcılığı və dünyagörüşü" elmi işi ilə tamamlayıb. 2001-ci ildə İstanbul Universitetində "Türküstanda Ceditçilik (müasirlik) Hərəkatı və Türkiyə ilə Əlaqələri" elmi işi ilə isə aspirant dərəcəsi alıb.

  Türk Akademiyasının dövrü sədri Darxan Xıdırəli digər Qazaxıstan alimləri (Kanat Doqalov, Daniyar Kosnazarov, Zhanat Mominkulov və Asxat Kessikbayev) ilə birlikdə türk ölkələrilə elmi əlaqə və fəaliyyətləri genişləndirir.

  Türk Akademiyasının problemləri nələrdir? Akademiyanın mövcud infrastrukturu və binası əslində iş və hədəflərə kiçik gəlir. Ona görə Qazaxıstan qarşı illərdə Türk Akademiyasına daha uyğun və geniş bir mərkəz təsis edəcək.

  Digər məsələ. Türk Şurasına üzv dörd ölkənin əlaqədar qurumları arasında bəzi uyğunlaşma problemləri var. Bununçün korporativ məsələlərin həll edilməsi, əməliyyatların sürətləndirilməsi lazımdır.

  Türk Akademiyası bu gün YUNESKO və BMT mərkəzlərində qəbul edilən beynəlxalq bir təşkilatdır.

  Türkiyə, Qazaxıstan, Azərbaycan və Qırğızıstan Türk Akademiyası üçün dəstəyini artırmalı və ardıcıl olaraq büdcə ayırmalıdır. Lazımi dəstək olarsa, Türk Akademiyası çox qiymətli akademik işlər ortaya çıxarar. Bundan başqa, Özbəkistan və Türkmənistanın da Türk Akademiyasına dəstək və töhfələrini verməsi lazımdır.

  Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, mən Sevda Mirzə oxudu.



Әlaqәli Xәbәrlәr