Türk Dünyasından Xәbәrlәr

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

699750
Türk Dünyasından Xәbәrlәr

Hörmətli oxuçularımız ilk  xəbərimiz türk dünyasının ortaq bayramı olan Novruz Bayramı ilә bağlıdır.

Bu gün Novruz bayramıdır.  Orta Asiyadan Balkanlaradәk  hər millətin öz mədəni dəyərlərinә uyğun şәkildә qeyd etdiyi Novruz bayramı yazın gәlişini simvolizә edәn qәdim xalq bayramıdır.

‘Nov’’ yәni yeni, ‘‘ruz’’  yәni gün  sözlәrinin birlәşmәsindәn yaranan  vә mәnası  (Yenigün) olan Novruz  şimal yarımkürәsindә  başda Türklәr olmaqla  bir çox xalq vә cәmiyyәt tәrәfindәn yeni ilin gәlişi kimi qeyd olunur.

Novruz bayramı әdәtәn martın 21-dә qeyd olunur. 21 Martın gәlişi ilә   havalar isinməyə, qarlar əriməyə, ağaclar çiçəklənməyə, torpaq göyərməyə, köçəri quşlar yuvalarına qayıtmağa başlayır.

Bu səbəblə 21 mart bütün varlıqlar üçün oyanış, dirçəliş və təbiət günü kimi qəbul edilərək, Novruz/Yenigün bayramı adı ilə qeyd olunur.

Orta Asiyada yaşayan Türklər, Anadolu Türkləri və İranlılar yeni il olaraq qəbul etdikləri günü  Novruz adlandırırlar.

Qədim zamanlardan etibarәn   Azәrbaycan, Qazax, Qırğız, Türkmən, Özbək, Tatar, Uyğur Türkləri, Anadolu Türkləri və Balkan Türkləri Novruz әnәnəsini günümüzdә dә  yaşadırlar.

Hörmətli oxuçularımız  növbәti xәbәrimiz  Türkiyә ilә bağlıdır.

2017-ci il  ‘‘Türk Dili İli'' olacaq.

Prezident R.T. Ərdoğanın himayəsi ilə hәyata keçirilәcәk  kampaniyayla 2017-ci ilin  "Türk Dili İli" elan ediləcəyi bildirilir.

Baş nazirin müavini  Tuğrul Türkeşin ofisindәn verilәn yazılı açıqlamada, minillik tarixi kökə malik olan və dünyanın әn әhәmiyyәtli dillərindən biri olan Türk dilinin  son bir neçә әsr әrzindә mәruz qaldığı dəyişikliklərә ictimaiyyətinin diqqətini cəlb etmək məqsədilə 2017-ci ilin "Türk Dili İli" elan edilməsinin qərara alındığı qeyd olunub.

Açıqlamaya görə,  tәdbirlәr Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu ilə Türk Dil Qurumunun rəhbərliyi altında keçirilәcәk.

Tədbirlərin   "Dilimiz mənliyimizdir"  başlığı altında hәyata keçirilәcәyi bildirilir.

Kampaniya çərçivəsində bu il başda  dövlət orqanları  və təşkilatları olmaqla özəl sektor, qeyri-hökumət təşkilatları və mətbuat orqanlarına  Türk dilinin doğru  şəkildə istifadə edilməsi istiqamətində işlərin həyata keçirilməsi, hәmçinin çox sayda elm, mədəniyyət və incəsənət tədbirinin  təşkil edilməsi nəzərdə tutulur.

Kampaniyanın mәqsәdi  Türk dilinin doğru şәkildә  tәbliğ edilmәsi, dilin təmizliyinin qorunması, türkcə qarşılığı olmasına baxmayaraq yad kəlmələrin leksikona daxil ediləməsinin qarşısının alınması və sosial mediada istifadə edilən Türk dilinin sәbәb olduğu mənfi halların aradan qaldırılmasıdır.

Mәlumata görә, bu çәrçivәdә  dövlət orqanları  və təşkilatları tərəfindən müxtəlif mədəniyyət, incəsənət və elmi tədbirlər  həyata keçiriləcək.

Hörmətli oxuçularımız  sıradakı xәbәrimiz  Türkmәnistanla bağlıdır.

Türkmәnistan Ahaltәkә atlarının  YUNESKO-nun mәdәni irsi siyahısına salınması üçün quruma müraciәt etmәyә hazırlaşır.

Türkmənlər üçün at çox əhəmiyyətli  dəyərlərdən biridir. Türkmənistanın Ahaltəkə atları dünyanın ən məşhur vә ən gözəl at cinslәrindәn  sayılır.

Türkmən Atları Dövlət Birliyi  Ahaltəkə atlarının genetikasının  qorunub saxlanılması  üçün fәaliyyәtlәrini  davam etdirir.

Türkmənistanın Dövlət Xəbərlər Agentliyinin məlumatına görə, ilkin mәrhәlәdә  Ahaltəkə   atları ilə bağlı kataloqun hazırlanması istiqamәtindә işlәrin başlanması qәrara alınıb.

Kataloqda  atların ümumi xüsusiyyətləri və mənşəyi haqqında ətraflı məlumatlar yer alacaq.

Atlar barәsindәki informasiya daha sonraki  mərhələdə beynəlxalq təşkilatlarla və dünya ictimaiyyəti ilə paylaşılacaq.  Kataloqda  Ahaltəkə atlarının genetikasının qorunmasında türkmən xalqının rolu və səyi,  atlarla bağlı milli ənənələrin qorunub  inkişaf etdirilməsi üçün Türkmənistan hökuməti tərəfindən görülən tədbirlər yer alacaq.

Bütün bu işlərdәn sonra Türkmәnistan Ahaltәkә atlarının  YUNESKO-nun mәdәni irsi siyahısına salınması üçün quruma müraciәt edәcәk.

Türkmәnistanın dövlәt başçısı  Gurbanguli Berdimәhәmmәdovun  2007-ci ildə vəzifəyə başlamasından sonra ölkәdә  atçılığın inkişaf etdirilməsi, müvafiq müəssisələrin  yaradılması, beynəlxalq standartlara uygun müasir atçılıq obyektlərinin  inşa edilmәsi  qәrara alınıb.

Qeyd edәk ki, Q. Berdimәhәmmәdov  Ahaltəkə atlarından birini Türkmənistanda rəsmi səfərdə olan Özbəkistan prezidenti Ş. Mirziyoyevә hədiyyə etmişdi. 

Türkmənistanda hər il aprel ayının son bazar günü "At Bayramı" keçirilir.

 



Әlaqәli Xәbәrlәr